DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Finlandiyanın "Nokia" şirkəti smartfon bazarını tərk edib, qurğular satışdan çıxarılıb

© Antti Aimo-Koivisto / Lehtikuva via APNokia şirkətinin inzibati binası, arxiv
Nokia şirkətinin inzibati binası, arxiv - Sputnik Azərbaycan, 1920, 22.01.2025
Abunə olmaq
Smartfonlar dövründə mobil telefon bazarında lider mövqe tutan "Nokia" şirkəti ciddi rəqabətlə üzləşib.
BAKI, 22 yanvar — Sputnik. "Nokia" markalı cihazların istehsalı və satışı ilə məşğul olan Finlandiyanın "HMD Global" şirkəti artıq bu markanın smartfonlarını satmır.
"Nokia" smartfonları və planşetləri "köhnəlmiş" cihazlar adlı ayrıca bir hissəyə köçürülüblər, onların hər biri "Bu telefon artıq mövcud deyil" yazısı ilə qeyd olunub.
Eyni zamanda, alıcılar "HMD"nin saytında öz brendlərinin yalnız ən son smartfon modellərini – "HMD Key"," HMD Arc", "HMD Fusion" və digərlərini tapa bilərlər.
"TechNetBooks" portalı "HMD Global"ın tamamilə öz brendindən istifadəyə keçdiyini bildirib. Qeyd olunub ki, smartfonlar dövründə mobil telefon bazarında lider mövqe tutan "Nokia" şirkəti ciddi rəqabətlə üzləşib. "Microsoft"un 2016-cı ildə markanı canlandırmaq cəhdi uğursuz olub, nəticədə "HMD"yə "Nokia" markalı cihazları buraxmaq hüququ verən bir müqavilə imzalanıb.
Xatırladaq ki, 2023-cü ilin fevral ayında "Nokia" yeni bir iş inkişaf strategiyası seçdiyini və yeni bir logo təqdim etdiyini bildirib.
Xəbər lenti
0