https://sputnik.az/20250122/ukraynadaki-munaqisenin-helli-meselesinde-huquqi-razilasmalardan-danismaliyiq---lavrov-470152508.html
Ukraynadakı münaqişənin həlli məsələsində hüquqi razılaşmalardan danışmalıyıq - Lavrov
Ukraynadakı münaqişənin həlli məsələsində hüquqi razılaşmalardan danışmalıyıq - Lavrov
Sputnik Azərbaycan
Lavrov deyib ki, Ukraynadakı münaqişənin həlli məsələsində hüquqi razılaşmalardan danışılmalı, onların pozulmasının qeyri-mümkünlüyünə dair mexanizm... 22.01.2025, Sputnik Azərbaycan
2025-01-22T22:21+0400
2025-01-22T22:21+0400
2025-01-22T22:21+0400
sergey lavrov
rusiya
ktmt
avrasiya
abş
https://cdnn1.img.sputnik.az/img/07e8/07/04/465802677_0:0:2851:1603_1920x0_80_0_0_8d09d4de637a1cf2ab4a4c0583397a53.jpg
BAKI, 22 yanvar — Sputnik. Rusiya və Qırğızıstan terrorizm və ekstremizmlə mübarizədə səyləri birləşdirməyin zəruriliyini təsdiqləyir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov qırğızıstanlı həmkarı Jeenbek Kulubayevlə danışıqlardan sonra keçirdiyi brifinqdə bildirib. "Biz həm Mərkəzi Asiyada, həm də bütövlükdə Avrasiya qitəsində təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi məsələlərini nəzərdən keçirdik, eyni zamanda, terrorizm və ekstremizmə qarşı mübarizədə səylərin birləşdirilməsinin zəruriliyini təsdiq etdik", - Lavrov bildirib. Lavrov Bişkekin bu il Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrliyi ilə bağlı planları və prioritetləri haqqında ətraflı məlumata görə Kulubayevə minnətdarlığını bildirib. "Biz bu planları və prioritetləri dəstəkləyirik və bu gün Rusiyanın həmkarlarımıza bu vəzifədə işlərində bütün lazımi yardımı göstərməyə hazır olduğunu təsdiqlədik", - o vurğulayıb. Lavrov deyib ki, Ukraynadakı münaqişənin həlli məsələsində hüquqi razılaşmalardan danışılmalı, onların pozulmasının qeyri-mümkünlüyünə dair mexanizm yaradılmalıdır. "Bunsuz münaqişəyə son qoymağın qeyri-mümkün olacağı anlayışı Avropada və ABŞ-da var. Biz yalnız etibarlı, hüquqi qüvvəyə malik müqavilələrdən danışa bilərik ki, onların pozulmasının mümkünsüzlüyü mexanizmi olmalıdır", Lavrov bildirib.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/07/04/465802677_82:0:2474:1794_1920x0_80_0_0_5f12533ee4e734e8f07c429cacb06626.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sergey lavrov, ktmt, avrasiya, abş
sergey lavrov, ktmt, avrasiya, abş
Ukraynadakı münaqişənin həlli məsələsində hüquqi razılaşmalardan danışmalıyıq - Lavrov
Lavrov deyib ki, Ukraynadakı münaqişənin həlli məsələsində hüquqi razılaşmalardan danışılmalı, onların pozulmasının qeyri-mümkünlüyünə dair mexanizm yaradılmalıdır.
BAKI, 22 yanvar — Sputnik. Rusiya və Qırğızıstan terrorizm və ekstremizmlə mübarizədə səyləri birləşdirməyin zəruriliyini təsdiqləyir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov qırğızıstanlı həmkarı Jeenbek Kulubayevlə danışıqlardan sonra keçirdiyi brifinqdə bildirib.
"Biz həm Mərkəzi Asiyada, həm də bütövlükdə Avrasiya qitəsində təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi məsələlərini nəzərdən keçirdik, eyni zamanda, terrorizm və ekstremizmə qarşı mübarizədə səylərin birləşdirilməsinin zəruriliyini təsdiq etdik", - Lavrov bildirib.
Lavrov Bişkekin bu il Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrliyi ilə bağlı planları və prioritetləri haqqında ətraflı məlumata görə Kulubayevə minnətdarlığını bildirib.
"Biz bu planları və prioritetləri dəstəkləyirik və bu gün Rusiyanın həmkarlarımıza bu vəzifədə işlərində bütün lazımi yardımı göstərməyə hazır olduğunu təsdiqlədik", - o vurğulayıb.
Lavrov deyib ki, Ukraynadakı münaqişənin həlli məsələsində hüquqi razılaşmalardan danışılmalı, onların pozulmasının qeyri-mümkünlüyünə dair mexanizm yaradılmalıdır.
"Bunsuz münaqişəyə son qoymağın qeyri-mümkün olacağı anlayışı Avropada və ABŞ-da var. Biz yalnız etibarlı, hüquqi qüvvəyə malik müqavilələrdən danışa bilərik ki, onların pozulmasının mümkünsüzlüyü mexanizmi olmalıdır", Lavrov bildirib.