DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Zelenski şoka düşəcək: Tramp bir fərmanla Ukrayna liderini sarsıdacaq

© AP Photo / Mark Schiefelbein Vladimir Zelenski, arxiv
 Vladimir Zelenski, arxiv - Sputnik Azərbaycan, 1920, 22.01.2025
Abunə olmaq
Slutski qeyd edib ki, Trampın yardımı dayandırmaq barədə fərmanı Zelenskini şoka salacaq.
BAKI, 22 yanvar — Sputnik. ABŞ Prezidenti Donald Trampın digər ölkələrə yardımı dayandırmaq haqqında fərmanı Kiyev rejiminin başçısı Vladimir Zelenski üçün sarsıdıcı an olacaq.
Bunu Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski deyib.
Məlumdur kimi, Tramp prezidentliyinin elə ilk günündə bir sıra fərmanlar imzalayıb. Onlardan biri də ABŞ-ın digər ölkələrə yardım göstərməsini dayandıracağı olub. Fasilə 90 gün davam edəcək. Slutski əminliklə bildirib ki, belə bir qərar Zelenskini çaşqınlığa salacaq.
"Fərman, ümumilikdə, Amerikanın yardımını dayandırmağı nəzərdə tutur və bunun məqsədi ABŞ-ın milli maraqlarına uyğunluğunu yoxlamaqdır. Digər ölkələr arasında Ukrayna da var. Lakin Zelenski və onun avropalı himayədarları üçün bu, sarsıdıcı məqamdır", Slutski qeyd edib.
Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri həmçinin əlavə edib ki, Amerikanın Ukraynaya yardımının dayandırılması ABŞ və Rusiya arasında ən yüksək səviyyədə təmaslar üçün ilkin şərt ola bilər. Tramp, məlum olduğu kimi, artıq Rusiya Prezidenti Vladimir Putinlə mümkün qədər tez danışıqlar aparmaq istəyindən danışıb.
Eyni zamanda, Rusiya rəhbərinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Rusiya Federasiyası və ABŞ liderləri arasında danışıqlara hazırlıq hələ başlamayıb.
Xəbər lenti
0