Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Ermənistan Xarici Kəşfiyyat Xidməti hesabat yaydı - Azərbaycanla bağlı nələr yer alıb?

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidİrəvana mənzərə, arxiv
İrəvana mənzərə, arxiv - Sputnik Azərbaycan, 1920, 23.01.2025
Abunə olmaq
Ermənistan Xarici Kəşfiyyat Xidməti hesab edir ki, sülh müqaviləsinin imzalanmasının və münasibətlərin normallaşdırılmasının ləngiməsi qeyri-müəyyənliyi xeyli artırır.
BAKI, 23 yanvar — Sputnik. Cari ildə Azərbaycanla Ermənistan arasında genişmiqyaslı toqquşma ehtimalı azdır. Bu barədə Ermənistan Xarici Kəşfiyyat Xidmətinin (XKX) cari ilin əsas riskləri və təhdidləri ilə bağlı hesabatında qeyd edilib.
Qeyd olunur ki, belə qiymətləndirmə müxtəlif faktların, hadisələrin müqayisəsi və təhlilinə əsaslanır.
Eyni zamanda, lokal toqquşmalar və eskalasiya riski qalmaqdadır. Bu risklər sərhədin delimitasiyası və demarkasiyası prosesində müəyyən qədər azaldıla bilər. Hesabat müəllifləri İrəvanla Bakı arasında danışıqların ikitərəfli formatını ən effektiv hesab edirlər.
Ermənistan Xarici Kəşfiyyat Xidməti hesab edir ki, sülh müqaviləsinin imzalanmasının və münasibətlərin normallaşdırılmasının ləngiməsi qeyri-müəyyənliyi xeyli artırır.
Hesabatda həmçinin qeyd olunur ki, Azərbaycan 2025-ci ildə hərbi arsenalını və hücum potensialını artırmağa davam edəcək. Azərbaycan bundan sonra da mobil bölmələrin yaradılması və inkişafına, ehtiyatların hazırlanmasına, yeni silah və hərbi texnikanın alınmasına diqqət yetirəcək.
Xatırladaq ki, cari il üçün Azərbaycanın dövlət büdcəsinin gəlir və xərclərinin ilkin variantla müqayisədə 1,7 milyard manat artırılıb.
Prezident İlham Əliyevin göstərişinə əsasən büdcənin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb.
Ermənistan isə 2025-ci il üçün hərbi büdcəsini daha 20 faiz artıraraq 1,7 milyard dollara çatdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0