DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİ və Britaniya ABŞ-la mümkün ticarət müharibəsinə hazırdır

© AP Photo / Olivier Matthys
Aİ - Sputnik Azərbaycan, 1920, 22.01.2025
Abunə olmaq
Əgər Donald Tramp bu ölkələrdən idxal olunan məhsullara rüsumları yenidən qaldırmaq qərarına gələrsə, onların əks tədbirləri var.
BAKI, 22 yanvar — Sputnik. Avropa İttifaqı və Böyük Britaniya ABŞ-la mümkün ticarət müharibəsinə hazırlaşıblar. Əgər Donald Tramp bu ölkələrdən idxal olunan məhsullara rüsumları yenidən qaldırmaq qərarına gələrsə, onların əks tədbirləri var.
Bu barədə xarici KİV yazıb.
"Avropa ABŞ-la düşmənçilik etmək istəmir. Bu dəfə o, Trampın ilk prezidentlik müddətinin əvvəlkində olduğundan daha yaxşı hazırlıq görüb".
Artıq bir neçə aydır ki, ölkələr ticarət müharibəsi ssenarisi oynayırlar - bütöv bir "silah arsenalı" hazırlanıb.
Tramp artıq Çindən gələn mallara 10%, Meksika və Kanadadan isə 25% rüsum əlavə etmək planlarını açıqlayıb.
Qeyd edək ki, yanvarın 20-də Kapitolidə ABŞ-ın yeni Prezidenti Donald Trampın andiçmə mərasimi keçirilib. O, 2024-cü il noyabrın 5-də keçirilən seçkidə Demokrat Kamala Harrisə qalib gəlib. Tramp sonuncu dəfə 2017-2021-ci illərdə dövlət başçısı vəzifəsini icra edib.
Bundan əvvəl məlum olub ki, 22 ştat Trampa qarşı vətəndaşlıq fərmanı ilə bağlı iddia qaldırıb.
Xəbər lenti
0