Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

NATO qoşunlarının Ukraynaya göndərilməsi eskalasiya ilə nəticələnəcək - Zaxarova

© Sputnik / Екатерина Чеснокова / Mediabanka keçidRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, arxiv
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, arxiv - Sputnik Azərbaycan, 1920, 23.01.2025
Abunə olmaq
Diplomat qeyd edib ki, NATO qoşunlarının Ukraynaya müdaxiləsi Rusiya üçün qəbuledilməzdir.
BAKI, 23 yanvar — Sputnik. NATO ölkələrinin kontingentinin Ukraynaya göndərilməsi nəzarət olunmayan şəkildə eskalasiyaya səbəb olacaq və bu, Rusiya üçün qəti şəkildə qəbuledilməzdir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

"NATO qoşunlarının Ukraynaya müdaxiləsi münaqişənin nəzarət olunmayan şəkildə eskalasiyası ilə təhdid edir və bu, Rusiya üçün qəti şəkildə qəbuledilməzdir", - diplomat bildirib.

Ukrayna Prezidenti Vladimir Zelenski bu yaxınlarda Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Donald Trampa müraciət edərək, ABŞ-ın sülhməramlı qüvvələrinin Ukraynada yerləşdirilməsini xahiş edib.
Zelenski vurğulayıb ki, Rusiyanın qarşısını almaq üçün Avropanın kifayət qədər hərbi qüvvəsi yoxdur. Bundan əlavə, prezident hesab edir ki, bu, Rusiya lideri Vladimir Putini sülhə sövq edə bilər.
Bu gün "The Financial Times" qəzeti yazıb ki, Avropa İttifaqına (Aİ) üzv olan dövlətlər Ukraynanı dəstəkləmək üçün vəsait üzündən səbəbindən bu ölkəyə hərbi kontingent göndərə bilər.
Bu yaxınlarda Fitso bildirib ki, Slovakiya hakimiyyəti Ukraynaya qoşun göndərilməsini dəstəkləməyəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0