DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tarixdə ilk dəfə olaraq qadın Vatikanın qubernatoru təyin edilib

© AP Photo / Alessandra TarantinoPapa Fransisk və Rafaella Petrini, arxiv
Papa Fransisk və Rafaella Petrini, arxiv - Sputnik Azərbaycan, 1920, 21.01.2025
Abunə olmaq
Qubernator de-fakto Vatikan hökumətinin başçısı funksiyalarını yerinə yetirir, həmçinin baş nazir səlahiyyətlərinə malikdir və Papa adından dövlətə nəzarəti həyata keçirir.
BAKI, 21 yanvar — Sputnik. Papa Fransisk Vatikanın qubernatorluğunu rahibə Raffaella Petriniyə həvalə edəcək. O, bu vəzifəyə təyin olunan ilk qadın olacaq.
Bu barədə "Vatican News" yazıb.
Xatırladaq ki, qubernator de-fakto Vatikan hökumətinin başçısı funksiyalarını yerinə yetirir, həmçinin baş nazir səlahiyyətlərinə malikdir və Papa adından dövlətə nəzarəti həyata keçirir.
Təyinatı şərh edən Roma Papası Vatikanda qadınların bir çox vəzifələrin öhdəsindən kişilərdən daha yaxşı gəldiyini bildirib.
Daha əvvəl Azərbaycan-Vatikan əlaqələri yüksələn xətlə inkişaf etdiyi barədə məlumat verilmişdi.
Xəbər lenti
0