Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Borcum olan hər kəsi bağışlayıram": Trampla razılaşmaq çətin olacaq

© AP Photo / Rebecca BlackwellDonald Tramp, arxiv şəkli
Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.01.2025
Abunə olmaq
ABŞ-da gedən proseslər bir daha göstərir ki, bu ölkə ilə düşmənçilik xoşagəlməz hal olsa da, onunla dostluq etmək – ölümə bərabərdir.
Bütün dünya İlon Maskın qəribə hərəkətlərinə qiymət verərkən, ABŞ-ın yeni prezidenti səylə sənədləri imzalayırdı. Bir gecə ərzində Donald Tramp Baydenin 78 qərarını birdən ləğv edib.
Rusiyanı maraqlandıran məqamlar arasında Amerikanın xarici ölkələrə yardımının 90 günlük dayandırılması da var. Həmin an Kiyevdə nəzərəçarpacaq gərginlik yarandı.
Sensasiyalar arasında ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından və Paris İqlim Sazişindən çıxması olub. Bu Vaşinqtonun bütün vassalları və müştəriləri üçün böyük narahatlıq yaratdı.
Bəs nə baş verir? Belə çıxır ki onlar boş yerə yaşıl gündəmdən çıxaraq atom elektrik stansiyalarını bağlayıb və onları mənasız və bahalı külək turbinləri və günəş panelləri ilə əvəz ediblər. Onlar elektrik enerjisinin qiymətini o qədər qaldırıblar ki, sənaye istehsalı çöküb və ölkələri tənəzzülə sürüklənib.
Bütün bu müddət ərzində ABŞ yaşıl keçidə məhəl qoymayaraq, neft və qazı çıxarıb baha qiymətə avropalılara satıblar. Bu yolla öz iqtisadiyyatlarını canlandırdılar və Aİ iqtisadiyyatını əzdilər. İndi isə hamının azad olduğunu bəyan etdilər.
Eyni şey ÜST üçün də keçərlidir. Avstraliyada, İngiltərədə, Kanadada koronovirus qapanmaların qəddar formaları, insanların etiraz əlaməti olaraq kütləvi şəkildə küçələrə çıxması, kiçik və orta biznesin iflasa uğraması hamının xatirindədir. Amerika korporasiyaları isə gəlirlərini artırmaqda davam edirdilər: Bezosun Amazonu, Qeytsin Microsoftu və ABŞ-ın bütün "bigfarme" ağla sığmayan qazanc əldə etdi. İndi isə onlar qazancı qeydə almaqla kənara çəkiliblər.
Tramp ABŞ-ın yaxın dostlarının da payını verib: Meksika və Kanadadan gələn mallara rüsumlar 25 faiz qaldırılıb. Bu, üç ölkə arasında mövcud olan ticarət sazişinin birbaşa pozulması ilə həyata keçirilib. Olsun. Kanada və Meksikanı BRICS-də gözləyirik.
Vaşinqton onilliklər ərzində özünün yaxın dostlarını soymaqla məşğuldur. İndi Rusiya bunu kənardan izləməkdən çox məmnundur. Axı ABŞ-la düşmənçilik xoşagəlməz hal olsa da, onunla dostluq etmək – ölümə bərabərdir.
Bütün bu gediş-gəlişli sıçrayışlar öz əhatə dairəsinə görə təsir edici olsa da, Vaşinqtonu son dərəcə etibarsız xarici siyasət tərəfdaşı edir. Belə çıxır ki, yeni administrasiya istənilən vaxt istənilən razılaşmanı poza bilər. Bu, isə rejimin Trampın da daxil olduğu ən ağıllı nümayəndələri ilə belə danışıqların məhsuldarlığına şübhə yaradır.
Yeni prezidentin kriptovalyutaya olan ehtirası da dünya üçün qlobal təhlükə mənbəyi ola bilər. Təsəvvür edin ki, o bundan "qlobal istilik" kimi ümumdünya fırıldağı kimi istifadə edə bilər. Misal üçün, bitkoinin qiymətini süni olaraq göylərə qaldırar, ABŞ-ın dövlət borcunu kriptovalyutaya keçirər və bütün borcları da məhz onlarla ödəyər. Səhər isə bitkoin dövriyyədən çıxarılır, ya da qiymətdən düşür və ABŞ prezidenti bütün borc vermişlərlə sağollaşır.
ABŞ-dakı daxili siyasi mənzərə inqilabın gözləntisini xatırladır. Trampın andiçmə mərasimi bu qızğın gözləntini və çətinliklə gizlədilən həyəcanı tam əks etdirdi. Əhali sevinc içində bundan sonra yalnız iki cinsin olduğunu salamlayır - kişi və qadın! Bundan əlavə Marsa uçacağlarını alqışlayır! Qadınlar baş örtüklərini göyə atır, Mask isə səhnədə ora-bura tullanır.
Tammiqyaslı inqilablar adətən məhz belə elit çevrilişlə başlayır. Hamı küçələrə çıxır, aristokratlar xalqla qardaşlaşır, "burada rəqs edirlər". Amma bir neçə ay ərzində bu proses əsl xalq üsyanına çevrilə bilər və sonra inqilab öz uşaqlarını yeməyə başlayacaq.
Məsələn, qeyri-qanuni mühacirləri götürək: Tramp ABŞ-ın cənub sərhəddində fövqəladə vəziyyət elan etdi və hərbçilərin köməyi ilə onların hamısını deportasiya edəcəyinə söz verdi. Amma söhbət milyonlarla insandan gedir - tarix sadəcə olaraq heç vaxt belə genişmiqyaslı deportasiya görməyib.
Bəs bu qanunsuz mühacirlər təkdirmi? Axı onların ABŞ-da qohumları və dostları, nəhəng kriminal şəbəkələrin dəstəyi, demokratların "dərin dövlətilə" möhkəm əlaqələri var. Hər kəsin əlində çoxlu odlu silah var. Yəni onlar mübarizəsiz təslim olacaq?
Təbii ki, Trampın seçki kampaniyasında verdiyi əsas vədi yerinə yetirməyə çalışmasını bütün dünya maraqla izləyəcək. Amerika hələ də moda meyllərini müəyyən edir və əgər ABŞ prezidenti öz planında uğur qazanarsa, bir çox ölkələrin liderləri də ondan nümunə götürəcək. Ancaq yenə təkrar edək, söhbət milyonlarla insandan gedir - onları ölkədən çıxarmaq üçün hansı üsullardan istifadə edilməli və ordudan konkret olaraq necə istifadə olunması o qədər də aydın deyil.
Bu xaosdan Rusiya üçün nəticələr sadədir: Vaşinqtonla qarşılıqlı əlaqə hədsiz dərəcədə ehtiyatlılıq tələb edir. Trampla Ukrayna ilə bağlı hansısa razılaşma əldə etsək belə, növbəti administrasiyanın bütün bu razılaşmaları pozmayacağına zəmanət yoxdur.
Xəbər lenti
0