DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyənin energetika naziri "Türk axını"na hücum cəhdini təsdiqləyib

© Photo : TurkStream - Press OfficeTürk axını qaz kəmərinin tikintisi, arxiv
Türk axını qaz kəmərinin tikintisi, arxiv - Sputnik Azərbaycan, 1920, 21.01.2025
Abunə olmaq
Hücumdan sonra qaz təchizatında heç bir fasilə olmayıb.
BAKI, 21 yanvar — Sputnik. Türkiyənin energetika naziri Alparslan Bayraktar "Türk axını" infrastruktur obyektlərindən birinə hücum cəhdlərinin qeydə alındığını təsdiqləyib.
Bu barədə "Turkey Today" yazıb.
"Bayraktar hücumun baş verdiyini təsdiqləyib" - məqalədə yazılıb.
Eyni zamanda nazir əmin edib ki, hadisə qazın verilişində heç bir fasilə yaratmayıb.
"Hücumdan sonra qaz təchizatında heç bir fasilə olmayıb. Qaz kəməri eyni həcmdə öz işinə davam edir" - nəşr Bayraktardan sitat gətirib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, yanvarın 11-də Kiyev rejimi "Türk axını" boru kəməri ilə qaz tədarükünü təmin edən Krasnodar diyarının qay-Kodzor kəndindəki "Russkaya"stansiyasının kompressor stansiyasına pilotsuz hücum etməyə çalışıb. Kremlin sözçüsü Dmitri Peskov Ukrayna PUA-larının Kubandakı "Russkaya" kompressor stansiyasının infrastrukturuna hücumunun enerji terroru olduğunu bildirib.
Xəbər lenti
0