Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Dünya üçün 2025-ci il sakit il olmayacaq – Narışkin

© Sputnik / Рамиль Ситдиков / Mediabanka keçidRusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) rəhbəri Sergey Narışkin
Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) rəhbəri Sergey Narışkin  - Sputnik Azərbaycan, 1920, 23.01.2025
Abunə olmaq
Siyasətçi qeyd edib ki, çox şey regional və qlobal oyunçuların nə qədər sağlam düşüncə və təmkinli olmasından asılıdır.
BAKI, 23 yanvar — Sputnik. "Bu il dünyadakı vəziyyət sakit olmayacaq. Burada çox şey regional və qlobal oyunçuların sağlam düşüncəsindən və dözümlü olmasından asılı olacaq". Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) rəhbəri Sergey Narışkin öz proqnozlarını "RİA Novosti"yə verdiyi müsahibəsində qeyd edib.

"Artıq bu gün aydındır ki, 2025-ci il sakit il olmayacaq. Çox şey regional və qlobal oyunçuların nə qədər sağlam düşüncə və təmkinli olmasından asılıdır", - Narışkin bildirib.

Rusiya XKX-nin rəhbərinin fikrincə, dünya birqütblü, öz dövrünü tamamlayan dünya düzənindən yeni, ədalətli dünya nizamına keçid prosesinin şahididir:
"Bu prosesin də əlbəttə, öz riskləri var və çox mürəkkəbdir".
Qeyd edək ki, Moskva müxtəlif səviyyələrdə birqütblü dünya nizamının qəbuledilməz olduğunu və beynəlxalq münasibətlərin daha balanslı arxitekturasının zəruri olduğunu dəfələrlə bəyan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0