Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Overçuk və ŞƏT-in baş katibi nəyi müzakirə ediblər?

© Sputnik / Александр КазаковAleksey Overçuk
Aleksey Overçuk - Sputnik Azərbaycan, 1920, 23.01.2025
Abunə olmaq
Baş katib qeyd edib ki, ŞƏT-də bütün sahələrdə əməkdaşlığın uğuru daha çox nazirlik və idarə rəhbərlərinin, eləcə də Biznes Şurası kimi qeyri-hökumət institutlarının ixtisaslaşmış mexanizmləri və ya iclaslarının işindən asılıdır.
BAKI, 23 yanvar — Sputnik. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Nurlan Yermekbayev təşkilat çərçivəsində qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadə məsələsi ətrafında fikir mübadiləsi aparıblar. Bu barədə ŞƏT-in mətbuat xidməti məlumat yayıb. Görüş yanvarın 22-də Moskvada baş tutub.

"Qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadə və təşkilat çərçivəsində layihə fəaliyyətlərinin maliyyə təminatının "düsturunun" hazırlanması məsələsi ətrafında fikir mübadiləsi aparılıb", - ŞƏT-in məlumatında deyilir.

Qeyd olunur ki, görüşdə Rusiyanın ŞƏT Nazirlər Şurasına və Xarici Ticarət və Xarici İqtisadi Fəaliyyətə Məsul Nazirlərin Konfransına sədrliyi dövründə təşkilat çərçivəsində ticarət-iqtisadi əməkdaşlığın inkişafına yeni təkan verəcəyinə əminlik ifadə olunub.

"Görüşün əsas məzmunu ŞƏT-in fəaliyyətinin ticarət-iqtisadi ölçüsünə həsr olunub", - məlumatda deyilir.

Baş katib qeyd edib ki, ŞƏT-də bütün sahələrdə əməkdaşlığın uğuru daha çox nazirlik və idarə rəhbərlərinin, eləcə də Biznes Şurası kimi qeyri-hökumət institutlarının ixtisaslaşmış mexanizmləri və ya iclaslarının işindən asılıdır.
Baş katibin sözlərinə görə, bütün bu mexanizmlərin praktiki effektivliyini artırmaq imkanları var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0