https://sputnik.az/20250122/ukraynadaki-son-durum-rusiya-ucun-yeni-perspektivler-acir-zelenskinin-ehtiyatlari-tukenir-470124629.html
Ukraynadakı son durum Rusiya üçün yeni perspektivlər açır, Zelenskinin ehtiyatları tükənir
Ukraynadakı son durum Rusiya üçün yeni perspektivlər açır, Zelenskinin ehtiyatları tükənir
Sputnik Azərbaycan
Qərb hərbi geriliyini dərk etdiyi üçün, Ukraynadakı münaqişəni dondurmağa çalışsa da, Moskva bunda maraqlı deyil və strateji təhlükəsizlik problemini... 22.01.2025, Sputnik Azərbaycan
2025-01-22T10:01+0400
2025-01-22T10:01+0400
2025-01-22T10:01+0400
rusiya
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
ukrayna
rusiya prezidenti vladimir putin
donbas
nato
"oreşnik" ballistik raketi
https://cdnn1.img.sputnik.az/img/07e9/01/15/470124460_0:0:2888:1625_1920x0_80_0_0_4ea24c1f3572b4c0fe6b82ffcee0ab3f.jpg
Velikaya Novosyolkanın ukraynalı yaraqlılardan azad edilməsi Ukrayna Silahlı Qüvvələrinin (USQ) ən böyük möhkəmləndirilmiş ərazisinin məğlubiyyətidir və bu, Rusiya qoşunları üçün yeni əməliyyat imkanları açır. Əməliyyat mühasirəsi və üç günlük Rusiya qoşununun hücumu nəticəsində yanvarın 20-də DXR-nin qərbində şəhər tipli Velikaya Novosyolka qəsəbəsi azad edildi. Rəqibin qarnizonu əsasən məhv edilib. Sağ qalan əcnəbi muzdlular və USQ-nin əsgərləri qaçır, bir çoxu Mokrıye Yalı çayında boğularaq ölür. Rusiya qoşunlarının "Şərq" qruplaşması Velikaya Novosyolka, Dneproenerji, Razliv, Otradnoye, Novopol yaşayış məntəqələrində Ukrayna Silahlı Qüvvələrinin doqquz briqadasının birləşmələrini darmadağın edərək Donbassda düşmən müdafiəsinin dərinliklərinə doğru irəliləməkdə davam edir. Velikaya Novosyolkadakı "qazan"ın ləğvi rus qoşunlarının bir neçə istiqamətdə irəliləməsi üçün əhəmiyyətli qüvvələri azad etdi və Dnepropetrovsk vilayətində Pokrovsk şəhərindən 30 kilometr qərbdə (Novopavlovka - Mejevaya - Slavyanka) Ukrayna müdafiəsinin yeni xəttinin tikintisini mənasız etdi. "Şərq" qruplaşması "Mərkəz" qrupunun şərq istiqamətindən hücumunu asanlaşdırmaq üçün, Velikaya Novosyolka ərazisindən (cənubdan), USQ-nin Dnepropetrovsk "qalasının" cinahına və arxasına zərbə endirə bilər. Rusiyanın Donbasdakı qış hücumunu dayandırmaq üçün USQ-nin Baş Qərargahı artıq strateji ehtiyatlarını, yeni yaradılmış və NATO tərəfindən hazırlanmış 14 briqadasını da istifadə edib. Kiyev rejimi Dnepropetrovsk vilayətinin müdafiəsinin sonunadək salamat çıxmaya bilər. Çünki qərb liderləri/USQ-nin sponsorları üçün məğlubiyyət çox aşkar və biabırçı xarakter alır. Məhz buna görə Vaşinqton münaqişənin sülh yolu ilə həllindən danışmağa başlayıb. Hər kəsə aydındır ki, Qərbin imkanları tükənmək üzrədir. Ukraynanın öz resursları isə ABŞ və NATO-nun "dəmir axını" xaricində Rusiya ilə müharibə üçün kifayət deyil. Zelenskinin səfərbərlik ehtiyatı da sonsuz deyil. BMT-nin məlumatına görə, 2025-ci ildə Ukraynada əhalinin azalma tempi gündə 430 nəfər təşkil edir. Bu göstərici Ukrayna Silahlı Qüvvələrinin cəbhə xəttindəki itkilərini nəzərə almır. Ukrayna tərəfinin məlumatına görə USQ-nin cəbhədəki ölmüş və itkin düşmüş hərbçisinin sayı 1 milyon nəfəri ötüb. Böyük itkilər Ukrayna qoşunlarının hazırlıq səviyyəsi və motivasiyasını getdikcə daha da aşağı salır. Böyük disbalans Rusiya ardıcıl olaraq "ağır, kobud, nəzərə çarpan şəkildə" XHƏ-nin məqsədlərinə, yəni Ukraynanın (NATO-nun) demilitarizasiyası və denazifikasiyasına yaxınlaşır. Almaniyanın "Welt" nəşri hesab edir ki, Moskva 2026-cı ilə qədər Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətlərini tam nəzarətə götürmək niyyətindədir. Qeyd edək ki, coğrafi reallıqların dəyişməsi Kiyev rejimi və onun qərb ağalarının anlayışsızlığının (danışıq apara bilməməsinin) yan təsiridir. Amerikanın "Time" jurnalının yazdığına görə, onlar, elə əvvəlcədən itirilmiş ərazilərin "nəyin bahasına olursa olsun" Kiyev rejiminə qaytarılmasını təmin etmək niyyətində deyildi. Şənbə günü New York Times ABŞ Ordusunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Millinin 2022-ci ilin sonunda Kiyevə Moskva ilə əlverişli sülh danışıqları üçün cəbhədəki bəzi uğurlardan istifadə etməyi təklif etdiyini xatırladıb. Lakin elə həmin vaxt ABŞ dövlət katibi Entoni Blinken Rusiya ilə istənilən dialoqa qəti şəkildə etiraz etdi. Daha sonra ABŞ Qərb komponentlərindən "Ukrayna" pilotsuz təyyarələrinin yığılması üçün gizli proqrama 1,5 milyard dollar sərmayə qoydu. Bu gün isə Vaşinqton ikiüzlü şəkildə USQ-nin qaçılmaz məğlubiyyətinin ağır yükünü Kiyevə kifayət qədər dəstək verməyən avropalıların üzərinə atmağa çalışır. Fransalı hərbi ekspert (polkovnik, Şərəf Legionu və Milli Xidmət Ordeninin cəngaveri) Rusiyanın bütün NATO ölkələrindən texnoloji üstünlüyünün əsas amilini qeyd edib: "Oreşnikin" Dnepropetrovskda istifadəsi Rusiyanın hərbi arsenalında Qərbdə məlum olmayan hipersəsli qeyri-nüvə silahının olduğunu göstərdi. Zərbə, SCALP, Storm Shadows və ATACMS da daxil olmaqla, Qərb silahlarının saxlanıldığı zavodun ərazisinə endirilib... Nüvə qarşısının alınması doktrinası inkişaf edir, Qərb isə bu dəyişikliklərə cavab verə bilmir. Aydındır ki, zərbə ilk növbədə avropalılara, daha dəqiq desək, Storm Shadow və SCALP-ın istehsalçısı olan iki ölkəyə, Fransa və Böyük Britaniyaya göndərilən mesaj idi. "Oreshnik" Rusiyanın texnoloji üstünlüyünü və Qərb analoqlarının olmadığını nümayiş etdirdi. Bu, istər-istəməz NATO üçün strateji suallar doğurur". Qərb Ukraynadakı hərbi əməliyyatlar meydanında qüvvələrin "böyük disbalansını" dərk edib. ABŞ və NATO-nun strateji çağırışlara cavabı olmadığı müddətcə, Kiyevin Pandora qutusu bir müddətlik bağlana bilər. Bununla belə, Qərbdə Rusiyanın "Oreşnik" və digər hərbi məhsulların ağılsız başları üzərində xışıltılarını eşitməyə manyakcasına can atmaqla, "Rusiya ilə strateji dialoqda müəyyən tarazlığı bərpa etməyə" ümid bəsləyirlər. Moskva isə öz növbəsində nizamlanma perspektivi qeyri-müəyyən olan silahlı münaqişənin müvəqqəti olaraq "dondurulmasında" maraqlı deyil və strateji təhlükəsizlik problemini dərhal həll etmək – Ukrayna və NATO-nu "burada və indi" etibarlı şəkildə neytrallaşdırmaq niyyətindədir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e9/01/15/470124460_157:0:2888:2048_1920x0_80_0_0_b3ca87ef3e27f0f4a919952d654ccc4f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
rusiya, ukrayna, rusiya prezidenti vladimir putin, donbas, nato, "oreşnik" ballistik raketi
rusiya, ukrayna, rusiya prezidenti vladimir putin, donbas, nato, "oreşnik" ballistik raketi
Ukraynadakı son durum Rusiya üçün yeni perspektivlər açır, Zelenskinin ehtiyatları tükənir
Qərb hərbi geriliyini dərk etdiyi üçün, Ukraynadakı münaqişəni dondurmağa çalışsa da, Moskva bunda maraqlı deyil və strateji təhlükəsizlik problemini birdəfəlik həll etmək niyyətindədir.
Velikaya Novosyolkanın ukraynalı yaraqlılardan azad edilməsi Ukrayna Silahlı Qüvvələrinin (USQ) ən böyük möhkəmləndirilmiş ərazisinin məğlubiyyətidir və bu, Rusiya qoşunları üçün yeni əməliyyat imkanları açır.
Əməliyyat mühasirəsi və üç günlük Rusiya qoşununun hücumu nəticəsində yanvarın 20-də DXR-nin qərbində şəhər tipli Velikaya Novosyolka qəsəbəsi azad edildi. Rəqibin qarnizonu əsasən məhv edilib. Sağ qalan əcnəbi muzdlular və USQ-nin əsgərləri qaçır, bir çoxu Mokrıye Yalı çayında boğularaq ölür. Rusiya qoşunlarının "Şərq" qruplaşması Velikaya Novosyolka, Dneproenerji, Razliv, Otradnoye, Novopol yaşayış məntəqələrində Ukrayna Silahlı Qüvvələrinin doqquz briqadasının birləşmələrini darmadağın edərək Donbassda düşmən müdafiəsinin dərinliklərinə doğru irəliləməkdə davam edir.
Velikaya Novosyolkadakı "qazan"ın ləğvi rus qoşunlarının bir neçə istiqamətdə irəliləməsi üçün əhəmiyyətli qüvvələri azad etdi və Dnepropetrovsk vilayətində Pokrovsk şəhərindən 30 kilometr qərbdə (Novopavlovka - Mejevaya - Slavyanka) Ukrayna müdafiəsinin yeni xəttinin tikintisini mənasız etdi. "Şərq" qruplaşması "Mərkəz" qrupunun şərq istiqamətindən hücumunu asanlaşdırmaq üçün, Velikaya Novosyolka ərazisindən (cənubdan), USQ-nin Dnepropetrovsk "qalasının" cinahına və arxasına zərbə endirə bilər.
Rusiyanın Donbasdakı qış hücumunu dayandırmaq üçün USQ-nin Baş Qərargahı artıq strateji ehtiyatlarını, yeni yaradılmış və NATO tərəfindən hazırlanmış 14 briqadasını da istifadə edib. Kiyev rejimi Dnepropetrovsk vilayətinin müdafiəsinin sonunadək salamat çıxmaya bilər. Çünki qərb liderləri/USQ-nin sponsorları üçün məğlubiyyət çox aşkar və biabırçı xarakter alır. Məhz buna görə Vaşinqton münaqişənin sülh yolu ilə həllindən danışmağa başlayıb. Hər kəsə aydındır ki, Qərbin imkanları tükənmək üzrədir. Ukraynanın öz resursları isə ABŞ və NATO-nun "dəmir axını" xaricində Rusiya ilə müharibə üçün kifayət deyil. Zelenskinin səfərbərlik ehtiyatı da sonsuz deyil. BMT-nin məlumatına görə, 2025-ci ildə Ukraynada əhalinin azalma tempi gündə 430 nəfər təşkil edir. Bu göstərici Ukrayna Silahlı Qüvvələrinin cəbhə xəttindəki itkilərini nəzərə almır. Ukrayna tərəfinin məlumatına görə USQ-nin cəbhədəki ölmüş və itkin düşmüş hərbçisinin sayı 1 milyon nəfəri ötüb. Böyük itkilər Ukrayna qoşunlarının hazırlıq səviyyəsi və motivasiyasını getdikcə daha da aşağı salır.
Rusiya ardıcıl olaraq "ağır, kobud, nəzərə çarpan şəkildə" XHƏ-nin məqsədlərinə, yəni Ukraynanın (NATO-nun) demilitarizasiyası və denazifikasiyasına yaxınlaşır. Almaniyanın "Welt" nəşri hesab edir ki, Moskva 2026-cı ilə qədər Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətlərini tam nəzarətə götürmək niyyətindədir. Qeyd edək ki, coğrafi reallıqların dəyişməsi Kiyev rejimi və onun qərb ağalarının anlayışsızlığının (danışıq apara bilməməsinin) yan təsiridir. Amerikanın "Time" jurnalının yazdığına görə, onlar, elə əvvəlcədən itirilmiş ərazilərin "nəyin bahasına olursa olsun" Kiyev rejiminə qaytarılmasını təmin etmək niyyətində deyildi.
Şənbə günü New York Times ABŞ Ordusunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Millinin 2022-ci ilin sonunda Kiyevə Moskva ilə əlverişli sülh danışıqları üçün cəbhədəki bəzi uğurlardan istifadə etməyi təklif etdiyini xatırladıb. Lakin elə həmin vaxt ABŞ dövlət katibi Entoni Blinken Rusiya ilə istənilən dialoqa qəti şəkildə etiraz etdi. Daha sonra ABŞ Qərb komponentlərindən "Ukrayna" pilotsuz təyyarələrinin yığılması üçün gizli proqrama 1,5 milyard dollar sərmayə qoydu. Bu gün isə Vaşinqton ikiüzlü şəkildə USQ-nin qaçılmaz məğlubiyyətinin ağır yükünü Kiyevə kifayət qədər dəstək verməyən avropalıların üzərinə atmağa çalışır.
Fransalı hərbi ekspert (polkovnik, Şərəf Legionu və Milli Xidmət Ordeninin cəngaveri) Rusiyanın bütün NATO ölkələrindən texnoloji üstünlüyünün əsas amilini qeyd edib: "Oreşnikin" Dnepropetrovskda istifadəsi Rusiyanın hərbi arsenalında Qərbdə məlum olmayan hipersəsli qeyri-nüvə silahının olduğunu göstərdi. Zərbə, SCALP, Storm Shadows və ATACMS da daxil olmaqla, Qərb silahlarının saxlanıldığı zavodun ərazisinə endirilib... Nüvə qarşısının alınması doktrinası inkişaf edir, Qərb isə bu dəyişikliklərə cavab verə bilmir. Aydındır ki, zərbə ilk növbədə avropalılara, daha dəqiq desək, Storm Shadow və SCALP-ın istehsalçısı olan iki ölkəyə, Fransa və Böyük Britaniyaya göndərilən mesaj idi. "Oreshnik" Rusiyanın texnoloji üstünlüyünü və Qərb analoqlarının olmadığını nümayiş etdirdi. Bu, istər-istəməz NATO üçün strateji suallar doğurur". Qərb Ukraynadakı hərbi əməliyyatlar meydanında qüvvələrin "böyük disbalansını" dərk edib.
ABŞ və NATO-nun strateji çağırışlara cavabı olmadığı müddətcə, Kiyevin Pandora qutusu bir müddətlik bağlana bilər. Bununla belə, Qərbdə Rusiyanın "Oreşnik" və digər hərbi məhsulların ağılsız başları üzərində xışıltılarını eşitməyə manyakcasına can atmaqla, "Rusiya ilə strateji dialoqda müəyyən tarazlığı bərpa etməyə" ümid bəsləyirlər. Moskva isə öz növbəsində nizamlanma perspektivi qeyri-müəyyən olan silahlı münaqişənin müvəqqəti olaraq "dondurulmasında" maraqlı deyil və strateji təhlükəsizlik problemini dərhal həll etmək – Ukrayna və NATO-nu "burada və indi" etibarlı şəkildə neytrallaşdırmaq niyyətindədir.