https://sputnik.az/20250122/azerbaycanda-camaatin-ayliq-xercleri-artib-maas-artimi-xercleri-qarsilamir-470127408.html
Azərbaycanda camaatın aylıq xərcləri artıb, maaş artımı xərcləri qarşılamır
Azərbaycanda camaatın aylıq xərcləri artıb, maaş artımı xərcləri qarşılamır
Sputnik Azərbaycan
Ekspert bildirib ki, keçən ilin ikinci yarısında dizelin və benzinin qiyməti qaldırılıb və bunun inflyasiyaya təsiri hələ bu il də davam edəcək. Çünki enerji... 22.01.2025, Sputnik Azərbaycan
2025-01-22T12:16+0400
2025-01-22T12:16+0400
2025-01-22T12:16+0400
xərc
iqtisadiyyat
maaş
əməkhaqqı
aylıq minimum əməkhaqqı
inflyasiya
əli əsədov
tarif şurası
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268521_0:56:2001:1181_1920x0_80_0_0_73fc44d4af7f06a4b5d22484d4cacff4.jpg
BAKI, 22 yanvar — Sputnik. Azərbaycanda adambaşına düşən orta aylıq xərc artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 508 manat pul xərcləyib. Bu göstərici 2023-cü illə müqayisədə 23,8 manat və ya 4,9 faiz çoxdur. Pərakəndə ticarətdə xərclərin 278,8 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 229,2 manatı isə qeyri-ərzaq mallarının payına düşüb. Ekspertlərin fikrincə, adambaşına düşən xərclərin artmasının əsas səbəbi inflyasiyadır. Ona görə də adambaşına düşən xərclər artır. Eyni məhsulu almaq üçün daha çox vəsait sərf olunur. Nəticədə adambaşına düşən xərclər də artır. "Azərbaycanda inflyasiyanın ikirəqəmli olacağı proqnozlaşdırılmır" İqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, Mәrkәzi Bankın son proqnozlarına görә, 2025-ci ildә ölkədə illik inflyasiyanın 5.8% әtrafında olacağı nəzərdə tutulur: "Tarif (qiymət) Şurasının iclasında bir sıra kommunal xidmətlərin qiymətinin tənzimlənməsi də inflyasiyaya təsir edəcək. Lakin bu il Azərbaycanda inflyasiyanın ikirəqəmli olacağı proqnozlaşdırılmır, illik 4-5%-lik inflyasiya gözlənilir". Ekspert bildirib ki, əhalinin istehlak xərcləri də artacaq: "Bundan başqa, keçən ilin ikinci yarısında dizelin və benzinin qiyməti qaldırılıb və bunun inflyasiyaya təsiri hələ bu il də davam edəcək. Çünki enerji daşıyıcılarının qiymətinin qalxması sürətli şəkildə yox, inflyasiyaya tədricən təsir edir. Ona görə bu artımın inflyasiyaya təsirləri cari ildə də davam edəcək". "Bundan əlavə, minimum aylıq əməkhaqqının artması da inflyasiyaya təsir edən amildir. Çünki bir tərəfdən biznesin xərci artır, digər tərəfdən alıcılıq qabiliyyəti yüksəlir, bu da inflyasiya üçün şərait yaradır" - o əlavə edib. Mәrkәzi Bank: "2025-ci ildә illik inflyasiyanın 5.8% ətrafında olacağı gözlәnilir" Qeyd edək ki, Mәrkәzi Bankın 2025-ci il üçün pul siyasәtinin әsas istiqamәtlәri barәdә Bəyanatında deyilir ki, 2025-ci ildә dә Mәrkәzi Bankın pul siyasәti inflyasiyanın aşağı vә stabil sәviyyәdә saxlanılmasına yönәldilәcәk. Pul siyasәti qәrarları yenilәnmiş makroiqtisadi proqnozlar, ortamüddәtli dövrә inflyasiyanın xarici vә daxili amillәri üzrә risk balansının dәyişimi әsasında verilәcәk. Mәrkәzi Bankın son (oktyabr 2024) proqnozlarına görә, 2025-ci ildә illik inflyasiyanın 5.8% әtrafında olacağı gözlәnilir ki, bu da hәdәfә uyğundur. Mәrkәzi Bank 2025-ci ildә dә inflyasiya amillәrinin hәrtәrәfli tәhlili әsasında özünün inflyasiya proqnozlarını müntәzәm yenilәyәcәk. Sənəddə vurğulanır ki, qiymәtlәrin sabitliyi ilә bağlı bir sıra xarici vә daxili risklәr aktuallığını saxlayır: "2025-ci ildә dә xarici faktorlar – dünya bazarında әmtәә qiymәtlәrinin dinamikası, tәrәfdaş ölkәlәrdә inflyasiya proseslәri vә iqtisadi aktivlik ölkәdәki inflyasiya proseslәrinә tәsir göstәrәcәk. Geosiyasi gәrginliyin davam etmәsi şәraitindә sözügedәn xarici faktorların dәyişkәn olaraq qalacağı gözlәnilir. Mәcmu tәlәbin izafi genişlәnmәsi ehtimalı, qiymәtlәri dövlәt tәrәfindәn tәnzimlәnәn mәhsul vә xidmәt tariflәrinin dәyişimi, habelә inflyasiya gözlәntilәrinin artması isә qiymәt sabitliyi üçün daxili risk mәnbәlәridir". İnflyasiya artıb Qeyd edək ki, dekabr ayında istehlak qiymətləri 4.9 faiz artımla 2023-cü ilin oktyabrından bəri maksimuma yüksəlib. 2024-cü ilin dekabr ayında ölkədə istehlak qiymətləri illik müqayisədə 4,9 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a məlumat verilib ki, keçən ay illik müqayisədə qida məhsulları, içkilər və tütün məmulatları 5,5 faiz, qeyri-qida məhsulları 2,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 6,3 faiz artıb. Pərakəndə ticarət dövriyyəsi artır Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 62,2 milyard manatlıq, o cümlədən 34,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 28,1 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü illə müqayisədə pərakəndə ticarət dövriyyəsi 3,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 faiz, qeyri-ərzaq malları üzrə 6,3 faiz artıb. Əhali ən çox ərzaqlara pul xərcləyir Keçən il alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin: -50,5 faizi ərzaq məhsullarının, -4,4 faizi içkilər və tütün məmulatlarının, -14,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, -5,5 faizi avtomobil benzini və dizel yanacağının, -4,8 faizi elektrik malları və mebellərin, -2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, -1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, -16,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub. Birrəqəmli inflyasiya: Baş nazir əsas vəzifələri açıqlayıb Xatırladaq ki, "2025-ci ildə də hökumətin əsas vəzifələrindən biri balanslaşdırılmış büdcənin, dayanıqlı iqtisadi artım üçün makroiqtisadi sabitliyin və inflyasiyanın birrəqəmli səviyyəsinin təmin edilməsi olacaq. Hökumət tərəfindən təsdiq edilmiş müvafiq Tədbirlər Planının icrası da antiinflyasiya tədbirlərinə öz töhfəsini verib". Bunu Baş nazir Əli Əsədov Milli Məclisdə "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib. Baş nazir deyib ki, dünya ərzaq qiymətlərinin nisbətən bahalaşmasına, əsas ticarət tərəfdaşlarında yüksək inflyasiyaya baxmayaraq, 2024-cü ilin 11 ayında Azərbaycanda illik inflyasiya 4.4% olub: "Hazırda dünyada və regionda davam edən geosiyasi gərginliklərə, iqlim dəyişikliklərinə, əmtəə bazarlarında qiymətlərin volatilliyinə baxmayaraq ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi təmin olunub".
https://sputnik.az/20241016/gelen-ilin-dovlet-budcesinin-gelir-ve-xerc-proqnozu-artirilib-468104734.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268521_37:0:1810:1330_1920x0_80_0_0_4dcb00be73187aabe10d3654b5f85ef7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xərc, maaş, əməkhaqqı, aylıq minimum əməkhaqqı, inflyasiya, əli əsədov, tarif şurası
xərc, maaş, əməkhaqqı, aylıq minimum əməkhaqqı, inflyasiya, əli əsədov, tarif şurası
Azərbaycanda camaatın aylıq xərcləri artıb, maaş artımı xərcləri qarşılamır
Ekspert bildirib ki, keçən ilin ikinci yarısında dizelin və benzinin qiyməti qaldırılıb və bunun inflyasiyaya təsiri hələ bu il də davam edəcək. Çünki enerji daşıyıcılarının qiymətinin qalxması sürətli şəkildə yox, inflyasiyaya tədricən təsir edir.
BAKI, 22 yanvar — Sputnik. Azərbaycanda adambaşına düşən orta aylıq xərc artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 508 manat pul xərcləyib. Bu göstərici 2023-cü illə müqayisədə 23,8 manat və ya 4,9 faiz çoxdur.
Pərakəndə ticarətdə xərclərin 278,8 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 229,2 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.
Ekspertlərin fikrincə, adambaşına düşən xərclərin artmasının əsas səbəbi inflyasiyadır. Ona görə də adambaşına düşən xərclər artır. Eyni məhsulu almaq üçün daha çox vəsait sərf olunur. Nəticədə adambaşına düşən xərclər də artır.
"Azərbaycanda inflyasiyanın ikirəqəmli olacağı proqnozlaşdırılmır"
İqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a deyib ki, Mәrkәzi Bankın son proqnozlarına görә, 2025-ci ildә ölkədə illik inflyasiyanın 5.8% әtrafında olacağı nəzərdə tutulur:
"Tarif (qiymət) Şurasının iclasında bir sıra kommunal xidmətlərin qiymətinin tənzimlənməsi də inflyasiyaya təsir edəcək. Lakin bu il Azərbaycanda inflyasiyanın ikirəqəmli olacağı proqnozlaşdırılmır, illik 4-5%-lik inflyasiya gözlənilir".
Ekspert bildirib ki, əhalinin istehlak xərcləri də artacaq:
"Bundan başqa, keçən ilin ikinci yarısında dizelin və benzinin qiyməti qaldırılıb və bunun inflyasiyaya təsiri hələ bu il də davam edəcək. Çünki enerji daşıyıcılarının qiymətinin qalxması sürətli şəkildə yox, inflyasiyaya tədricən təsir edir. Ona görə bu artımın inflyasiyaya təsirləri cari ildə də davam edəcək".
"Bundan əlavə, minimum aylıq əməkhaqqının artması da inflyasiyaya təsir edən amildir. Çünki bir tərəfdən biznesin xərci artır, digər tərəfdən alıcılıq qabiliyyəti yüksəlir, bu da inflyasiya üçün şərait yaradır" - o əlavə edib.
Mәrkәzi Bank: "2025-ci ildә illik inflyasiyanın 5.8% ətrafında olacağı gözlәnilir"
Qeyd edək ki, Mәrkәzi Bankın 2025-ci il üçün pul siyasәtinin әsas istiqamәtlәri barәdә Bəyanatında deyilir ki, 2025-ci ildә dә Mәrkәzi Bankın pul siyasәti inflyasiyanın aşağı vә stabil sәviyyәdә saxlanılmasına yönәldilәcәk. Pul siyasәti qәrarları yenilәnmiş makroiqtisadi proqnozlar, ortamüddәtli dövrә inflyasiyanın xarici vә daxili amillәri üzrә risk balansının dәyişimi әsasında verilәcәk. Mәrkәzi Bankın son (oktyabr 2024) proqnozlarına görә, 2025-ci ildә illik inflyasiyanın 5.8% әtrafında olacağı gözlәnilir ki, bu da hәdәfә uyğundur. Mәrkәzi Bank 2025-ci ildә dә inflyasiya amillәrinin hәrtәrәfli tәhlili әsasında özünün inflyasiya proqnozlarını müntәzәm yenilәyәcәk.
Sənəddə vurğulanır ki, qiymәtlәrin sabitliyi ilә bağlı bir sıra xarici vә daxili risklәr aktuallığını saxlayır:
"2025-ci ildә dә xarici faktorlar – dünya bazarında әmtәә qiymәtlәrinin dinamikası, tәrәfdaş ölkәlәrdә inflyasiya proseslәri vә iqtisadi aktivlik ölkәdәki inflyasiya proseslәrinә tәsir göstәrәcәk. Geosiyasi gәrginliyin davam etmәsi şәraitindә sözügedәn xarici faktorların dәyişkәn olaraq qalacağı gözlәnilir. Mәcmu tәlәbin izafi genişlәnmәsi ehtimalı, qiymәtlәri dövlәt tәrәfindәn tәnzimlәnәn mәhsul vә xidmәt tariflәrinin dәyişimi, habelә inflyasiya gözlәntilәrinin artması isә qiymәt sabitliyi üçün daxili risk mәnbәlәridir".
Qeyd edək ki, dekabr ayında istehlak qiymətləri 4.9 faiz artımla 2023-cü ilin oktyabrından bəri maksimuma yüksəlib. 2024-cü ilin dekabr ayında ölkədə istehlak qiymətləri illik müqayisədə 4,9 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a məlumat verilib ki, keçən ay illik müqayisədə qida məhsulları, içkilər və tütün məmulatları 5,5 faiz, qeyri-qida məhsulları 2,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 6,3 faiz artıb.
Pərakəndə ticarət dövriyyəsi artır
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 62,2 milyard manatlıq, o cümlədən 34,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 28,1 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü illə müqayisədə pərakəndə ticarət dövriyyəsi 3,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 faiz, qeyri-ərzaq malları üzrə 6,3 faiz artıb.
Əhali ən çox ərzaqlara pul xərcləyir
Keçən il alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin:
-50,5 faizi ərzaq məhsullarının,
-4,4 faizi içkilər və tütün məmulatlarının,
-14,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların,
-5,5 faizi avtomobil benzini və dizel yanacağının,
-4,8 faizi elektrik malları və mebellərin,
-2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların,
-1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının,
-16,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Birrəqəmli inflyasiya: Baş nazir əsas vəzifələri açıqlayıb
Xatırladaq ki, "2025-ci ildə də hökumətin əsas vəzifələrindən biri balanslaşdırılmış büdcənin, dayanıqlı iqtisadi artım üçün makroiqtisadi sabitliyin və inflyasiyanın birrəqəmli səviyyəsinin təmin edilməsi olacaq. Hökumət tərəfindən təsdiq edilmiş müvafiq Tədbirlər Planının icrası da antiinflyasiya tədbirlərinə öz töhfəsini verib". Bunu Baş nazir Əli Əsədov Milli Məclisdə "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Baş nazir deyib ki, dünya ərzaq qiymətlərinin nisbətən bahalaşmasına, əsas ticarət tərəfdaşlarında yüksək inflyasiyaya baxmayaraq, 2024-cü ilin 11 ayında Azərbaycanda illik inflyasiya 4.4% olub: "Hazırda dünyada və regionda davam edən geosiyasi gərginliklərə, iqlim dəyişikliklərinə, əmtəə bazarlarında qiymətlərin volatilliyinə baxmayaraq ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi təmin olunub".