Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

İki univeristetlə bağlı qərar verildi

© iStock.com / Drazen ZigicAuditoriyada tələbələr, arxiv
Auditoriyada tələbələr, arxiv - Sputnik Azərbaycan, 1920, 23.01.2025
Abunə olmaq
Bununla bağlı keçirilən tədbirdə akkreditasiya şəhadətnamələrini TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov təqdim edib.
BAKI, 23 yanvar — Sputnik. Azərbaycanda daha iki özəl ali təhsil müəssisəsi akkreditasiyadan keçib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb.
Qərbi Kaspi UniversitetiBakı Biznes Universitetinə institusional akkreditasiya şəhadətnamələri təqdim olunub.
Bununla bağlı keçirilən tədbirdə akkreditasiya şəhadətnamələrini TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov təqdim edib.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Turizm və Menecment Universitetinə qeyd olunan şəhadətnamə verilmişdi.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Biznes Universiteti və Qərbi Kaspi Universitetinin institusional akkreditasiya nəticələri "əsasən uyğundur" hesab edilərək, növbəti 5 il müddətinə akkreditasiya edilməsi qərarı alınıb.
Gəncə Dövlət Universitetinin institusional akkreditasiya nəticəsi isə "qismən uyğundur" hesab edilərək qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətinin növbəti 2 il müddətinə uzadılması və sözügedən təhsil müəssisələrinin 1 ildən sonra təkrar akkreditasiya edilməsi qərara alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0