Slovakiya Ukraynanın Rusiyadan qaz tranzitini dayandırmasına cavab hazırlayır

© Sputnik / Виталий Тимкив / Mediabanka keçidKOmpressor stansiyası, arxiv
KOmpressor stansiyası, arxiv - Sputnik Azərbaycan, 1920, 21.01.2025
Abunə olmaq
Qaşpar qeyd edib ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin qaz tranziti problemi ilə bağlı atdığı son addımlar "doğru və inandırıcı deyil".
BAKI, 21 yanvar — Sputnik. Slovakiya Kiyevin öz ərazisindən Rusiya qazının tranzitini dayandırması ilə bağlı əks tədbirlər üzərində işləyir, lakin yekun qərar hələ hazır deyil.
Bunu Slovakiya parlamentinin vitse-spikeri Tibor Qaşpar bildirib.
"Hazırda biz Slovakiya tərəfinin necə reaksiya verəcəyini yenidən düşünürük, lakin yekun qərar hələ verilməyib" – "RİA Novosti" onun sözlərindən sitat gətirib.
"Ukrayna Prezidenti Vladimir Zelenskinin qaz tranziti problemi ilə bağlı atdığı son addımlar "doğru və inandırıcı deyil". Eyni zamanda, Slovakiya "düzgün, etibarlı münasibətlərə sahib olmaq" istəyirdi" - siyasətçi bildirib.
Bundan əvvəl Slovakiyanın baş naziri Robert Fitso bildirmişdi ki, Rusiya qazının Kiyevlə tranziti məsələsi həll olunmasa, Slovakiya humanitar yardımın çatdırılmasını, qaçqınlara dəstəyi dayandıra və Ukraynaya təcili elektrik enerjisinin verilməsini məhdudlaşdıra bilər.
Xəbər lenti
0