https://sputnik.az/20250122/abs-olkedeki-qeyri-qanuni-muhacirleri-deportasiya-etmek-ucun-saxlayir-470145800.html
ABŞ ölkədəki qeyri-qanuni mühacirləri deportasiya etmək üçün saxlayır
ABŞ ölkədəki qeyri-qanuni mühacirləri deportasiya etmək üçün saxlayır
Sputnik Azərbaycan
Tramp ABŞ-ın 47-ci prezidenti kimi ilk çıxışında qeyri-qanuni mühacirlərin ABŞ-a girişini dərhal dayandıracağını və milyonlarla miqrantın ekstradisiya... 22.01.2025, Sputnik Azərbaycan
2025-01-22T20:50+0400
2025-01-22T20:50+0400
2025-01-22T20:50+0400
abş
dünya xəbərləri
gömrük
miqrant
donald tramp
https://cdnn1.img.sputnik.az/img/07e9/01/16/470145633_0:0:3035:1708_1920x0_80_0_0_ee7c42b364d5de41d594638276dbd3a3.jpg
BAKI, 22 yanvar — Sputnik. ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) ölkədə qeyri-qanuni mühacirləri deportasiya etmək üçün saxlamağa başlayıb. "RİA Novosti" xəbər verib ki, bu barədə Tramp administrasiyasının sərhəd təhlükəsizliyi üzrə yüksək vəzifəli nümayəndəsi Tomas Homan bildirib. "Bəli, İmmiqrasiya və Gömrük Mühafizəsi bu gün artıq qanunu tətbiq edir. Dediyim kimi, biz diqqətimizi ictimai təhlükəsizliyə təhdidlərə cəmləmişik. Bu, əvvəldən bizim prioritetimiz olacaq. Beləliklə, ICE zabitləri işə qayıdırlar" - o əlavə edib. Homan, ICE-nin hərəkətlərini "basqınlar" adlandırmaqdan imtina edib və onların hüquq-mühafizə əməliyyatları olduğunu söyləyib. Onun sözlərinə görə, xidmətin əməkdaşları kimi və harada axtarmaq lazım olduğunu dəqiq bilirlər, onların hərəkətləri yaxşı planlaşdırılıb və cinayəti olan qeyri-qanuni mühacirləri və ictimai təhlükəsizliyə təhlükə yaradanları saxlamağa yönəlib. "Bu, bütün ölkədə baş verir. Mən sizə zabitlərin təhlükəsizliyi üçün konkret yerlər verməyəcəyəm, lakin ICE bu gündən işə qayıdır, onlar illərdir bunu edə bilmirdilər", - Homan deyib. Xatırladaq ki, bazar ertəsi Tramp ABŞ-ın 47-ci prezidenti kimi ilk çıxışında qeyri-qanuni mühacirlərin ABŞ-a girişini dərhal dayandıracağını və milyonlarla miqrantın ekstradisiya prosesinə başlayacağını vəd edib. O, həmçinin ABŞ-ın cənub sərhədindəki vəziyyətlə bağlı milli fövqəladə vəziyyət elan edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e9/01/16/470145633_132:0:2861:2047_1920x0_80_0_0_11890f9fe9c49cb7a81cb0d8c941af61.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
abş, gömrük, miqrant, donald tramp
abş, gömrük, miqrant, donald tramp
ABŞ ölkədəki qeyri-qanuni mühacirləri deportasiya etmək üçün saxlayır
Tramp ABŞ-ın 47-ci prezidenti kimi ilk çıxışında qeyri-qanuni mühacirlərin ABŞ-a girişini dərhal dayandıracağını və milyonlarla miqrantın ekstradisiya prosesinə başlayacağını vəd edib.
BAKI, 22 yanvar — Sputnik. ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) ölkədə qeyri-qanuni mühacirləri deportasiya etmək üçün saxlamağa başlayıb.
"RİA Novosti" xəbər verib ki, bu barədə Tramp administrasiyasının sərhəd təhlükəsizliyi üzrə yüksək vəzifəli nümayəndəsi Tomas Homan bildirib.
"Bəli, İmmiqrasiya və Gömrük Mühafizəsi bu gün artıq qanunu tətbiq edir. Dediyim kimi, biz diqqətimizi ictimai təhlükəsizliyə təhdidlərə cəmləmişik. Bu, əvvəldən bizim prioritetimiz olacaq. Beləliklə, ICE zabitləri işə qayıdırlar" - o əlavə edib.
Homan, ICE-nin hərəkətlərini "basqınlar" adlandırmaqdan imtina edib və onların hüquq-mühafizə əməliyyatları olduğunu söyləyib.
Onun sözlərinə görə, xidmətin əməkdaşları kimi və harada axtarmaq lazım olduğunu dəqiq bilirlər, onların hərəkətləri yaxşı planlaşdırılıb və cinayəti olan qeyri-qanuni mühacirləri və ictimai təhlükəsizliyə təhlükə yaradanları saxlamağa yönəlib.
"Bu, bütün ölkədə baş verir. Mən sizə zabitlərin təhlükəsizliyi üçün konkret yerlər verməyəcəyəm, lakin ICE bu gündən işə qayıdır, onlar illərdir bunu edə bilmirdilər", - Homan deyib.
Xatırladaq ki, bazar ertəsi Tramp ABŞ-ın 47-ci prezidenti kimi ilk çıxışında qeyri-qanuni mühacirlərin ABŞ-a girişini dərhal dayandıracağını və milyonlarla miqrantın ekstradisiya prosesinə başlayacağını vəd edib.
O, həmçinin ABŞ-ın cənub sərhədindəki vəziyyətlə bağlı milli fövqəladə vəziyyət elan edib.