DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qrossi Rusiya və Ukraynaya səfər etmək niyyətindədir

© AP Photo / Lisa LeutnerBeynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi - Sputnik Azərbaycan, 1920, 22.01.2025
Abunə olmaq
AEBA ekspertləri Agentliyin baş direktorunun zavoda ilk səfərindən sonra 2022-ci il sentyabrın 1-dən Zaporojye AES-də fəaliyyət göstərirlər.
BAKI, 22 yanvar — Sputnik. Atom enerkisi üzrə beynəlxalq agentliyin direktoru Rafael Qrossi yaxın bir neçə həftə ərzində Rusiya və Ukraynaya səfər etmək niyyətindədir. Bu barədə Reuters xəbər verir.
Agentliyin məlumatına görə, Qrossi deyib ki, AEBA Zaporojye atom elektrik stansiyası ərazisində hərbi fəaliyyətdən narahatdır.
AEBA ekspertləri Agentliyin baş direktorunun zavoda ilk səfərindən sonra 2022-ci il sentyabrın 1-dən Zaporojye AES-də fəaliyyət göstərirlər.
Enerqodar şəhəri yaxınlığında Dnepr çayının sol sahilində yerləşən Zaporojye AES enerji bloklarının sayına və quraşdırılmış gücünə görə Avropada ən böyüyüdür - stansiyada 1 giqavat gücündə altı aqreqat var. 2022-ci ilin oktyabrında obyekt Rusiyanın nəzarətinə keçdi. Hazırda bütün enerji blokları "soyuq söndürmə" rejimindədir və elektrik enerjisi istehsal etmir.
Xəbər lenti
0