DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

MAQATE rəhbəri Rusiya və Ukraynaya səfər etmək niyyətindədir – KİV

© AP Photo / Kamran JebreiliRafael Qrossi
Rafael Qrossi  - Sputnik Azərbaycan, 1920, 23.01.2025
Abunə olmaq
BAKI, 23 yanvar — Sputnik. Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi yaxın bir neçə həftə ərzində Rusiya və Ukraynaya səfər etmək niyyətindədir.
Bu barədə "Reuters" agentliyi xəbər verir.
Agentliyin məlumatına görə, Qrossi bidirib ki, MAQATE Zaporojye Atom Elektrik Stansiyası (AES) ərazisində hərbi fəaliyyətdən narahatdır.
MAQATE-nin ekspertləri Agentliyin baş direktorunun stansiyaya ilk səfərindən sonra 2022-ci il sentyabrın 1-dən Zaporojye AES-də iştirak edirlər.
Enerqodar şəhəri yaxınlığında Dnepr çayının sol sahilində yerləşən Zaporojye AES enerji bloklarının sayına və quraşdırılmış gücünə görə Avropada ən böyük stansiyasıdır. Burada hər birinin gücü 1 giqavat olan altı aqreqat var. 2022-ci ilin oktyabrında obyekt Rusiyanın nəzarətinə keçib. Hazırda bütün enerji blokları "soyuq söndürmə" rejimindədir və elektrik enerjisi istehsal etmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0