Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Mərkəzi Bank: İllik inflyasiyanın 5.5% ətrafında olacağı gözlənilir

© AP Photo / Darko VojinovicAzərbaycan Mərkəzi Bankı, arxiv
Azərbaycan Mərkəzi Bankı, arxiv - Sputnik Azərbaycan, 1920, 22.01.2025
Abunə olmaq
Mövcud monetar siyasət inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib.
BAKI, 22 yanvar — Sputnik. 2025-ci ilin yanvar ayında yenilənmiş proqnozlara görə illik inflyasiyanın cari ildə 5.5%, 2026-cı ildə 3.8% ətrafında olacağı gözlənilir.
Bu barədə Mərkəzi Bankdan Sputnik Azərbaycan-a məlumat verilib.
Bildirilib ki, mövcud monetar siyasət inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. Mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır.
Qeyd edilib ki, inflyasiyaya təsir edən xarici amillər son aylar ümumilikdə stabildir: "Beynəlxalq Valyuta Fondunun məlumatına görə ötən il qlobal əmtəə qiymətləri indeksi 4.3% artıb. Bu dövrdə ticarət tərəfdaşlarının orta çəkili illik inflyasiyası azalaraq 2024-cü ilin 11 ayında 11.9% enib ki, bunun da əhəmiyyətli hissəsi manatın nominal effektiv məzənnəsinin 9% möhkəmlənməsi hesabına neytrallaşıb".
"İnflyasiyanın risk balansında əhəmiyyətli dəyişikliklər baş verməyib. Potensial olaraq inflyasiya təzyiqləri yarada biləcək qlobal risklərə mövcud geosiyasi gərginlik fonunda beynəlxalq əmtəə bazarlarında qiymətlərin mümkün dəyişkənliyi aiddir. İnflyasiyanı artıra biləcək daxili risk faktorlarına isə xərc amillərinin aktivləşməsi və məcmu tələbin izafi artımı aiddir. Məcmu tələbin izafi artımı büdcə xərclərinin və kredit qoyuluşlarının genişlənməsi vasitəsilə baş verə bilər. Qiymətləndirməyə görə dövlət büdcəsi xərclərinin və istehlak kreditlərinin inflyasiyaya toplam artırıcı təsirinin 2025-ci ildə 1 faiz bəndindən az olacağı gözlənilir. Bu səbəbdən mövcud monetar şəraitin qalacağı halda qeyd olunan tələb amillərinə görə inflyasiyanın hədəf diapazonundan yayınması ehtimal olunmur" - məlumatda bildirilib.
Diqqətə çatdırılıb ki, illik inflyasiya hədəf diapazonu (4±2%) daxilində qalıb:
"Belə ki, 2024-cü ilin dekabr ayında 12 aylıq inflyasiya 4.9% olub. İllik qiymət artımı ərzaq malları üzrə 5.5%, qeyri-ərzaq malları üzrə 2.4%, xidmətlər üzrə 6.3% təşkil edib".
Qeyd edək ki, bu gün Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb. Uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində olması, qlobal iqtisadi şərait, makroiqtisadi meyillərin təhlili və pul siyasətinin iqtisadiyyata ötürücülüyü nəzərə alınmaqla qəbul olunub.
Mərkəzi Bank - Sputnik Azərbaycan, 1920, 22.01.2025
İQTİSADİYYAT
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxladı
Xəbər lenti
0