https://sputnik.az/20250123/bu-gece-metropolitenin-is-vaxti-1-saat-uzadilacaq-470173238.html
Bu gecə metropolitenin iş vaxtı 1 saat uzadılacaq
Bu gecə metropolitenin iş vaxtı 1 saat uzadılacaq
Sputnik Azərbaycan
Bakı metropoliteninin bütün stansiyaları saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. 23.01.2025, Sputnik Azərbaycan
2025-01-23T16:21+0400
2025-01-23T16:21+0400
2025-01-23T16:24+0400
paytaxt xəbərləri
tofiq bəhramov adına respublika stadionu
gənclik
bakı metropoliteni
iş
vaxt
futbol
uefa
qarabağ fk
https://cdnn1.img.sputnik.az/img/07e5/08/03/427610516_0:320:3073:2048_1920x0_80_0_0_053c09ee64daa202c61bb266c2af6995.jpg
BAKI, 23 yanvar — Sputnik. "Qarabağ" Futbol Klubunun UEFA Avropa Liqasının əsas mərhələsində keçirəcəyi oyunla əlaqədar Bakı metropolitenində iş vaxtı uzadılacaq. "Bakı Metropoliteni" QSC-dən Sputnik Azərbaycan-a bildirilib ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının müraciəti (AFFA) əsasında "Bakı Metropoliteni" QSC-nin paytaxtda təşkil edilən kütləvi tədbirlər planına uyğun olaraq, yanvarın 23-dən 24-nə keçən gecə Bakı metropoliteninin bütün stansiyaları saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən "Gənclik"stansiyasında bir sıra tədbirlər görüləcək. Oyunun başlanması ərəfəsində stansiyada gücləndirilmiş iş rejimi tətbiq olunacaq, əlavə işçi qüvvəsi ayrılacaq.Zərurət yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq. Qarşılaşmaya tamaşaçı marağı nəzərə alınmaqla, oyun qurtardıqdan sonra sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə stansiya keçidində tənzimləmə tədbirləri görüləcək, qatarların hərəkəti xüsusi qrafiklə təmin ediləcək. "Nərimanov" və "28 May" stansiyalarında nəzarət mexanizmləri diqqətdə saxlanılacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/03/427610516_0:0:2731:2048_1920x0_80_0_0_39b18a7f99d67b9c1574eddb31e30a19.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
tofiq bəhramov adına respublika stadionu, gənclik, bakı metropoliteni, iş, vaxt, futbol, uefa, qarabağ fk
tofiq bəhramov adına respublika stadionu, gənclik, bakı metropoliteni, iş, vaxt, futbol, uefa, qarabağ fk
Bu gecə metropolitenin iş vaxtı 1 saat uzadılacaq
16:21 23.01.2025 (Yenilənib: 16:24 23.01.2025) Bakı metropoliteninin bütün stansiyaları saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
BAKI, 23 yanvar — Sputnik. "Qarabağ" Futbol Klubunun UEFA Avropa Liqasının əsas mərhələsində keçirəcəyi oyunla əlaqədar Bakı metropolitenində iş vaxtı uzadılacaq. "Bakı Metropoliteni" QSC-dən Sputnik Azərbaycan-a bildirilib ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının müraciəti (AFFA) əsasında "Bakı Metropoliteni" QSC-nin paytaxtda təşkil edilən kütləvi tədbirlər planına uyğun olaraq, yanvarın 23-dən 24-nə keçən gecə Bakı metropoliteninin bütün stansiyaları saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən "Gənclik"stansiyasında bir sıra tədbirlər görüləcək. Oyunun başlanması ərəfəsində stansiyada gücləndirilmiş iş rejimi tətbiq olunacaq, əlavə işçi qüvvəsi ayrılacaq.
Zərurət yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq. Qarşılaşmaya tamaşaçı marağı nəzərə alınmaqla, oyun qurtardıqdan sonra sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə stansiya keçidində tənzimləmə tədbirləri görüləcək, qatarların hərəkəti xüsusi qrafiklə təmin ediləcək.
"Nərimanov" və "28 May" stansiyalarında nəzarət mexanizmləri diqqətdə saxlanılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.