https://sputnik.az/20250123/bu-gun-qarabag-ve-ruminiyanin-fcsb-komandasi-qarsilasacaq-470174099.html
Bu gün "Qarabağ" və Rumıniyanın FCSB komandası qarşılaşacaq
Bu gün "Qarabağ" və Rumıniyanın FCSB komandası qarşılaşacaq
Sputnik Azərbaycan
"Qarabağ" Futbol Klubunun UEFA Avropa Liqasının əsas mərhələsində keçirəcəyi oyunla əlaqədar Bakı metropolitenində iş vaxtı uzadılacaq. 23.01.2025, Sputnik Azərbaycan
2025-01-23T17:58+0400
2025-01-23T17:58+0400
2025-01-23T17:58+0400
qarabağ
idman
metro
rumıniya
futbol
https://cdnn1.img.sputnik.az/img/07e8/02/1a/462871232_0:0:2048:1153_1920x0_80_0_0_7470de658f320c1d0f6d8a3833c8d914.jpg
BAKI, 23 yanvar — Sputnik. Bu gün "Qarabağ" və Rumıniyanın FCSB komandaları arasında keçiriləcək Avropa Liqası matçına indiyədək satılmış biletlərin sayı bəlli olub. Bu barədə Azərbaycan çempionunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib. Qarşılaşma üçün 15 min civarında bilet alınıb. Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də start götürəcək. Ağdam təmsilçisinin fəxri prezidenti Abdolbari Gozalın vəfatı ilə bağlı qarşılaşma bir dəqiqəlik sükutla başlayacaq. "Köhlən atlar"ın oyunçuları meydana qara sarğı ilə çıxacaqlar. "Qarabağ" Futbol Klubunun UEFA Avropa Liqasının əsas mərhələsində keçirəcəyi oyunla əlaqədar Bakı metropolitenində iş vaxtı uzadılacaq. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının müraciəti (AFFA) əsasında "Bakı Metropoliteni" QSC-nin paytaxtda təşkil edilən kütləvi tədbirlər planına uyğun olaraq, yanvarın 23-dən 24-nə keçən gecə Bakı metrosunun bütün stansiyaları saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. QSC-dən bildirilib ki, Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən "Gənclik"stansiyasında bir sıra tədbirlər görüləcək. Oyunun başlanması ərəfəsində stansiyada gücləndirilmiş iş rejimi tətbiq olunacaq, əlavə işçi qüvvəsi ayrılacaq. Zərurət yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq. Qarşılaşmaya tamaşaçı marağı nəzərə alınmaqla, oyun qurtardıqdan sonra sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə stansiya keçidində tənzimləmə tədbirləri görüləcək, qatarların hərəkəti xüsusi qrafiklə təmin ediləcək. "Nərimanov" və "28 May" stansiyalarında nəzarət mexanizmləri diqqətdə saxlanılacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/1a/462871232_118:0:1939:1366_1920x0_80_0_0_df1d3c6fb1728b7394cd4612b51900fb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
qarabağ, metro, rumıniya, futbol
qarabağ, metro, rumıniya, futbol
Bu gün "Qarabağ" və Rumıniyanın FCSB komandası qarşılaşacaq
"Qarabağ" Futbol Klubunun UEFA Avropa Liqasının əsas mərhələsində keçirəcəyi oyunla əlaqədar Bakı metropolitenində iş vaxtı uzadılacaq.
BAKI, 23 yanvar — Sputnik. Bu gün "Qarabağ" və Rumıniyanın FCSB komandaları arasında keçiriləcək Avropa Liqası matçına indiyədək satılmış biletlərin sayı bəlli olub.
Bu barədə Azərbaycan çempionunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib. Qarşılaşma üçün 15 min civarında bilet alınıb.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də start götürəcək. Ağdam təmsilçisinin fəxri prezidenti Abdolbari Gozalın vəfatı ilə bağlı qarşılaşma bir dəqiqəlik sükutla başlayacaq. "Köhlən atlar"ın oyunçuları meydana qara sarğı ilə çıxacaqlar.
"Qarabağ" Futbol Klubunun UEFA Avropa Liqasının əsas mərhələsində keçirəcəyi oyunla əlaqədar Bakı metropolitenində iş vaxtı uzadılacaq. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının müraciəti (AFFA) əsasında "Bakı Metropoliteni" QSC-nin paytaxtda təşkil edilən kütləvi tədbirlər planına uyğun olaraq, yanvarın 23-dən 24-nə keçən gecə Bakı metrosunun bütün stansiyaları saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
QSC-dən bildirilib ki, Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən "Gənclik"stansiyasında bir sıra tədbirlər görüləcək. Oyunun başlanması ərəfəsində stansiyada gücləndirilmiş iş rejimi tətbiq olunacaq, əlavə işçi qüvvəsi ayrılacaq. Zərurət yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq. Qarşılaşmaya tamaşaçı marağı nəzərə alınmaqla, oyun qurtardıqdan sonra sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə stansiya keçidində tənzimləmə tədbirləri görüləcək, qatarların hərəkəti xüsusi qrafiklə təmin ediləcək.
"Nərimanov" və "28 May" stansiyalarında nəzarət mexanizmləri diqqətdə saxlanılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.