Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

NATO: Baltic Sentry – birtərəfli missiya?

© AP Photo / Hendrik OsulaBaltik dənizdə NATO hərbi gəmisi, arxiv
Baltik dənizdə NATO hərbi gəmisi, arxiv - Sputnik Azərbaycan, 1920, 22.01.2025
Abunə olmaq
NATO-nun Baltic Sentry təşəbbüsü Rusiyaya müharibənin elan olunmasına bərabərdir ki, bu da prosesdə iştirak edən ölkələr üçün yaxşı heç nə vəd etmir.
Ukraynanın hərbi əməliyyatlar teatrında ciddi zərbə alan Şimali Atlantika Alyansı "kritik infrastrukturun mühafizəsini gücləndirmək" bəhanəsi ilə baltika bölgəsində Rusiya ilə ikinci qarşıdurma cəbhəsi açmaq niyyətindədir. NATO-nun "Baltic Sentry" müddətsiz əməliyyat formatında ərazi və beynəlxalq suların döyüş gəmiləri və təyyarələri vasitəsi ilə gücləndirilmiş patrul xidmətinə ehtiyacı 2022-ci ilin payızında "Şimal axını" beynəlxalq qaz kəmərinə edilən terror hücumu ilə deyil, sualtı kabel infrastrukturuna texnoloji cəhətdən əhəmiyyətsiz ziyanla izah edilir. Alyansın əməliyyatı beynəlxalq hüquqa görə müharibə forması hesab edilən dəniz blokadası xüsusiyyətlərinə malikdir. "Baltik gözətçiləri" üçün mənfi nəticələr praktiki olaraq təmin edilib.
NATO – nun baş katibi Mark Rutte yanvarın 14-də Helsinkidə Baltik dənizinin səkkiz ölkəsinin sammitində dənizin dibində enerji və kommunikasiya kabellərini qorumaq məqsədi daşıyan "Baltic Sentry" əməliyyatının başlandığını elan edib. Alyans ənənəvi freqatları və patrul təyyarələrini cəlb etməklə yanaşı, süni intellekt elementləri ilə təchiz edilmiş "kiçik dəniz dronlarını" da yerləşdirmək niyyətindədir.
NATO-nun Avropadakı müttəfiq qüvvələrinin komandanı, ABŞ ordusunun generalı Kristofer Kavoli həmin gün əlavə edib ki, "Baltik keşikçiləri bütün Baltik dənizi boyunca hədəfli çəkindirmə tədbirləri həyata keçirəcək". Əslində, alyansın donanması və hava qüvvələri daha əvvəl də bölgədə idi. Bəs NATO-nun dəniz strategiyası və praktikasında nə dəyişdi?
Özlərini "Baltik keşikçiləri" elan edənlər (Danimarka, Estoniya, Finlandiya, Almaniya, Latviya, Litva, Polşa, İsveç liderləri) xeyli sayda hərbi gəmi və təyyarə ilə beynəlxalq dəniz və hava məkanında daimi (qeyri-müəyyən vaxt ərzində) patrullara başladılar. Beləliklə onlar neytral sularda əvvəllər də həyata keçirdikləri "şübhəli mülki gəmilər"in yoxlamalarına qanuni don geyindirməyə çalışırlar. Əlbəttə ki, "Rusiya təhlükəsi" və ya Rusiyanın "kölgə" ticarət donanmasından istifadəsinə vurğu ilə.
NATO-nun bu cür "monitorinqi" beynəlxalq marşrutların və Baltik dənizindəki Rusiya limanlarının dəniz blokadasının bütün elementlərini ehtiva edir. Təbii ki, Rusiya mərhəmətsiz qonşularının hərəkətlərini kompensasiya edəcək və Baltik Donanmasının, Qərb və Leninqrad hərbi dairələrinin döyüş təyyarələri və gəmilərindən, sahil raket sistemlərindən istifadə etməklə mülki gəmiçiliyin təhlükəsizliyini təmin edəcək.
Dəniz blokadası müharibədir
Baltikyanı NATO ölkələrinin mövcud qüvvələri və resursları obyektiv olaraq operativ vəziyyətin daimi "nəzarətini" təmin etmək iqtidarında deyil. Hətta bədnam süni intellektin istifadəsi ilə. Rusiyanı "bağlamaq" mümkün olmayacaq. Bununla belə, "Baltik keşikçisi" formatında təxribat xarakterli hərəkətlər və beynəlxalq sularda ticarət gəmilərinin yoxlanılması üçün qanunvericilik bazasının olmaması Rusiya ilə silahlı münaqişə ehtimalını kəskin şəkildə artırır.
Dəniz blokadası"dövlətin təcrid olunmasına nail olmaq üçün qüvvələr və qoşunlar tərəfindən hərbi əməliyyatların aparılması üsuludur". Beynəlxalq hüquqda dəniz blokadası silahlı münaqişə zamanı tətbiq olunan və limanlarını və dəniz bazalarını zərərsizləşdirmək, digər ölkələrlə əlaqələri bloklamaq üçün düşmənin dəniz sahillərinə girişin dayandırılmasına yönəlmiş tədbirlər sistemi hesab olunur: "Döyüşən dövlətlər, dəniz mühasirəsini elan edərək, düşmən dövlətin dəniz əlaqələrini kəsməyə, qarşı tərəfin iqtisadi ehtiyatlarını mümkün qədər zəiflətməyə və neytral ölkələrlə ticarət imkanlarını əlindən almağa çalışırlar." Döyüşən tərəflərin bu mübarizə üsulu döyüşməyən dövlətlərin maraqlarına təsir edir, bloklanan bölgə ilə ticarət əlaqələrinin qorunmasına mane olur. Dəniz blokadası NATO-nun on "baltik keşikçiləri" ilə deyil, Paris (1856) və London (1909) bəyannamələri, beynəlxalq hüquq normaları ilə tənzimlənir.
Bu arada, İsveç fəal şəkildə Rusiya ilə müharibəyə hazırlaşır və 500 minə qədər əsgərinin ölümünü planlaşdıraraq əvvəlcədən qəbirlər qazır. Finlandiyanın Arktika bölgələrində nədənsə ABŞ, Böyük Britaniya və Fransadan olan xarici NATO əsgərləri soyuqla mübarizə aparmaq üçün təlim keçirlər. Bazar ertəsi Aİ neytral İsveçrənin "hərbi Şengen"ə - qoşunların sərhədlərdə gecikmə olmadan Avropa boyunca sürətli hərəkəti proqramına daxil olmasını təsdiqləyib.
London Kral Kollecinin londonlu professoru Endryu Lambert dekabrın 19-da ABŞ Hərbi Dəniz Qüvvələri Kollecində kursantlara "Rusiyanı dənizdən məğlub etmək" mövzusunda mühazirə oxuyaraq deyib ki, "Kalininqrad problem olaraq qalır, insanlar Kalininqradda raketlərin olmasından çox narahatdırlar. Ancaq isveçlilər bunu izləyir və bu problemi həll edə biləcəklərinə əmindirlər. Beləliklə, Kalininqrad Baltik dənizindəki gəmilər üçün çoxlarının düşündüyü qədər təhlükə yaratmır. Və o 1850-ci illərdə Sevastopol olduğu kimi, dünyadan təcrid olunmuş vəziyyətdədir". Lambert qeyd edib ki, Kalininqrad " biz danışarkən sözün əsl mənasında ölür. Vəziyyəti aydınlaşdıra və təmizləyə bilsəydilər, yaxşı olardı".
NATO hər yerdə məhrumiyyət, müharibə, yüz minlərlə insanın ölümünə səbəb olur. Qərbdə Victoria Nulandın iyrənc deyimi hələ də populyardır:"əvvəlcə Kiyevi, sonra Moskvanı alacağıq". İsveçin ən böyük qəzeti olan Aftonbladet yazır ki, "daha sürətli qazmalıyıq". Söhbət qəbirlərdən gedir. Bu ifadə İttifaqın bütün "Baltik keşikçilərinə" aiddir.
Xəbər lenti
0