Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

MSK sədri: 685 bələdiyyəyə 8071 üzv seçilməlidir

© Sputnik / Murad OrujovMəzahir Pənahov, arxiv
Məzahir Pənahov, arxiv - Sputnik Azərbaycan, 1920, 23.01.2025
Abunə olmaq
M.Pənahov vurğulayıb ki, 9 qeyri-hökumət təşkilatının təmsilçiləri həm namizəd, həm də müşahidəçi kimi qeydə alınıblar.
BAKI, 23 yanvar — Sputnik. Bələdiyyə seçkiləri Azərbaycan ictimaiyyətində xüsusi maraq doğurur. 685 bələdiyyəyə 8071 üzv seçilməlidir. Adları bülletenlərə salınan namizədlərin sayı isə bundan iki dəfədən çox - 16 mindən artıqdır.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında bildirib.
Komissiya sədri deyib ki, Azərbaycanda fəaliyyət göstərən 26 siyasi partiyanın 23-ü bələdiyyə seçkilərində öz namizədləri ilə fəal iştirak edir.
M.Pənahov onu da vurğulayıb ki, 9 qeyri-hökumət təşkilatının təmsilçiləri həm namizəd, həm də müşahidəçi kimi qeydə alınıblar.
Xatırladaq ki, yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb.
Mərkəzi Seçki Komissiyasının üzvləri, Katibliyin əməkdaşları, o cümlədən müvafiq dairə seçki komissiyalarının sədr və katiblərinin də iştirakı ilə reallaşdırılan proses açıq və şəffaf şəkildə həyata keçirilib, müşahidəçilər, media nümayəndələri və maraqlı seçki subyektlərinin bülletenlərin paylanmasını yaxından izləyə bilmələri üçün hər cür şərait yaradılıb.
Tədbir çərçivəsində media üçün brifinq də təşkil olunub, seçki bülletenlərinin hazırlanması və aidiyyəti üzrə çatdırılması ilə bağlı Seçki Məcəlləsinin tələbləri, prosesin qanunauyğun təşkili və ümumiyyətlə, bələdiyyə seçkilərinə hazırlıqların gedişi barədə ətraflı məlumat verilib, həmçinin jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0