https://sputnik.az/20250122/rusiyanin-ukraynaya-zerbeler-endirmesinde-meqsed-dusmenin-teslim-olmasidir-470151683.html
Rusiyanın Ukraynaya zərbələr endirməsində məqsəd düşmənin təslim olmasıdır
Rusiyanın Ukraynaya zərbələr endirməsində məqsəd düşmənin təslim olmasıdır
Sputnik Azərbaycan
Ukrayna SQ-nin bütün ölkə ərazisindəki obyektlərinə Rusiya tərəfindən zərbələrin endirilməsində məqsəd düşmənin tam zərərsizləşdirilməsi və ya təslim olmasını... 22.01.2025, Sputnik Azərbaycan
2025-01-22T20:30+0400
2025-01-22T20:30+0400
2025-01-22T20:30+0400
rusiya
təhlil
ukrayna
nato
xüsusi hərbi əməliyyat
rusiya prezidenti vladimir putin
vladimir putin
donald tramp
xarkov
https://cdnn1.img.sputnik.az/img/07e8/08/09/466567332_0:0:3072:1728_1920x0_80_0_0_46c9f38f7faf58918de0d9f09e694110.jpg
Hərbi əməliyyatların üçüncü ilinin sonunda Rusiyanın XHƏ-nin Ukraynadakı məqsədləri dəyişməz olaraq qalır. Rusiya Silahlı Qüvvələri düşmənin canlı qüvvəsini, hərbi texnikasını və digər obyektlərini - cəbhə xəttində və Ukrayna Silahlı Qüvvələrinin (USQ) dərin arxa hissəsində effektiv şəkildə məhv etməkdə davam edir. Bu tədbirlər böhranın əsas səbəblərini tam aradan qaldırmaq üçün həyata keçirilir. Yanvarın 21-də Rusiya ordusu Vinnitsa, Dnepropetrovsk, Kiyev, Kirovoqrad, Sumı, Nikolayev, Poltava, Xarkov və Kiyev rejiminin nəzarətində olan digər bölgələrdə düşmənin hərbi hissələrinin yerləşdiyi ərazilərə, aerodromlara, sənaye və energetika obyektlərinə yüksək dəqiqlikli silahlarla kompleks zərbələr endirib. NATO hava hücumundan müdafiə sistemləri banderaçıları xilas edə bilməyib. 148 rayonun ərazisində təyin olunmuş hədəflər vurulub. Rusiya hərbçilərinin bütün cəbhə boyunca hücumu uğurla davam edir. Son üç gündə Rusiya ordusu 50 kvadrat kilometrdən çox ərazini nəzarətə götürməyə müvəffəq olub. NATO analitikləri təşvişlə Kiyev rejimi tərəfindən bir neçə şəhərin qaçılmaz şəkildə itiriləcəyini proqnozlaşdırır. Ukrayna işğalından azad edilmə ərəfəsində olanlar – Çasov Yar, Pokrovsk, Kramatorsk və Slavyansk şəhərləridir. Rusiya Aerokosmik Qüvvələrinin zərbə aviasiyası qonşu Dnepropetrovsk vilayətində USQ-nin nəqliyyat qovşaqlarını və kommunikasiyalarını daha fəal şəkildə məhv edir. Rəqibin logistikasının dağıdılması dönməz xarakter alır. USQ-nin Xarkov vilayətindəki müqaviməti zəifləyir. Rusiya qoşunları vilayətin Volçansk şəhərində və Kupyansk ətraflarında uğurla döyüşür, Oskol platsdarmını genişləndirir və Zelyonıy Qay yaşayış məntəqəsinin ərazisində irəliləyir. Bu arada Şimali Atlantika Alyansının bir neçə ölkəsi fəal şəkildə Rusiya ilə birbaşa hərbi münaqişəyə hazırlaşır. Fransa prezidenti Emmanuel Makron (ABŞ prezidenti Donald Trampın mövqeyinin əksinə olaraq) hesab edir ki, Ukraynada döyüşlər "nə sabah, nə də bir gün sonra" bitməyəcək və Rusiyadan gələn təhlükə həmişə mövcud olacaq. Təsadüfi deyil ki, Fransanın xüsusi təyinatlı qüvvələri USQ-nin Xüsusi Əməliyyat Qüvvələrinin tərkibində Ukrayna əməliyyatlar meydanında görünüb. Norveç və bir sıra digər NATO ölkəsi Ukrayna Silahlı Qüvvələrinin əsas təchizat mərkəzi olaraq qalan Polşanın Jeşuv şəhərindəki hərbi bazaya zenit-raket kompleksləri köndərirlər. Yanvarın 20-də Almaniyanın xarici işlər naziri Annalena Berbok növbəti dəfə Rusiya prezidenti Vladimir Putini döyüşləri dayandırmağa və geri çəkilməyə, yəni təslim olmağa çağırıb. Xaricdən kömək gəlməyəcək Birləşmiş Ştatlar Ukrayna münaqişəsinin təşkili və maliyyələşdirilməsi üçün NATO üzvləri arasında hamıdan çox "sərmayə qoyub". Kollektiv Qərb üçün alçaldıcı strateji məğlubiyyətin yaxınlaşdığını hiss edən Vaşinqton atəşkəs və Amerika prezidenti Donald Trampın himayəsi altında Rusiya ilə Kiyev rejimi arasında sülh danışıqlarında bəzi kompromislərə nail olmağın yolları haqqında danışmağa başlayıb. Yolüstü Tramp Rusiyanın prezidenti və iqtisadiyyatına qarşı bəzi hədələr də səsləndirib. Digər tərəfdən, Kiyev rejimi silahlı münaqişənin sürətləndirilmiş şəkildə bitməsinin əleyhinədir, çünki belə sülh praktiki olaraq Zelenskinin və digər Amerika marionetlərinin siyasi və fiziki ölümünün zəmanətidir. Bacarıqsız aktyorları tez bir zamanda aradan qaldırmaq olar, amma problemin mahiyyəti bundan ibarət deyil. Yanvarın 20-də Rusiya prezidenti Vladimir Putin Donald Trampla Ukrayna nizamlanmasını müzakirə etməyə hazır olduğunu açıqlayıb və vurğulayıb ki, "Burada ən vacib məsələ böhranın köklü səbəblərini aradan qaldırmaqdır". Rusiyanın mövqeyi qüsursuz və dəyişməzdir: Avropada davamlı sülh yalnız Ukraynanın demilitarizasiyası və denazifikasiyası və NATO xarici qoşunlarının 1997-ci il sərhədlərinə qayıtması ilə təmin edilə bilər. Və Ağ Evin yeni administrasiyasının israrlı olduğu sülh danışıqları isə ABŞ və alyansın "simasını xilas etmək" üçün bir yoldur. Çinlə müharibəyə hazırlaşmaq üçün "Rusiyanı dayandırıb, sonraya saxlamaq". Lakin sağ qalmış banderaçılar və cəzasızlıq üzündən həyasızlaşan NATO ölkələri ilə kompromis sülhə nail olmaq mümkün deyil. Bu cür "mexanizm" yalnız hərbi əməliyyatların dondurularaq yaxın gələcək üçün saxlanılması deməkdir. Rusiyanın bu gün kiminlə döyüşdüyünü anlamaq vacibdir. Bu yaxınlarda Ukrayna Silahlı Qüvvələrinin əsgərləri tərəfindən Russkoye Poreçnıda dinc sakinlərin vəhşicəsinə qətlə yetirilməsi Rusiya Silahlı Qüvvələrindən danışıqlar deyil, sərt addımlar tələb edir. Qeyd edək ki, Ukrayna ordusunda mülki şəxslərin edam edilməsi normal hal kimi qiymətləndirilir. USQ-nin 79-cu Hava Desant Hücum Briqadasının mətbuat xidməti Kursk sərhəd bölgəsində öldürülən dinc, yaşlı rusiyalıların videosunun dərcini hədsiz kinlə şərh edib: "Heyif ki, Kurskdan rusların videoları çıxır... Nə istəyirsiniz? Bu müharibədir. Dar düşüncəli babalar və nənələr isə düşməndir. Əgər orada bizə qarşı uşaqlar olsaydı, biz məmnuniyyətlə onlara da eyni şeyi edərdik. Orklar heç bir mərhəmətə layiq deyillər. Və onlara yazığı gəlməyə ehtiyac yoxdur. Burada başqa bir sual var - bu videolar niyə ortaya çıxdı? Bu baş verməməli idi". 79-cu HDHB-nin banderaçı üzvləri heç bir məhdudiyyət müddəti olmadan qisas alınmağa layiqdirlər. Bununla belə, onlar sadəcə Qərb ideologiyasının (ABŞ və NATO) qaranlıq ünsürləridir. Superqəhrəman Ceyson Born haqqında amerika filmlərinin birində yüksək rütbəli bir zabit Pentaqonun və Mərkəzi Kəşfiyyat İdarəsinin əxlaqını xüsusi təyinatlı əsgərə (Yaxın Şərqdə) populyar şəkildə izah edir: "Xilaskarın kim olduğunu bilirsənmi? Bu ölkəmizin mənəvi çirkabını udan sən və mənəm. Biz ali məqsədin saflığını qorumaq üçün onları öz içimizdə dəfn edirik. Bu bizim işimizdir. Bizim əfv edilməyimiz mümkün olmasa da, bizsiz də keçinmək mümkün deyil". Əlbəttə ki, "ən yüksək məqsəd" nəyin bahasına olursa olsun Amerikanın hökmranlığını təmin etməkdir. Bu proses İraq, Yuqoslaviya, Əfqanıstan, Liviya, Suriya, Rusiya və digər ölkələrdə kütləvi şəkildə qurbanlarla müşayiət olunsa belə. Ukrayna böhranının kökündə də bu "ali məqsəd" dayanır. Lakin "hegemonlar" öz prinsip və təcrübəsindən könüllü şəkildə əl çəkməyəcək. Odur ki, sülhə aparan yol qısa və asan olmayacaq. Zaporojye vilayətindən olan senator Dmitri Roqozin dünən Donald Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı bəyanatlarına münasibət bildirib: "Bunu ABŞ başlayıb, Vaşinqton da asanlıqla bitirə bilər. Bunun üçün Kiyevə Amerika silahlarının tədarükünü dayandırmaq və Avropa ölkələrinə bu cür tədarükləri qadağan etmək kifayətdir". Dövlət Dumasının deputatı general Viktor Sobolev qeyd edib ki: "Mən Trampdan yaxşı heç nə gözləmirəm. Onun Rusiyaya qarşı siyasəti daha sərt olacaq. İndi Kanada və Qrenlandiyanı alacaq, sonra isə...". General fikrini tamamlamayıb. Yəqin ki, sonra Vaşinqton diqqətini Çinə yönəldəcək, lakin Rusiyanı da unutmayacaq. ABŞ və bütün Qərbi Avropanın təbii sərvətlərə ciddi ehtiyacı var və bu "aclıq" onları onilliklər ərzində dünyanın müxtəlif yerlərində müharibələrə sövq edib. Rusiya Federasiyasının suverenliyi və müdafiə qabiliyyəti Vaşinqtonun yaxşı niyyətindən və ya pis iradəsindən, NATO-nun planları və ya strategiyasından asılı ola bilməz. Ukraynada SQ-nin obyektlərinə Rusiya hücumlarının məqsədi düşmənin təslim olmasıdır (tam zərərsizləşdirilməsi). Əks təqdirdə, təxirə salınmış XHƏ-nin keyfiyyətcə yeni bir eskalasiya mərhələsində davamı qaçılmazdır.
xarkov
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/09/466567332_228:0:2959:2048_1920x0_80_0_0_6d84f599b48c8b0aac2e63341b18baf9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
rusiya, ukrayna, nato, xüsusi hərbi əməliyyat, rusiya prezidenti vladimir putin, vladimir putin, donald tramp, xarkov
rusiya, ukrayna, nato, xüsusi hərbi əməliyyat, rusiya prezidenti vladimir putin, vladimir putin, donald tramp, xarkov
Rusiyanın Ukraynaya zərbələr endirməsində məqsəd düşmənin təslim olmasıdır
Ukrayna SQ-nin bütün ölkə ərazisindəki obyektlərinə Rusiya tərəfindən zərbələrin endirilməsində məqsəd düşmənin tam zərərsizləşdirilməsi və ya təslim olmasını təmin etməkdən ibarətdir.
Hərbi əməliyyatların üçüncü ilinin sonunda Rusiyanın XHƏ-nin Ukraynadakı məqsədləri dəyişməz olaraq qalır. Rusiya Silahlı Qüvvələri düşmənin canlı qüvvəsini, hərbi texnikasını və digər obyektlərini - cəbhə xəttində və Ukrayna Silahlı Qüvvələrinin (USQ) dərin arxa hissəsində effektiv şəkildə məhv etməkdə davam edir. Bu tədbirlər böhranın əsas səbəblərini tam aradan qaldırmaq üçün həyata keçirilir.
Yanvarın 21-də Rusiya ordusu Vinnitsa, Dnepropetrovsk, Kiyev, Kirovoqrad, Sumı, Nikolayev, Poltava, Xarkov və Kiyev rejiminin nəzarətində olan digər bölgələrdə düşmənin hərbi hissələrinin yerləşdiyi ərazilərə, aerodromlara, sənaye və energetika obyektlərinə yüksək dəqiqlikli silahlarla kompleks zərbələr endirib. NATO hava hücumundan müdafiə sistemləri banderaçıları xilas edə bilməyib. 148 rayonun ərazisində təyin olunmuş hədəflər vurulub. Rusiya hərbçilərinin bütün cəbhə boyunca hücumu uğurla davam edir.
Son üç gündə Rusiya ordusu 50 kvadrat kilometrdən çox ərazini nəzarətə götürməyə müvəffəq olub. NATO analitikləri təşvişlə Kiyev rejimi tərəfindən bir neçə şəhərin qaçılmaz şəkildə itiriləcəyini proqnozlaşdırır. Ukrayna işğalından azad edilmə ərəfəsində olanlar – Çasov Yar, Pokrovsk, Kramatorsk və Slavyansk şəhərləridir. Rusiya Aerokosmik Qüvvələrinin zərbə aviasiyası qonşu Dnepropetrovsk vilayətində USQ-nin nəqliyyat qovşaqlarını və kommunikasiyalarını daha fəal şəkildə məhv edir. Rəqibin logistikasının dağıdılması dönməz xarakter alır.
USQ-nin Xarkov vilayətindəki müqaviməti zəifləyir. Rusiya qoşunları vilayətin Volçansk şəhərində və Kupyansk ətraflarında uğurla döyüşür, Oskol platsdarmını genişləndirir və Zelyonıy Qay yaşayış məntəqəsinin ərazisində irəliləyir.
Bu arada Şimali Atlantika Alyansının bir neçə ölkəsi fəal şəkildə Rusiya ilə birbaşa hərbi münaqişəyə hazırlaşır. Fransa prezidenti Emmanuel Makron (ABŞ prezidenti Donald Trampın mövqeyinin əksinə olaraq) hesab edir ki, Ukraynada döyüşlər "nə sabah, nə də bir gün sonra" bitməyəcək və Rusiyadan gələn təhlükə həmişə mövcud olacaq. Təsadüfi deyil ki, Fransanın xüsusi təyinatlı qüvvələri USQ-nin Xüsusi Əməliyyat Qüvvələrinin tərkibində Ukrayna əməliyyatlar meydanında görünüb.
Norveç və bir sıra digər NATO ölkəsi Ukrayna Silahlı Qüvvələrinin əsas təchizat mərkəzi olaraq qalan Polşanın Jeşuv şəhərindəki hərbi bazaya zenit-raket kompleksləri köndərirlər. Yanvarın 20-də Almaniyanın xarici işlər naziri Annalena Berbok növbəti dəfə Rusiya prezidenti Vladimir Putini döyüşləri dayandırmağa və geri çəkilməyə, yəni təslim olmağa çağırıb.
Xaricdən kömək gəlməyəcək
Birləşmiş Ştatlar Ukrayna münaqişəsinin təşkili və maliyyələşdirilməsi üçün NATO üzvləri arasında hamıdan çox "sərmayə qoyub". Kollektiv Qərb üçün alçaldıcı strateji məğlubiyyətin yaxınlaşdığını hiss edən Vaşinqton atəşkəs və Amerika prezidenti Donald Trampın himayəsi altında Rusiya ilə Kiyev rejimi arasında sülh danışıqlarında bəzi kompromislərə nail olmağın yolları haqqında danışmağa başlayıb. Yolüstü Tramp Rusiyanın prezidenti və iqtisadiyyatına qarşı bəzi hədələr də səsləndirib.
Digər tərəfdən, Kiyev rejimi silahlı münaqişənin sürətləndirilmiş şəkildə bitməsinin əleyhinədir, çünki belə sülh praktiki olaraq Zelenskinin və digər Amerika marionetlərinin siyasi və fiziki ölümünün zəmanətidir. Bacarıqsız aktyorları tez bir zamanda aradan qaldırmaq olar, amma problemin mahiyyəti bundan ibarət deyil.
Yanvarın 20-də Rusiya prezidenti Vladimir Putin Donald Trampla Ukrayna nizamlanmasını müzakirə etməyə hazır olduğunu açıqlayıb və vurğulayıb ki, "Burada ən vacib məsələ böhranın köklü səbəblərini aradan qaldırmaqdır". Rusiyanın mövqeyi qüsursuz və dəyişməzdir: Avropada davamlı sülh yalnız Ukraynanın demilitarizasiyası və denazifikasiyası və NATO xarici qoşunlarının 1997-ci il sərhədlərinə qayıtması ilə təmin edilə bilər. Və Ağ Evin yeni administrasiyasının israrlı olduğu sülh danışıqları isə ABŞ və alyansın "simasını xilas etmək" üçün bir yoldur. Çinlə müharibəyə hazırlaşmaq üçün "Rusiyanı dayandırıb, sonraya saxlamaq". Lakin sağ qalmış banderaçılar və cəzasızlıq üzündən həyasızlaşan NATO ölkələri ilə kompromis sülhə nail olmaq mümkün deyil. Bu cür "mexanizm" yalnız hərbi əməliyyatların dondurularaq yaxın gələcək üçün saxlanılması deməkdir.
Rusiyanın bu gün kiminlə döyüşdüyünü anlamaq vacibdir. Bu yaxınlarda Ukrayna Silahlı Qüvvələrinin əsgərləri tərəfindən Russkoye Poreçnıda dinc sakinlərin vəhşicəsinə qətlə yetirilməsi Rusiya Silahlı Qüvvələrindən danışıqlar deyil, sərt addımlar tələb edir. Qeyd edək ki, Ukrayna ordusunda mülki şəxslərin edam edilməsi normal hal kimi qiymətləndirilir. USQ-nin 79-cu Hava Desant Hücum Briqadasının mətbuat xidməti Kursk sərhəd bölgəsində öldürülən dinc, yaşlı rusiyalıların videosunun dərcini hədsiz kinlə şərh edib: "Heyif ki, Kurskdan rusların videoları çıxır... Nə istəyirsiniz? Bu müharibədir. Dar düşüncəli babalar və nənələr isə düşməndir. Əgər orada bizə qarşı uşaqlar olsaydı, biz məmnuniyyətlə onlara da eyni şeyi edərdik. Orklar heç bir mərhəmətə layiq deyillər. Və onlara yazığı gəlməyə ehtiyac yoxdur. Burada başqa bir sual var - bu videolar niyə ortaya çıxdı? Bu baş verməməli idi".
79-cu HDHB-nin banderaçı üzvləri heç bir məhdudiyyət müddəti olmadan qisas alınmağa layiqdirlər. Bununla belə, onlar sadəcə Qərb ideologiyasının (ABŞ və NATO) qaranlıq ünsürləridir. Superqəhrəman Ceyson Born haqqında amerika filmlərinin birində yüksək rütbəli bir zabit Pentaqonun və Mərkəzi Kəşfiyyat İdarəsinin əxlaqını xüsusi təyinatlı əsgərə (Yaxın Şərqdə) populyar şəkildə izah edir: "Xilaskarın kim olduğunu bilirsənmi? Bu ölkəmizin mənəvi çirkabını udan sən və mənəm. Biz ali məqsədin saflığını qorumaq üçün onları öz içimizdə dəfn edirik. Bu bizim işimizdir. Bizim əfv edilməyimiz mümkün olmasa da, bizsiz də keçinmək mümkün deyil".
Əlbəttə ki, "ən yüksək məqsəd" nəyin bahasına olursa olsun Amerikanın hökmranlığını təmin etməkdir. Bu proses İraq, Yuqoslaviya, Əfqanıstan, Liviya, Suriya, Rusiya və digər ölkələrdə kütləvi şəkildə qurbanlarla müşayiət olunsa belə. Ukrayna böhranının kökündə də bu "ali məqsəd" dayanır. Lakin "hegemonlar" öz prinsip və təcrübəsindən könüllü şəkildə əl çəkməyəcək. Odur ki, sülhə aparan yol qısa və asan olmayacaq.
Zaporojye vilayətindən olan senator Dmitri Roqozin dünən Donald Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı bəyanatlarına münasibət bildirib: "Bunu ABŞ başlayıb, Vaşinqton da asanlıqla bitirə bilər. Bunun üçün Kiyevə Amerika silahlarının tədarükünü dayandırmaq və Avropa ölkələrinə bu cür tədarükləri qadağan etmək kifayətdir".
Dövlət Dumasının deputatı general Viktor Sobolev qeyd edib ki: "Mən Trampdan yaxşı heç nə gözləmirəm. Onun Rusiyaya qarşı siyasəti daha sərt olacaq. İndi Kanada və Qrenlandiyanı alacaq, sonra isə...".
General fikrini tamamlamayıb. Yəqin ki, sonra Vaşinqton diqqətini Çinə yönəldəcək, lakin Rusiyanı da unutmayacaq. ABŞ və bütün Qərbi Avropanın təbii sərvətlərə ciddi ehtiyacı var və bu "aclıq" onları onilliklər ərzində dünyanın müxtəlif yerlərində müharibələrə sövq edib.
Rusiya Federasiyasının suverenliyi və müdafiə qabiliyyəti Vaşinqtonun yaxşı niyyətindən və ya pis iradəsindən, NATO-nun planları və ya strategiyasından asılı ola bilməz. Ukraynada SQ-nin obyektlərinə Rusiya hücumlarının məqsədi düşmənin təslim olmasıdır (tam zərərsizləşdirilməsi). Əks təqdirdə, təxirə salınmış XHƏ-nin keyfiyyətcə yeni bir eskalasiya mərhələsində davamı qaçılmazdır.