Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Əvvəl universitet, sonra peşə məktəbi - Azərbaycanda təhsil tərsinə dövran edir indi

© AR Ministry of EducationPeşə təmayüllü məkan, arxiv şəkli
Peşə təmayüllü məkan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.01.2025
Abunə olmaq
İlqar Orucovun fikrincə, gələcəkdə də ali təhsilli gənclərin yenidən peşə təhsilinə can atması daha çox müşahidə olunacaq.
BAKI, 22 yanvar — Sputnik. Universitet diplomunu peşə diplomuna dəyişənlərin maraqlı statistikası açıqlanıb.
Belə ki, cari təhsil ilində (2024-2025) peşə təhsili müəssisələrinə 74 ali təhsilli tələbə qəbul olunub. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, bəzən ali təhsil əmək bazarında iş tapmaq üçün kifayət etmir.
"Nəzəri biliklərlə yanaşı praktiki biliklər tələb olunur" - məlumatda deyilir.
O da qeyd olunur ki, bazarında tələb olunan ixtisaslara uyğun iş tapmaq üçün ali təhsilli şəxslər yenidən peşə təhsilinə üz tuturlar.
Dənizçilikdən avtomobil ustalığına
Araz Bakarov da ali təhsil aldıqdan sonra peşə təhsilinə üz tutan tələbələrdən biridir. Ötən tədris ilində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Avtomobil təmiri və diqonostikası ustası ixtisasına qəbul olunan Araz, Sputnik Azərbaycan-a müsahibəsində ali təhsildən sonra peşə təhsilini seçməsinin səbəbini belə izah edib:
"Mən Dənizçilik Akademiyasının bakalavr pilləsini bitirmişəm. 2013-cü ildən dənizdə işləyirəm. Amma bu peşədə karyera qurmaq, irəli getmək çətindir. Ona görə də, öz işimi qurmaq istəyirəm. Buna görə də, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Avtomobil təmiri və diqonostikası ustası ixtisasına qəbul olundum. Bu peşəni seçməyimin iki səbəbi var. Avtomobil ustası peşəsini bəyənməyim və bu peşədə öz müstəqil iş qurmaq imkanının olması. Avtomobil ustası bu gün əmək bazarında ən çox tələb olunan peşələrdəndir. Müasir dövrdə ali təhsil almaq şərt deyil. Əsas məsələ əmək bazarında tələbat olan, gəlirli peşəyə sahib olmaqdır. Bunun peşə və yaxud bakalavr təhsili olmasının bir fərqi yoxdur. Təcrübə göstərir ki, bu gün universitet təhsili alanların çoxu işsizdir. Onlar əmək bazarında iş tapmaq üçün yenidən peşəyə yiyələnirlər".
"Hərdən bakalavr təhsili üçün sərf etdiyim illərimə belə heyifim gəlir"
A.Bakarov deyir ki, o Dənizçilik Akademiyasını valideynlərinin arzusu ilə seçib. Atası dənizçi olduğundan, valideynləri onu da bu peşəyə yönəldiblər. Amma gec də olsa, Araz öz arzusunun arxasınca gedərək peşə təhsilinə müraciət edib. Həmsöhbətimiz deyir ki, həyatda heç nə üçün gec olduğunu düşünmək lazım deyil. Ən pisi gec də olsa arzunun arxasınca getməməkdir:
"Vaxtında peşə təhsilini seçmədiyim üçün "təəssüflənmirəm" desəm yalan olar. Əlbəttə, təəssüflənirəm. Hərdən bakalavr təhsili üçün sərf etdiyim illərimə belə heyifim gəlir. Vaxtında peşə təhsilini seçib avtomobil ustası peşəsinə yiyələnsəydim, bəlkə də bu gün özümün bir avto təmir sexi var idi. İndi mənim qrup yoldaşlarım 17-18 yaşlı uşaqlardır. Mənim isə 35 yaşım var. Amma həyatda heç nə üçün gec deyil. Mən illərlə dənizdə işləsəm də məzuniyyət götürməmişəm. Məzuniyyətlərimi toplayıb peşə təhsili almağa sərf edirəm. Düşünürəm ki, gec də olsa öz işimi qurmağı bacaracağam".
© Sputnik / Nigar IskanderovaSənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində - Sputnik Azərbaycan, 1920, 17.01.2025
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
Şan-şöhrət üçün yox, sevdiyiniz peşəni seçin!
Müsahibimiz bildirir ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tələbələrə seçdiyi peşəyə həm nəzəri, həm də praktiki yiyələnmək imkanı yaradılıb. Bu isə onların əmək bazarında iş tapmasına geniş imkan yaradır.
"Biz nəzəri biliklər almaqla yanaşı daha çox praktiki biliklərə üstünlük veririk. Tanınmış avtomobil markalarının "avtoservis"lərində praktika keçirik. Düzdür, avtomobil ustası peşəsi elə sahədir ki, daim öyrənməyə ehtiyac var. Amma peşə təhsilində praktiki biliklər əldə etdiyimizdən, təhsilimizi başa vurduqdan sonra təcrübəyə ehtiyac qalmır", deyə A. Bakarov bildirib.
Həmsöhbətimiz deyir ki, gənclər ad-san, şan-şöhrət üçün təhsil almaqdansa, öz sevdikləri, əmək bazarında təlabat olan, yüksək gəlirli peşələri seçsinlər. Bu zaman onlar əllərində diplom işsiz qalmayacaqlar.
Gənclər əmək bazarında iş tapmaq üçün peşə təhsilinə üz tuturlar
"Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti" İctimai Birliyinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ali təhsildən sonra peşə təhsili almaq qəribə səslənsə də, gənclər əmək bazarında yer almaq, peşə biliklərinə yiyələnmək üçün peşə təhsilinə can atırlar. Bu isə peşə təhsilinin önəm daşıdığından xəbər verir. İlqar Orucov son illər peşə təhsilinə böyük diqqət yetirildiyini, peşə təhsili üçün ən yüksək infrastrukturunun yaradılmasının gənclərdə peşə təhsilinə marağı artırıb.
"Ona görə də gələcəkdə də ali təhsilli gənclərin yenidə peşə təhsilinə can atması daha çox müşahidə olunacaq", deyə İlqar Orucov bildirib.
İ.Orucov bəzən aşağı bal toplayaraq universitetlərə qəbul olunan tələbələrin diplom aldıqdan sonra əmək bazarında özünə iş tapa bilməməsi hallarının da olduğunu söyləyir. Müsahibimiz deyir ki, belə şəxslərin növbəti mərhələdə peşə təhsilinə can atması başadüşüləndir.
Son 5 ildə peşə təhsilinə qəbulda 60 faiz artım var.
Məlumat üçün bildirək ki, Azərbaycanda peşə təhsilinə bu il 82,2 milyon manat vəsait ayrılıb. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovun bugünlərdə səsləndirdiyi fikrə görə, son 5 ildə peşə təhsilinə qəbulda 60 faiz artım var.
"Artıq peşə məktəblərində yer yoxdur. Ona görə də, biz peşə təhsilində iki növbəli sistemə keçmişik" - qurum rəhbəri bildirib.
© Sputnik / Zulfiyya GuluyevaPeşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov  - Sputnik Azərbaycan, 1920, 17.01.2025
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru açıqlayıb ki, Azərbaycanda bölgələrdə yeni peşə təhsili müəssisələri fəaliyyətə başlayıb.
Onun sözlərinə görə, Gəncədə, Qəbələdə, Bərdə, Cəlilabad, İsmayıllı və Lənkəranda yeni peşə təhsili müəssisələri inşa olunub:
"Qubada, Qaxda və Tovuzda peşə təhsilu müəssisələrinin tikilməsi davam edir. Hazırda Füzulidə peşə təhsili məktəbi tikilir. Şuşada peşə təhsili müəssisəsinin təmirinə başlanılacaq. Qubadlıda və Zəngilanda isə peşə təhsili müəssisələrinin layihələndirilməsi bu ilin ortasında tamamlanacaq".
Əmək bazarında ən çox təlabat olan peşələr...
Agentliyin direktoru həmçinin bildirib ki, hazırda əmək bazarının tələbləri dəyişib. Sənaye və peşə təhsili arasında dialoqun yaranması vacibdir.
"Peşə təhsili müəssisələrində əmək bazarının tələblərinə uyğun kadrlar hazırlanmalıdır. Çünki, əmək bazarının tələbləri tez-tez dəyişir. Ona görə də peşə təhsili müəssisələrində infrastruktur əmək bazarına uyğunlaşdırılır" - Ceyhun Kərəmov bildirib.
O ki, qaldı əmək bazarında ən çox tələb olunan peşələrə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Mamedov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bunlar əməliyyatçı mühasib, qrafik dizayner, aşpaz, bərər, vizajist, manikürçü ixtisaslarıdır. Bununla yanaşı, əmək bazarında dəyişən trendlərə uyğun olaraq sənayedə yeni tələblərə cavab verən alternativ enerji avadanlıqlarının istismarı, elektrik və hibrid avtomobillərin texniki təmiri və xidməti üzrə texnik ixtisası da mövcud təsnifata əlavə edilib.
Onun sözlərinə görə, paralel olaraq peşə təhsil müəssisələrinin infrastrukturu bu ixtisaslara uyğunlaşdırılır.
Ötən il peşə təhsilinə 24821 nəfərin qəbul olub
Xatırladaq ki, 2024/2025-ci tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbulu 24821 nəfərin qəbul olunması ilə başa çatıb. Qəbul olunan tələbələrin 85%-i dövlət sifarişi əsasında, 15%-i isə ödənişli əsaslarla təhsil almağa başlayıb. 2024/2025-ci tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas üzrə aparılıb. İlk dəfə olaraq ötən il Naxçıvan Muxtar Respublikasında tələbə qəbulu elektron şəkildə həyata keçirilib və 453 nəfər qəbul olub. Bu il peşə təhsili müəssisələrinə qəbul olanların 36%-ni qadınlar təşkil edir. Müraciət edənlərin orta yaşı 22, ən aşağı yaş 14, ən yüksək yaş isə 69 olub.
Dual peşə təhsili proqramı üzrə 1247 nəfər, yüksək texniki peşə təhsili səviyyəsi üzrə isə 2453 nəfər qəbul olunub. Ötən il peşə təhsilinə 244 nəfər orta ixtisas təhsilli şəxs, 66 nəfər xarici vətəndaş peşə təhsili müəssisələrinə qəbul olunub.
Ötən tədris ilində peşə təhsilində 9 yeni ixtisasın tədrisinə başlanılıb. Bunlar pilotsuz uçuş aparatlarının texniki xidməti və təmiri üzrə texnik, kargüzarlıq və ofis xidmətləri üzrə mütəxəssis, qida və içki üzrə mütəxəssis, elektrik və hibrid avtomobillərin təmiri, nəqliyyat sistemlərinin texniki istismarı (hava nəqliyyatı üzrə), alternativ enerji qurğu və avadanlıqlarının istismarı, günəş panelləri quraşdırıcısı və təmirçisi, tibbi avadanlıqların təmiri və xidməti, elektromexaniki suvarma maşınları və nasos qurğuları maşinisti ixtisaslarıdır.
Əsasən aşağıda qeyd edilən səbəblərdən ali təhsil alan şəxslər yenidən peşə təhsili almaq üçün müraciət edirlər.
Peşə dəyişikliyi və ya yenidən ixtisaslaşma;
Əmək bazarına uyğunlaşma;
Qısa müddətdə iş imkanları yaratmaq;
Daha çox gəlir əldə etmək imkanı;
Öz biznesini qurmaq arzusu.
Azərbaycanda bu universitetlərin məzunları ali təhsildən sonra peşə təhsilinə müraciət ediblər:

MÜƏSSİSƏ

İXTİSAS

ALİ TƏHSİL

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

Aşpaz

Bakı Dövlət Universiteti

Şirvan Peşə Liseyi

Bərbər-vizajist-manikürçü

Bakı Dövlət Universiteti

Zaqatala Peşə Məktəbi

Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi

Qənnadçı, şirniyyatçı

Gəncə Dövlət Universiteti

Zaqatala Peşə Məktəbi

Aşpaz

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

“Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzi

Avtomatika üzrə usta

Azərbaycan Texniki Universiteti

Tərtər Peşə Məktəbi

Geyim üzrə dizayner

Gəncə Dövlət Universiteti

Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

Günəş panelləri quraşdırıcısı və təmirçisi

Azərbaycan Texniki Universiteti

Şəki Dövlət Peşə Təhsil Mərkəzi

Kombi-kondisioner ustası

Azərbaycan Kooperasiya Universiteti

Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

Uçan aparatların cihaz avadanlıqları üzrə elektromexanik

Milli Aviasiya Akademiyası

Ağdaş Peşə Məktəbi

Qənnadçı, şirniyyatçı

Mingəçevir Dövlət Universiteti

Zərdab Peşə Liseyi

Əməliyyatçı-mühasib

Mingəçevir Dövlət Universiteti

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

Dərzi

Azərbaycan Dövlət Aqrar Universiteti

MÜƏSSİSƏ

İXTİSAS

ALİ TƏHSİL

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

Veb dizayner və proqram təminatçısı

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası

Dəniz nəqliyyatı, gəmiqayırma və liman işləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

Əməliyyatçı-mühasib

Qərbi Kaspi Universiteti

Qax Peşə Liseyi

Qrafik dizayner

Azərbaycan Dövlət Pedaqoji Universiteti (Zaqatala filialı)

Ağdam Dövlət Peşə Təhsil Mərkəzi

Xalçaçı

Mingəçevir Dövlət Universiteti

Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi

İnformasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

Bərbər-vizajist-manikürçü

Sumqayıt Dövlət Universiteti

Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

Qrafik dizayner

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

Dərzi

Azərbaycan Texniki Universiteti

Dəniz nəqliyyatı, gəmiqayırma və liman işləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi

Dərzi

Azərbaycan Texnologiya Universiteti

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

Video çəkiliş üzrə operator

Azərbaycan Beynəlxalq Universiteti

Salyan Peşə Liseyi

Kompüter sistem inzibatçısı

Azərbaycan Müəllimlər İnstitutu (Salyan filialı)

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi

Geyim üzrə dizayner

Gəncə Dövlət Universiteti

MÜƏSSİSƏ

İXTİSAS

ALİ TƏHSİL

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi

Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

KürdəmirPeşə Liseyi

Bitkiçilik mütəxəssisi

Azərbaycan Müəllimlər İnstitutu (Qazax filialı)

KürdəmirPeşə Liseyi

Baytar texniki

Azərbaycan Dövlət Aqrar Universiteti

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi

Qrafik dizayner

Bakı Dövlət Universiteti

Bakı Turizm Peşə Məktəbi

Tədbirlərin təşkilatçısı

Bakı Mühəndislik Universiteti

Bakı Turizm Peşə Məktəbi

Aşpaz

Azərbaycan Beynəlxalq Universiteti

Neftçala Peşə Məktəbi

Neft və qazçıxarma operatoru

Bakı Dövlət Universiteti

Zərdab Peşə Liseyi

Bitkiçilik mütəxəssisi (pambıqçılıq)

ADPU-nun Ağcabədi filialı

Goranboy Peşə Məktəbi

Dərzi

Gəncə Dövlət Universiteti

KürdəmirPeşə Liseyi

Baytar texniki

Azərbaycan Kooperasiya Universiteti

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

Dərzi

Azərbaycan Kooperasiya Universiteti

İsmayıllı Peşə Tədris Mərkəzi

Arıçı

Azərbaycan Texniki Universiteti

İsmayıllı Peşə Tədris Mərkəzi

Arıçı

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

MÜƏSSİSƏ

İXTİSAS

ALİ TƏHSİL

Bərdə Peşə Liseyi

Kimyəvi analiz laborantı

Bakı Dövlət Universiteti

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

Kargüzarlıq və ofis xidmətləri üzrə mütəxəssis

Sakarya Universiteti

Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

Neft və qazçıxarma operatoru

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı

Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi

İnformasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi

Sumqayıt Dövlət Universiteti

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi

Kimyəvi analiz laborantı

Gəncə Dövlət Universiteti

İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

Logistika operatoru

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

Dəmiryol stansiyasının növbətçisi

Bakı Dövlət Universiteti

Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

Laborant-mikrobioloq

Milli Aviasiya Akademiyası

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi

İnformasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi

ADİU-nun Zaqatala filialı

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi

Arıçı

Azərbaycan Dövlət İqtisad Universiteti

İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

Bərbər

Azərbaycan Dövlət İqtisad Universiteti

Bərdə Peşə Liseyi

İnformasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi

Bakı Dövlət Universiteti

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

Elektrik və hibrid avtomobillərin təmiri üzrə texnik

Bakı İslam Universiteti

MÜƏSSİSƏ

İXTİSAS

ALİ TƏHSİL

Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

Əməliyyatçı-mühasib

Azərbaycan Texnologiya Universiteti

Neftçala Peşə Məktəbi

Heyvandarlıq mütəxəssisi

Azərbaycan Memarlıq və İnşaat Universiteti

Tərtər Peşə Məktəbi

Əməliyyatçı-mühasib

Gəncə Dövlət Universiteti

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

Bərbər-vizajist-manikürçü

Bakı Dövlət Universiteti

Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi

Veb dizayner və proqram təminatçısı

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası

Zərdab Peşə Liseyi

Elektrik xətlərinin quraşdırılması və təmiri üzrə mütəxəssis

Gəncə Dövlət Universiteti

Şəki Dövlət Peşə Təhsil Mərkəzi

Elektrik qaz qaynaqçısı

Gəncə Dövlət Universiteti

Şirvan Peşə Liseyi

Elektrik qaz qaynaqçısı

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi

Avtomobil diaqnostikası və təmiri ustası

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Salyan Peşə Liseyi

Baytar texniki

Milli Aviasiya Akademiyası

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi

Arıçı

Bakı Slavyan Universiteti

Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

Alternativ enerji qurğu və avadanlıqlarının istismarı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi

Əməliyyatçı-mühasib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

MÜƏSSİSƏ

İXTİSAS

ALİ TƏHSİL

Neftçala Peşə Məktəbi

Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru

Lənkəran Dövlət Universiteti

KürdəmirPeşə Liseyi

Mebel ustası

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

Neft və qazçıxarma operatoru

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

Kompüterlərin təmiri və xidməti üzrə texnik

"Bakı "Asiya" Universiteti"

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

Veb dizayner və proqram təminatçısı

Azərbaycan Beynəlxalq Universiteti

Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzi

Avtomobil üzrə elektrik

Naxçıvan Dövlət Universiteti

“Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzi

İnformasiya Kommunikasiya texnologiyaları üzrə texnik

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi

Kompüterlərin təmiri və xidməti üzrə texnik

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası

Bərdə Peşə Liseyi

Elektrik qaz qaynaqçısı

Azərbaycan Texniki Universiteti

Xəbər lenti
0