https://sputnik.az/20250122/ran-ali-mehkemesi-azerbaycan-sefirliyine-hucum-eden-sexsle-bagli-olum-hokmunu-tesdiqleyib-470150792.html
İran Ali Məhkəməsi Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqləyib
İran Ali Məhkəməsi Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqləyib
Sputnik Azərbaycan
İranın Məhkəmə və Ədliyyə sisteminin sözçüsü Əsgər Cəhangir deyib ki, iş Tehrana cinayət hökmlərinin icrasına göndərilib. 22.01.2025, Sputnik Azərbaycan
2025-01-22T16:33+0400
2025-01-22T16:33+0400
2025-01-22T16:52+0400
siyasət
iran
prezident ilham əliyev
səfirlik
terror aktı
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1d/461660622_0:160:3072:1888_1920x0_80_0_0_8f840d1bbef26b1da11ee7817f5e9550.jpg
BAKI, 22 yanvar - Sputnik. İranın Ali Məhkəməsi Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqləyib.Bu barədə İranın Məhkəmə və Ədliyyə sisteminin sözçüsü Əsgər Cəhangir deyib.“İran Ali Məhkəməsi səfirliyə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqləyib və iş Tehrana cinayət hökmlərinin icrasına göndərilib”, - sözçü bildirib.Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib. 3 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilib. Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.Terror aktını törədən Yasin Hüseynzadə saxlanılıb.Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları 29 yanvar 2023-cü il tarixində Tehrandan Bakıya təxliyə olunub. Səfirlik əməkdaşları və onların ailə üzvlərindən ibarət ümumilikdə 53 nəfər Vətənə qayıdıb.Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş Yasin Hüseynzadənin bir il ərzində məhkəməsi keçirilib. İran Ədliyyə Nazirliyi onun barəsində edam hökmünün çıxarıldığı barədə məlumat yayıb.Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində İranın əvvəlki hakimiyyəti ilə münasibətlərin pisləşməsi ilə bağlı məqamlara toxunarkən İranda səfirliyimizə qarşı törədilən terror aktına da toxunub. O qeyd edib ki, İranda səfirliyimizə qarşı törədilən terror aktı təşkil olunmuş terror aktı idi. Bunu deməyə əsas verən bir çox amillər var idi.“Birincisi, təxminən 40 dəqiqə ərzində bir dənə də polis maşını oraya yaxınlaşmamışdı. Halbuki bu, paytaxtın mərkəzində idi. Terroru törədən şəxs sonra dərhal, ertəsi gün psixi xəstə elan edildi. Halbuki istənilən tibbi ekspertiza bir neçə gün davam edir. Həmin bu şəxs elə terroru törətdiyi gün mətbuata çıxıb və müsahibə verir. O hadisədən iki il keçir. Bu günə qədər o insan ona verilən hökmə məruz qalmayıb. Bütün bunlar göstərir ki, bu, təşkil olunmuşdu” - dövlətimizin başçısı diqqətə çatdırıb.
https://sputnik.az/20250107/randaki-sefirliyimize-qarsi-terror-akti-teskil-olunmus-terror-akti-idi---lham-eliyev-469870246.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1d/461660622_171:0:2902:2048_1920x0_80_0_0_f1df8d09caf81d72a759e3d892c5b111.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, prezident ilham əliyev, səfirlik, terror aktı
iran, prezident ilham əliyev, səfirlik, terror aktı
İran Ali Məhkəməsi Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqləyib
16:33 22.01.2025 (Yenilənib: 16:52 22.01.2025) İranın Məhkəmə və Ədliyyə sisteminin sözçüsü Əsgər Cəhangir deyib ki, iş Tehrana cinayət hökmlərinin icrasına göndərilib.
BAKI, 22 yanvar - Sputnik. İranın Ali Məhkəməsi Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqləyib.
Bu barədə İranın Məhkəmə və Ədliyyə sisteminin sözçüsü Əsgər Cəhangir deyib.
“İran Ali Məhkəməsi səfirliyə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqləyib və iş Tehrana cinayət hökmlərinin icrasına göndərilib”, - sözçü bildirib.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.
Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib. 3 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilib. Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.
Terror aktını törədən Yasin Hüseynzadə saxlanılıb.
Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları 29 yanvar 2023-cü il tarixində Tehrandan Bakıya təxliyə olunub. Səfirlik əməkdaşları və onların ailə üzvlərindən ibarət ümumilikdə 53 nəfər Vətənə qayıdıb.
Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş Yasin Hüseynzadənin bir il ərzində məhkəməsi keçirilib. İran Ədliyyə Nazirliyi onun barəsində edam hökmünün çıxarıldığı barədə məlumat yayıb.
Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində İranın əvvəlki hakimiyyəti ilə münasibətlərin pisləşməsi ilə bağlı məqamlara toxunarkən İranda səfirliyimizə qarşı törədilən terror aktına da toxunub. O qeyd edib ki, İranda səfirliyimizə qarşı törədilən terror aktı təşkil olunmuş terror aktı idi. Bunu deməyə əsas verən bir çox amillər var idi.
“Birincisi, təxminən 40 dəqiqə ərzində bir dənə də polis maşını oraya yaxınlaşmamışdı. Halbuki bu, paytaxtın mərkəzində idi. Terroru törədən şəxs sonra dərhal, ertəsi gün psixi xəstə elan edildi. Halbuki istənilən tibbi ekspertiza bir neçə gün davam edir. Həmin bu şəxs elə terroru törətdiyi gün mətbuata çıxıb və müsahibə verir. O hadisədən iki il keçir. Bu günə qədər o insan ona verilən hökmə məruz qalmayıb. Bütün bunlar göstərir ki, bu, təşkil olunmuşdu” - dövlətimizin başçısı diqqətə çatdırıb.