https://sputnik.az/20250122/ceyhun-bayramov-sulh-prosesine-esas-manecilik-toreden-sebebi-aciqladi-470153275.html
Ceyhun Bayramov sülh prosesinə əsas maneçilik törədən səbəbi açıqladı
Ceyhun Bayramov sülh prosesinə əsas maneçilik törədən səbəbi açıqladı
Sputnik Azərbaycan
Telefon danışığı gedişatında həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 22.01.2025, Sputnik Azərbaycan
2025-01-22T18:05+0400
2025-01-22T18:05+0400
2025-01-22T18:05+0400
dünya xəbərləri
britaniya
bmt
ermənistan
sülh
ceyhun bayramov
qroznı
20 yanvar – ümumxalq hüzn günü
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/06/468536740_0:40:3072:1768_1920x0_80_0_0_319cfd753cf370d8726003c26ab0bdf4.jpg
BAKI, 22 yanvar — Sputnik. Yanvarın 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Ləmmi arasında telefon danışığı baş tutub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq gündəliyinin perspektivləri, habelə mövcud regional vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin hazırki durumu müzakirə olunub. Britaniya naziri ilk öncə 20 Yanvar – Ümumxalq Hüzn Günü və 25 dekabrda Bakı-Qroznı reysi ilə uçuş həyata keçirmiş təyyarəminin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı bir daha başsağlığı diləklərini çatdırıb. Britaniyanın faciənin səbəblərinin araşdırılması və təhqiqat prosesində hər zaman dəstək verməyə hazır olduğunu bildirib. Nazir Ceyhun Bayramov başsağlığı diləkləri və göstərilən həmrəyliyə görə təşəkkür edib, təyyarə qəzasının səbəblərinin araşdırılması üzrə görülən işlər barədə məlumat verib. Azərbaycanla Birləşmiş Krallıq arasında siyasi, iqtisadi, alternativ enerji, humanitar və digər sahələrdə münasibətlərin geniş perspektivə malik olduğu, əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və siyasi dialoqun intensivləşdirilməsinin, iki ölkə arasında tərəfdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsinin əhəmiyyəti qeyd olunub. Azərbaycanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu ev sahibliyi münasibətilə təbrik edən Britaniya naziri, iqlim dəyişikliyi ilə mübarizə sahəsində birgə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. Nazir Ceyhun Bayramov, bölgədəki mövcud vəziyyət və sülh prosesi barədə məlumat verərək, sülh sazişi və delimitasiya üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistan konstitusiyasında davam edən ərazi iddialarının prosesə əsas maneçilik törədən səbəb olduğunu diqqətə çatdırıb. Telefon danışığı gedişatında həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/0b/06/468536740_341:0:3072:2048_1920x0_80_0_0_43dc1aa6573ba308bb233b9df2639129.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
britaniya, bmt, ermənistan, sülh, ceyhun bayramov, qroznı, 20 yanvar – ümumxalq hüzn günü
britaniya, bmt, ermənistan, sülh, ceyhun bayramov, qroznı, 20 yanvar – ümumxalq hüzn günü
Ceyhun Bayramov sülh prosesinə əsas maneçilik törədən səbəbi açıqladı
Telefon danışığı gedişatında həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
BAKI, 22 yanvar — Sputnik. Yanvarın 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Ləmmi arasında telefon danışığı baş tutub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq gündəliyinin perspektivləri, habelə mövcud regional vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin hazırki durumu müzakirə olunub.
Britaniya naziri ilk öncə 20 Yanvar – Ümumxalq Hüzn Günü və 25 dekabrda Bakı-Qroznı reysi ilə uçuş həyata keçirmiş təyyarəminin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı bir daha başsağlığı diləklərini çatdırıb. Britaniyanın faciənin səbəblərinin araşdırılması və təhqiqat prosesində hər zaman dəstək verməyə hazır olduğunu bildirib.
Nazir Ceyhun Bayramov başsağlığı diləkləri və göstərilən həmrəyliyə görə təşəkkür edib, təyyarə qəzasının səbəblərinin araşdırılması üzrə görülən işlər barədə məlumat verib.
Azərbaycanla Birləşmiş Krallıq arasında siyasi, iqtisadi, alternativ enerji, humanitar və digər sahələrdə münasibətlərin geniş perspektivə malik olduğu, əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və siyasi dialoqun intensivləşdirilməsinin, iki ölkə arasında tərəfdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsinin əhəmiyyəti qeyd olunub.
Azərbaycanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu ev sahibliyi münasibətilə təbrik edən Britaniya naziri, iqlim dəyişikliyi ilə mübarizə sahəsində birgə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Nazir Ceyhun Bayramov, bölgədəki mövcud vəziyyət və sülh prosesi barədə məlumat verərək, sülh sazişi və delimitasiya üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistan konstitusiyasında davam edən ərazi iddialarının prosesə əsas maneçilik törədən səbəb olduğunu diqqətə çatdırıb.
Telefon danışığı gedişatında həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.