https://sputnik.az/20250123/olkede-xestelerin-sayi-suretle-artir-470159757.html
Ölkədə xəstələrin sayı sürətlə artır
Ölkədə xəstələrin sayı sürətlə artır
Sputnik Azərbaycan
Tibb müəssisələrində göstərilən tibbi xidmətlərin ümumi sayı 2022-ci illə müqayisədə 54%, 2023-cü illə müqayisədə isə 21% artıb. 23.01.2025, Sputnik Azərbaycan
2025-01-23T10:43+0400
2025-01-23T10:43+0400
2025-01-23T10:43+0400
xəstəxana
səhi̇yyə
azərbaycan
tibbi xidmət
təbi̇b
milyon
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/18/460841242_0:131:3072:1859_1920x0_80_0_0_d3185965b927125ae220e8ec18021998.jpg
BAKI, 23 yanvar — Sputnik. TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibbi müəssisələrində 2024-cü il ərzində ümumilikdə 24 063 849 müraciət qeydə alınıb. Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-in mətbuat xidmətindən bildirilib. Bunlardan 588 431-i stasionar, 23 475 418-i ambulator olub. Tibb müəssisələrinə olan müraciətlərin ümumi sayı 2022-ci illə müqayisədə 23%, 2023-cü illə müqayisədə 10% çox olub. 2024-cü ildə göstərilən xidmət sayında ötən illərlə müqayisədə artım müşahidə olunub. Belə ki, sözügedən müddət ərzində 82 426 768 (11 202 755 stasionar, 71 224 013 ambulator olmaqla) tibbi xidmət göstərilib. Tibb müəssisələrində göstərilən tibbi xidmətlərin ümumi sayı 2022-ci illə müqayisədə 54%, 2023-cü illə müqayisədə isə 21% artıb. Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. Ötən il ərzində 33 343 857 sayda laborator müayinələr aparılıb ki, onların da 5 209 889-u stasionar, 28 133 968-i ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayı 2022-ci illə müqayisədə 112%, 2023-cü illə müqayisədə isə 31% artım qeydə alınıb. Cərrahi əməliyyat və prosedurlarda da ötən illərlə müqayisədə artım müşahidə olunub. İl ərzində 375 520 cərrahi əməliyyat və prosedur (345 191 stasionar, 30 329 ambulator olmaqla) icra olunub. Ötən illərlə müqayisə etsək, cərrahi əməliyyat və prosedurlar 2022-ci illə müqayisədə 16%, 2023-cü illə müqayisədə isə 9% artıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/18/460841242_54:0:2785:2048_1920x0_80_0_0_8f6d916936e98eff45e5c3079ccbff78.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəstəxana, azərbaycan, tibbi xidmət, təbi̇b, milyon
xəstəxana, azərbaycan, tibbi xidmət, təbi̇b, milyon
Ölkədə xəstələrin sayı sürətlə artır
Tibb müəssisələrində göstərilən tibbi xidmətlərin ümumi sayı 2022-ci illə müqayisədə 54%, 2023-cü illə müqayisədə isə 21% artıb.
BAKI, 23 yanvar — Sputnik. TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibbi müəssisələrində 2024-cü il ərzində ümumilikdə 24 063 849 müraciət qeydə alınıb. Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-in mətbuat xidmətindən bildirilib.
Bunlardan 588 431-i stasionar, 23 475 418-i ambulator olub. Tibb müəssisələrinə olan müraciətlərin ümumi sayı 2022-ci illə müqayisədə 23%, 2023-cü illə müqayisədə 10% çox olub.
2024-cü ildə göstərilən xidmət sayında ötən illərlə müqayisədə artım müşahidə olunub. Belə ki, sözügedən müddət ərzində 82 426 768 (11 202 755 stasionar, 71 224 013 ambulator olmaqla) tibbi xidmət göstərilib. Tibb müəssisələrində göstərilən tibbi xidmətlərin ümumi sayı 2022-ci illə müqayisədə 54%, 2023-cü illə müqayisədə isə 21% artıb.
Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. Ötən il ərzində 33 343 857 sayda laborator müayinələr aparılıb ki, onların da 5 209 889-u stasionar, 28 133 968-i ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayı 2022-ci illə müqayisədə 112%, 2023-cü illə müqayisədə isə 31% artım qeydə alınıb.
Cərrahi əməliyyat və prosedurlarda da ötən illərlə müqayisədə artım müşahidə olunub. İl ərzində 375 520 cərrahi əməliyyat və prosedur (345 191 stasionar, 30 329 ambulator olmaqla) icra olunub. Ötən illərlə müqayisə etsək, cərrahi əməliyyat və prosedurlar 2022-ci illə müqayisədə 16%, 2023-cü illə müqayisədə isə 9% artıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.