https://sputnik.az/20250123/milli-metbuatin-150-illik-yubileyi-munasibetile-medal-tesis-edilecek-470161040.html
Milli mətbuatın 150 illik yubileyi münasibətilə medal təsis ediləcək
Milli mətbuatın 150 illik yubileyi münasibətilə medal təsis ediləcək
Sputnik Azərbaycan
Dəyişiklik layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. 23.01.2025, Sputnik Azərbaycan
2025-01-23T23:18+0400
2025-01-23T23:18+0400
2025-01-23T23:18+0400
milli mətbuat günü
cəmiyyət
"əkinçi" qəzeti
azərbaycan
yubiley
medal
https://cdnn1.img.sputnik.az/img/40938/16/409381667_0:162:2000:1287_1920x0_80_0_0_617e99ae96fd2e7e54997d6f52c1dbe3.jpg
BAKI, 23 yanvar — Sputnik. Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə medal təsis ediləcək. Bununla bağlı "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişiklik edilməsi təklif olunub. Dəyişiklik layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Azərbaycanın ilk mətbu orqanın nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb.Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış ediblər.Qeyd edək ki, Mətbuat işçilərinin əməyini qiymətləndirmək üçün müəyyən zamanlarda fərqli mükafatlar təsis edilib və hər il bu mükafatlar öz sahiblərinə təqdim olunur.Əməkdar jurnalist"Azərbaycan Respublikasının əməkdar jurnalisti" mükafatı uzun illər mətbuat sahəsində çalışan və onun inkişafında xüsusi xidməti olan, peşəkarlığı və sənətkarlığı ilə fərqlənən istedadlı jurnalistlərə və kütləvi informasiya vasitələrinin rəhbərlərinə verilən fəxri addır. Mükafat 14 iyul 2005-ci ildə təsis olunub."Qızıl qələm" mükafatıMükafat 1970-ci ildən 1991-ci ilədək Azərbaycan Jurnalistlər Birliyi tərəfindən ən yaxşı, fəal, peşəkar jurnalistlərə təqdim olunub. 2000-ci illərdə mükafat Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı (KİVHİ) adlı qurum tərəfindən təqdim edilir."Media açarı" mükafatı1997-ci ildə təsis edilmiş "Media açarı" mükafatı hər il 22 İyul - Azərbaycan Jurnalistikası Günü münasibətilə təqdim olunur. Təsisçiləri "Yeni Nəsil" Jurnalistlər Birliyi və Azərbaycan Jurnalistlər Birliyidir. Laureatları Azərbaycan Jurnalistlər Birliyi Azərbaycan Jurnalistikası Günü ərəfəsində sərbəst nominasiyalar üzrə seçir."Həsən bəy Zərdabi mükafatı"Bu mükafat 1990-cı illərin sonlarında Azərbaycan Jurnalistlər Birliyinin o zamankı sədri, mərhum jurnalist Hacı Hacıyevın təşəbbüsü ilə təsis olunub.Ali Media MükafatıJurnalistika sahəsində həm adı, həm də məbləğinə görə samballı mükafatlardan biri hesab olunan mükafat 6 iyul 2010-cu ildə təsis olunub. Milli Mətbuat Günü ərəfəsində təqdim olunması nəzərdə tutulan mükafatın üç dərəcəsi və birinci dərəcə üzrə bir, ikinci dərəcə üzrə iki, üçüncü dərəcə üzrə beş laureat müəyyənləşdirilə bilər. Ali Media Mükafatının üçüncü dərəcəsi üzrə laureatların hər birinə 1000, ikinci dərəcəsi üzrə 2000, birinci dərəcə üzrə laureatın isə 5000 manat pul mükafatı nəzərdə tutulub.Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuBu, 17 oktyabr 2007-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi və Azərbaycan Respublikasının 4-cü Prezidenti İlham Əliyevin 639 nömrəli qanunu ilə təsdiq edilmiş dövlət təltifidir. Fəxri diplom Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasında mədəniyyət, incəsənət, elm, təhsil, səhiyyə, jurnalistika, bədən tərbiyəsi və idman, dövlət qulluğu, hüquq, ictimai-siyasi, iqtisadi, beynəlxalq əlaqələr və digər sahələrdə yüksək nailiyyətlər qazanmış Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə kollektivlərə onların əməyinin qiymətləndirilməsi məqsədilə verilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40938/16/409381667_90:0:1806:1287_1920x0_80_0_0_095e3d9035a1502e1e4bd50bfaf00ef7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
milli mətbuat günü, "əkinçi" qəzeti, azərbaycan, yubiley, medal
milli mətbuat günü, "əkinçi" qəzeti, azərbaycan, yubiley, medal
Milli mətbuatın 150 illik yubileyi münasibətilə medal təsis ediləcək
Dəyişiklik layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
BAKI, 23 yanvar — Sputnik. Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə medal təsis ediləcək.
Bununla bağlı "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişiklik edilməsi təklif olunub.
Dəyişiklik layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Azərbaycanın ilk mətbu orqanın nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.
“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb.
Təsadüfi deyil ki, dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış ediblər.
Qeyd edək ki, Mətbuat işçilərinin əməyini qiymətləndirmək üçün müəyyən zamanlarda fərqli mükafatlar təsis edilib və hər il bu mükafatlar öz sahiblərinə təqdim olunur.
"Azərbaycan Respublikasının əməkdar jurnalisti" mükafatı uzun illər mətbuat sahəsində çalışan və onun inkişafında xüsusi xidməti olan, peşəkarlığı və sənətkarlığı ilə fərqlənən istedadlı jurnalistlərə və kütləvi informasiya vasitələrinin rəhbərlərinə verilən fəxri addır. Mükafat 14 iyul 2005-ci ildə təsis olunub.
Mükafat 1970-ci ildən 1991-ci ilədək Azərbaycan Jurnalistlər Birliyi tərəfindən ən yaxşı, fəal, peşəkar jurnalistlərə təqdim olunub. 2000-ci illərdə mükafat Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı (KİVHİ) adlı qurum tərəfindən təqdim edilir.
1997-ci ildə təsis edilmiş "Media açarı" mükafatı hər il 22 İyul - Azərbaycan Jurnalistikası Günü münasibətilə təqdim olunur. Təsisçiləri "Yeni Nəsil" Jurnalistlər Birliyi və Azərbaycan Jurnalistlər Birliyidir. Laureatları Azərbaycan Jurnalistlər Birliyi Azərbaycan Jurnalistikası Günü ərəfəsində sərbəst nominasiyalar üzrə seçir.
"Həsən bəy Zərdabi mükafatı"
Bu mükafat 1990-cı illərin sonlarında Azərbaycan Jurnalistlər Birliyinin o zamankı sədri, mərhum jurnalist Hacı Hacıyevın təşəbbüsü ilə təsis olunub.
Jurnalistika sahəsində həm adı, həm də məbləğinə görə samballı mükafatlardan biri hesab olunan mükafat 6 iyul 2010-cu ildə təsis olunub. Milli Mətbuat Günü ərəfəsində təqdim olunması nəzərdə tutulan mükafatın üç dərəcəsi və birinci dərəcə üzrə bir, ikinci dərəcə üzrə iki, üçüncü dərəcə üzrə beş laureat müəyyənləşdirilə bilər. Ali Media Mükafatının üçüncü dərəcəsi üzrə laureatların hər birinə 1000, ikinci dərəcəsi üzrə 2000, birinci dərəcə üzrə laureatın isə 5000 manat pul mükafatı nəzərdə tutulub.
Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
Bu, 17 oktyabr 2007-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi və Azərbaycan Respublikasının 4-cü Prezidenti İlham Əliyevin 639 nömrəli qanunu ilə təsdiq edilmiş dövlət təltifidir. Fəxri diplom Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasında mədəniyyət, incəsənət, elm, təhsil, səhiyyə, jurnalistika, bədən tərbiyəsi və idman, dövlət qulluğu, hüquq, ictimai-siyasi, iqtisadi, beynəlxalq əlaqələr və digər sahələrdə yüksək nailiyyətlər qazanmış Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə kollektivlərə onların əməyinin qiymətləndirilməsi məqsədilə verilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.