https://sputnik.az/20250121/tramp-danimarkani-ticaret-muharibesi-ile-hedeleyib-meksika-korfezinin-de-adini-deyisib-470122689.html
Tramp Danimarkanı ticarət müharibəsi ilə hədələyib, Meksika körfəzinin də adını dəyişib
Tramp Danimarkanı ticarət müharibəsi ilə hədələyib, Meksika körfəzinin də adını dəyişib
Sputnik Azərbaycan
Danimarkanın Baş naziri qeyd edib ki, Tramp bizi Qrenlandiya üzərindən ticarət müharibəsi ilə təhdid edir. 21.01.2025, Sputnik Azərbaycan
2025-01-21T22:33+0400
2025-01-21T22:33+0400
2025-01-21T22:33+0400
donald tramp
dünya xəbərləri
kanada
danimarka
qrenlandiya
ticarət
abş
meksika körfəzi
panama
https://cdnn1.img.sputnik.az/img/07e9/01/0e/469994329_0:160:3072:1888_1920x0_80_0_0_deccecbf701f2aee6b96c5ad164ed956.jpg
BAKI, 21 yanvar — Sputnik. ABŞ Prezidenti Donald Tramp Meksika körfəzinin adının Amerika Körfəzi adlandırılması haqqında sərəncam imzalayıb.Bu barədə Ağ Evin rəsmi saytında müvafiq sənəd dərc edilib.“Daxili işlər naziri Meksika Körfəzinin adının dəyişdirilməsini əks etdirmək üçün coğrafi adlara dair məlumat sistemini yeniləməlidir” - Tramp qeyd edib.Tramp Danimarkanı ticarət müharibəsi ilə hədələyibABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Qrenlandiyaya qarşı iddialarını davam etdirir və Danimarkanı ticarət müharibəsi ilə hədələyir. Bu barədə "Reuters" Danimarkanın Baş naziri Mette Frederiksenin ABŞ lideri ilə yanvarın 15-də baş tutan telefon danışığından sonra söylədiklərinə istinadən xəbər verib. "Çərşənbə günü söhbətimiz zamanı Tramp Qrenlandiyaya nəzarət etmək üçün iqtisadi təzyiqdən istifadə etmək təhdidindən vaz keçməyib. Biz Trampla ticarət müharibəsi üçün səy göstərmirik, lakin Danimarka biznes ictimaiyyəti ilə birlikdə buna hazırlaşırıq", - Frederiksen bildirib. Tramp dəfələrlə bəyan edib ki, Kanada və Qrenlandiya ABŞ-ın bir hissəsi olmalıdır. Siyasətçinin sözlərinə görə, o, həmçinin Panama kanalını ABŞ-ın nəzarətinə qaytarmaq və Meksika körfəzinin adını Amerika körfəzi adlandırmaq niyyətindədir. ABŞ liderinin açıqlamaları Panama, Kanada və Danimarka hakimiyyətlərinin kəskin reaksiyası ilə qarşılanıb, Rusiya Xarici İşlər Nazirliyi isə Trampın rəsmi olaraq vəzifəyə başlamasını gözləməyə çağırıb.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e9/01/0e/469994329_171:0:2902:2048_1920x0_80_0_0_010eb22c41d98b1e239f12219750c195.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
donald tramp, kanada, danimarka, qrenlandiya, ticarət, abş, meksika körfəzi, panama
donald tramp, kanada, danimarka, qrenlandiya, ticarət, abş, meksika körfəzi, panama
Tramp Danimarkanı ticarət müharibəsi ilə hədələyib, Meksika körfəzinin də adını dəyişib
Danimarkanın Baş naziri qeyd edib ki, Tramp bizi Qrenlandiya üzərindən ticarət müharibəsi ilə təhdid edir.
BAKI, 21 yanvar — Sputnik. ABŞ Prezidenti Donald Tramp Meksika körfəzinin adının Amerika Körfəzi adlandırılması haqqında sərəncam imzalayıb.
Bu barədə Ağ Evin rəsmi saytında müvafiq sənəd dərc edilib.
“Daxili işlər naziri Meksika Körfəzinin adının dəyişdirilməsini əks etdirmək üçün coğrafi adlara dair məlumat sistemini yeniləməlidir” - Tramp qeyd edib.
Tramp Danimarkanı ticarət müharibəsi ilə hədələyib
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Qrenlandiyaya qarşı iddialarını davam etdirir və Danimarkanı ticarət müharibəsi ilə hədələyir.
Bu barədə "Reuters" Danimarkanın Baş naziri Mette Frederiksenin ABŞ lideri ilə yanvarın 15-də baş tutan telefon danışığından sonra söylədiklərinə istinadən xəbər verib.
"Çərşənbə günü söhbətimiz zamanı Tramp Qrenlandiyaya nəzarət etmək üçün iqtisadi təzyiqdən istifadə etmək təhdidindən vaz keçməyib. Biz Trampla ticarət müharibəsi üçün səy göstərmirik, lakin Danimarka biznes ictimaiyyəti ilə birlikdə buna hazırlaşırıq", - Frederiksen bildirib.
Tramp dəfələrlə bəyan edib ki, Kanada və Qrenlandiya ABŞ-ın bir hissəsi olmalıdır. Siyasətçinin sözlərinə görə, o, həmçinin Panama kanalını ABŞ-ın nəzarətinə qaytarmaq və Meksika körfəzinin adını Amerika körfəzi adlandırmaq niyyətindədir. ABŞ liderinin açıqlamaları Panama, Kanada və Danimarka hakimiyyətlərinin kəskin reaksiyası ilə qarşılanıb, Rusiya Xarici İşlər Nazirliyi isə Trampın rəsmi olaraq vəzifəyə başlamasını gözləməyə çağırıb.