https://sputnik.az/20250121/son-anda-qelebe-abs-ukraynani-baltikyani-olkelere-evakuasiya-edir-470130188.html
Son anda qələbə: ABŞ Ukraynanı Baltikyanı ölkələrə evakuasiya edir
Son anda qələbə: ABŞ Ukraynanı Baltikyanı ölkələrə evakuasiya edir
Sputnik Azərbaycan
Artıq Ukraynanın məğlubiyyəti ilə barışan Qərb koalisiyası Baltikyanı bölgədə Rusiya ilə gələcək döyüşlər üçün yeni meydan hazırlayır. 21.01.2025, Sputnik Azərbaycan
2025-01-21T19:34+0400
2025-01-21T19:34+0400
2025-01-21T19:34+0400
ukrayna
təhlil
abş
üdm
nato
https://cdnn1.img.sputnik.az/img/07e6/05/04/441632697_0:0:3096:1742_1920x0_80_0_0_d4d80234cf95484f82ac05dfb9454201.jpg
BAKI, 21 yanvar — Sputnik. Bütün sivil dünya NATO-nun əsas zərbə qüvvəsinin və müdafiəsiz Avropanı rus barbarlarının quduz qoşunlarından xilas edən etibarlı qalxanın kim olduğunu yaxşı bilir. Siz bunu təxmin etdiniz: bunlar Estoniya, Litva və Latviya kimi tanınan Ölümcil Üçlükdir ki, onlar uzun illər titrəyən arxa ayaqları üzərində qorxmadan yeriyərək Rusiyaya qarşı əsas döyüşçülərin panteonunda yerləşdiriləcək kül üçün ortaq qab hüquqlarını sübut ediblər. Hələ 2022-ci ildə Konqresə ABŞ-ın ruslarla mübarizə aparan Baltikyanı qüvvələrlə münasibətlər barədə xüsusi hesabat təqdim edilmişdi. Hesabatda yüksək tərif üçün kağız və printer mürəkkəbini əsirgəməmişdilər: "ABŞ Dövlət Departamenti Estoniya, Latviya və Litvanı Avropada və onun hüdudlarından kənarda təhlükəsizliyi, demokratiyanı və rifahı inkişaf etdirməyə kömək edən güclü, effektiv və etibarlı müttəfiqlər hesab edir". "Baltik pələngləri"nin kürəklərinin sığallanması və karton medallarla təltif edilməsi həsəd aparıcı müntəzəmliklə baş verir: gah Atlantic Council onları "Avropa təhlükəsizliyinin aparıcı qüvvəsi" elan edir, gah da Foreign Policy Research Institute Qərbin hər şey üçün kimə borclu olduğunu xatırladır: " Estoniya, Latviya və Litva Qərbi Rusiyadan ayıran əsas strateji regiondur. Əvvəllər NATO-dan kollektiv yardım alan Baltikyanı ölkələr hazırda alyansın liderlərinə çevriliblər". "Baltik pələngləri" özünə inam qazanaraq, gəmirdikləri sümüyü süfranın başına keçərək yeyib qurtarmaq qərarına gəldilər, amma gözlənilmədən burunlarndan alçaldıcı zərbə aldılar və sümük qonaqların ayaqları altına düşdü. Dünənki informasiyaya görə, Ağ Evi tərk etməkdə olan Co Bayden bir saniyəlik özünə gələrək pribaltların amerikalılar üçün hansı kateqoriyaya aid olduğunu, yəni "ikinci dərəcəli" olduqlarını ortaya qoydu. Məlum olub ki, bu günlərdə ABŞ Dövlət Departamenti süni intellektin yayılması proqramında dəyişikliklər edib və dünyanı süni intellekt üçün gizli Amerika çiplərinin tədarükü baxımından üç müxtəlif rejimli zonaya bölüb. Amerika ixtiralarına məhdudiyyətsiz giriş imkanı olan lotular zonasına Böyük Britaniya, Kanada, Avstraliya, Yaponiya, Fransa, Almaniya, Belçika, Danimarka, Finlandiya, İrlandiya, İtaliya, Hollandiya, Yeni Zelandiya, Norveç, Koreya Respublikası, İspaniya, İsveç və Tayvan daxildirlər. Çiplərin göndərilməsi qadağan olunan ölkələr sırasına gözlənildiyi kimi Rusiya, Çin, İran və Şimali Koreya daxil edildi. Digər ölkələrdə isə, o cümlədən Baltikyanı ölkələrdə, ciddi məhdudiyyətlərin tətbiq olunması nəzərdə tutulur. Xəyallarda ağalarının mərmər hərəmində çoxdan məskunlaşan sevimli arvadlar rolunda olan pribaltlar bu qərardan incik düşüblər. Estoniyanın xarici işlər naziri məhdudiyyətləri "tamamilə qəbuledilməz" adlandırıb, onun latviyalı həmkarı isə hiddətlə "qərar Aİ-nin vahid bazarında süni parçalanmalar yaratmaq riskini daşıdığını" deyib. Litva parlamentinin spikeri isə vəziyyəti daha konkret ifadə edərək, söhbətin çiplərdən yox, prinsiplər və hörmətdən getdiyini bildirdi: "Bu, təəccüblüdür. Biz o qədər isti, birbaşa dostluq nümayiş etdirdik, lakin (…) istisnaların olduğu dost dövlətlər arasında olmadıq". Bu cür personajların səmimi təəccübü kənardan da elə həmin dərəcədə səmimi təəccüb doğurur. Bütün mehriban məclisləri, təmtəraqlı fotosessiyaları, səs-küylü bəyanatları və başlıqları bir kənara qoysaq, ABŞ-ın bu ölkələrin başına gələnləri vecinə almadığı tamamilə göz qabağındadır. Lap elə əvvəllər olduğu kimi. ABŞ və Baltikyanı ölkələr arasında "bərabər tərəfdaşlığın" əsas və yeganə mövzusu onların ərazisinin son dərəcədə sürətlə NATO-nun hərbi-logistika körpüsünə çevrilməsidir. Bu işdə yerli iqtisadiyyat və əhali isə sadəcə mane olur və diqqəti yayındırır. Əhalinin azalma sürətinin rekordlar qırmasının, iqtisadiyyat və sənayenin gözümüz önündə dağılmasının əhəmiyyəti yoxdur; istehlak və enerji qiymətlərinin iki və üç rəqəmli göstəricilərlə artmasının və ÜDM-in davamlı olaraq qırmızı rəngdə olması da önəm kəsb etmir. Əhəmiyyətli olan odur ki, bu ölkələrin elitasının və əhalisinin əhəmiyyətli hissəsinin əsas hərəkətverici qüvvəsi klinik rusofobiyadır. Bu isə Ukraynanın labüd məğlubiyyətindən sonra Qərblə Rusiya arasında gələcək qarşıdurmada avanqard rolunun Estoniya, Latviya və Litvaya keçməsi üçün lazımı zəmin yaradır. Ukraynanı Rusiya ilə qarşıdurmaya hazırlayan düşmənlər, XHƏ başlamazdan çox əvvəl özlərinə sadiq idilər və paralel olaraq uğursuz nəticə üçün B planı hazırlamışdılar. İndi yayılan məlumatlardan bəlli olur ki, Baltikyanı dövlətlərin fəal şəkildə yenidən silahlanmasına 2004-cü ildən başlanılıb, və o vaxtdan bəri Qərb "tərəfdaşlar" bütün investisiyaları mülki sektora deyil, müharibəyə hazırlaşmaq üçün ayrılıb. Bölgədə mövcud obyektlər sürətlə modernləşdirilir və yeni hərbi infrastruktur tikilir, vahid raketdən müdafiə və hava hücumundan müdafiə sistemləri yaradılır, silahlar yığılır, NATO-nun qabağcıl təcrübə mərkəzləri yerləşdirilir, davamlı əsasda müxtəlif təlimlər keçirilir. Alyansın Baltikyanı ölkələrdəki təlimləri əslində rotasiya əsasında baş verir: biri başa çatan kimi digəri başlayır. Təlimlərin əsas məqsədi Rusiya ilə birbaşa münaqişə ssenarisini hazırlamaqdır (məsələn, qoşunların Qərbi Avropadan Polşa və Baltikyanı ölkələrə operativ köçürülməsinin tətbiq olunduğu "Dözümlü müdafiəçi - 24" təlimlərində olduğu kimi). Ukraynadakı münaqişəni dondurmaq amerikalılara Baltikyanı ölkələrdə və Skandinaviyada hərbi infrastrukturun tikintisini başa çatdırmaq üçün lazımdır. "Ukrayna 2.0"-ni məhz orada yaratmaq planlaşdırılır. Vəziyyətin qəribəliyi ondan ibarətdir ki, Birləşmiş Ştatlar artıq ən yaxşı dostlarını Ukrayna ilə olduğu kimi məğlubiyyətə və məhv olmağa məhkum ediblər. Hələ 2023-cü ildə Karneqi Fondu "ABŞ və müttəfiqlərin Baltik bölgəsində gələcək təhdidlərə cavab vermə imkanlarının son dərəcə məhdud olmasını" təsdiqləyən hesabat yayımlamışdı. Amma fərq etməz. Birləşmiş Ştatlar hesab edir ki, "son ukraynalıya qədər müharibə" özünü doğrultdu, ona görə də indi onlar "son litva-latviya-estoniyalıya qədər" döyüşə bilərlər. Ölümdən sonrakı mükafatlar üçün isə heç bir xəsislik edilməyəcək: axı bu sizin üçün süni intellekt çipləri deyil ki, onları qıymasınlar.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Kirill Strelnikov
https://cdnn1.img.sputnik.az/img/07e8/09/13/467498255_0:0:429:430_100x100_80_0_0_2168d3fca5c0147fef459f4778ba7367.jpg
Kirill Strelnikov
https://cdnn1.img.sputnik.az/img/07e8/09/13/467498255_0:0:429:430_100x100_80_0_0_2168d3fca5c0147fef459f4778ba7367.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/04/441632697_367:0:3096:2047_1920x0_80_0_0_7b9633cff630877b63c4d89cafbd387c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Kirill Strelnikov
https://cdnn1.img.sputnik.az/img/07e8/09/13/467498255_0:0:429:430_100x100_80_0_0_2168d3fca5c0147fef459f4778ba7367.jpg
ukrayna, abş, üdm, nato
Son anda qələbə: ABŞ Ukraynanı Baltikyanı ölkələrə evakuasiya edir
Artıq Ukraynanın məğlubiyyəti ilə barışan Qərb koalisiyası Baltikyanı bölgədə Rusiya ilə gələcək döyüşlər üçün yeni meydan hazırlayır.
BAKI, 21 yanvar — Sputnik. Bütün sivil dünya NATO-nun əsas zərbə qüvvəsinin və müdafiəsiz Avropanı rus barbarlarının quduz qoşunlarından xilas edən etibarlı qalxanın kim olduğunu yaxşı bilir. Siz bunu təxmin etdiniz: bunlar Estoniya, Litva və Latviya kimi tanınan Ölümcil Üçlükdir ki, onlar uzun illər titrəyən arxa ayaqları üzərində qorxmadan yeriyərək Rusiyaya qarşı əsas döyüşçülərin panteonunda yerləşdiriləcək kül üçün ortaq qab hüquqlarını sübut ediblər.
Hələ 2022-ci ildə Konqresə ABŞ-ın ruslarla mübarizə aparan Baltikyanı qüvvələrlə münasibətlər barədə xüsusi hesabat təqdim edilmişdi. Hesabatda yüksək tərif üçün kağız və printer mürəkkəbini əsirgəməmişdilər: "ABŞ Dövlət Departamenti Estoniya, Latviya və Litvanı Avropada və onun hüdudlarından kənarda təhlükəsizliyi, demokratiyanı və rifahı inkişaf etdirməyə kömək edən güclü, effektiv və etibarlı müttəfiqlər hesab edir".
"Baltik pələngləri"nin kürəklərinin sığallanması və karton medallarla təltif edilməsi həsəd aparıcı müntəzəmliklə baş verir: gah Atlantic Council onları "Avropa təhlükəsizliyinin aparıcı qüvvəsi" elan edir, gah da Foreign Policy Research Institute Qərbin hər şey üçün kimə borclu olduğunu xatırladır: " Estoniya, Latviya və Litva Qərbi Rusiyadan ayıran əsas strateji regiondur. Əvvəllər NATO-dan kollektiv yardım alan Baltikyanı ölkələr hazırda alyansın liderlərinə çevriliblər".
"Baltik pələngləri" özünə inam qazanaraq, gəmirdikləri sümüyü süfranın başına keçərək yeyib qurtarmaq qərarına gəldilər, amma gözlənilmədən burunlarndan alçaldıcı zərbə aldılar və sümük qonaqların ayaqları altına düşdü. Dünənki informasiyaya görə, Ağ Evi tərk etməkdə olan Co Bayden bir saniyəlik özünə gələrək pribaltların amerikalılar üçün hansı kateqoriyaya aid olduğunu, yəni "ikinci dərəcəli" olduqlarını ortaya qoydu.
Məlum olub ki, bu günlərdə ABŞ Dövlət Departamenti süni intellektin yayılması proqramında dəyişikliklər edib və dünyanı süni intellekt üçün gizli Amerika çiplərinin tədarükü baxımından üç müxtəlif rejimli zonaya bölüb. Amerika ixtiralarına məhdudiyyətsiz giriş imkanı olan lotular zonasına Böyük Britaniya, Kanada, Avstraliya, Yaponiya, Fransa, Almaniya, Belçika, Danimarka, Finlandiya, İrlandiya, İtaliya, Hollandiya, Yeni Zelandiya, Norveç, Koreya Respublikası, İspaniya, İsveç və Tayvan daxildirlər. Çiplərin göndərilməsi qadağan olunan ölkələr sırasına gözlənildiyi kimi Rusiya, Çin, İran və Şimali Koreya daxil edildi. Digər ölkələrdə isə, o cümlədən Baltikyanı ölkələrdə, ciddi məhdudiyyətlərin tətbiq olunması nəzərdə tutulur.
Xəyallarda ağalarının mərmər hərəmində çoxdan məskunlaşan sevimli arvadlar rolunda olan pribaltlar bu qərardan incik düşüblər. Estoniyanın xarici işlər naziri məhdudiyyətləri "tamamilə qəbuledilməz" adlandırıb, onun latviyalı həmkarı isə hiddətlə "qərar Aİ-nin vahid bazarında süni parçalanmalar yaratmaq riskini daşıdığını" deyib. Litva parlamentinin spikeri isə vəziyyəti daha konkret ifadə edərək, söhbətin çiplərdən yox, prinsiplər və hörmətdən getdiyini bildirdi: "Bu, təəccüblüdür. Biz o qədər isti, birbaşa dostluq nümayiş etdirdik, lakin (…) istisnaların olduğu dost dövlətlər arasında olmadıq".
Bu cür personajların səmimi təəccübü kənardan da elə həmin dərəcədə səmimi təəccüb doğurur. Bütün mehriban məclisləri, təmtəraqlı fotosessiyaları, səs-küylü bəyanatları və başlıqları bir kənara qoysaq, ABŞ-ın bu ölkələrin başına gələnləri vecinə almadığı tamamilə göz qabağındadır. Lap elə əvvəllər olduğu kimi. ABŞ və Baltikyanı ölkələr arasında "bərabər tərəfdaşlığın" əsas və yeganə mövzusu onların ərazisinin son dərəcədə sürətlə NATO-nun hərbi-logistika körpüsünə çevrilməsidir. Bu işdə yerli iqtisadiyyat və əhali isə sadəcə mane olur və diqqəti yayındırır.
Əhalinin azalma sürətinin rekordlar qırmasının, iqtisadiyyat və sənayenin gözümüz önündə dağılmasının əhəmiyyəti yoxdur; istehlak və enerji qiymətlərinin iki və üç rəqəmli göstəricilərlə artmasının və ÜDM-in davamlı olaraq qırmızı rəngdə olması da önəm kəsb etmir.
Əhəmiyyətli olan odur ki, bu ölkələrin elitasının və əhalisinin əhəmiyyətli hissəsinin əsas hərəkətverici qüvvəsi klinik rusofobiyadır. Bu isə Ukraynanın labüd məğlubiyyətindən sonra Qərblə Rusiya arasında gələcək qarşıdurmada avanqard rolunun Estoniya, Latviya və Litvaya keçməsi üçün lazımı zəmin yaradır.
Ukraynanı Rusiya ilə qarşıdurmaya hazırlayan düşmənlər, XHƏ başlamazdan çox əvvəl özlərinə sadiq idilər və paralel olaraq uğursuz nəticə üçün B planı hazırlamışdılar. İndi yayılan məlumatlardan bəlli olur ki, Baltikyanı dövlətlərin fəal şəkildə yenidən silahlanmasına 2004-cü ildən başlanılıb, və o vaxtdan bəri Qərb "tərəfdaşlar" bütün investisiyaları mülki sektora deyil, müharibəyə hazırlaşmaq üçün ayrılıb. Bölgədə mövcud obyektlər sürətlə modernləşdirilir və yeni hərbi infrastruktur tikilir, vahid raketdən müdafiə və hava hücumundan müdafiə sistemləri yaradılır, silahlar yığılır, NATO-nun qabağcıl təcrübə mərkəzləri yerləşdirilir, davamlı əsasda müxtəlif təlimlər keçirilir. Alyansın Baltikyanı ölkələrdəki təlimləri əslində rotasiya əsasında baş verir: biri başa çatan kimi digəri başlayır. Təlimlərin əsas məqsədi Rusiya ilə birbaşa münaqişə ssenarisini hazırlamaqdır (məsələn, qoşunların Qərbi Avropadan Polşa və Baltikyanı ölkələrə operativ köçürülməsinin tətbiq olunduğu "Dözümlü müdafiəçi - 24" təlimlərində olduğu kimi).
Ukraynadakı münaqişəni dondurmaq amerikalılara Baltikyanı ölkələrdə və Skandinaviyada hərbi infrastrukturun tikintisini başa çatdırmaq üçün lazımdır. "Ukrayna 2.0"-ni məhz orada yaratmaq planlaşdırılır.
Vəziyyətin qəribəliyi ondan ibarətdir ki, Birləşmiş Ştatlar artıq ən yaxşı dostlarını Ukrayna ilə olduğu kimi məğlubiyyətə və məhv olmağa məhkum ediblər. Hələ 2023-cü ildə Karneqi Fondu "ABŞ və müttəfiqlərin Baltik bölgəsində gələcək təhdidlərə cavab vermə imkanlarının son dərəcə məhdud olmasını" təsdiqləyən hesabat yayımlamışdı.
Amma fərq etməz. Birləşmiş Ştatlar hesab edir ki, "son ukraynalıya qədər müharibə" özünü doğrultdu, ona görə də indi onlar "son litva-latviya-estoniyalıya qədər" döyüşə bilərlər.
Ölümdən sonrakı mükafatlar üçün isə heç bir xəsislik edilməyəcək: axı bu sizin üçün süni intellekt çipləri deyil ki, onları qıymasınlar.