https://sputnik.az/20250121/parlament-ses-verse-ne-bas-vereceyini-anlayacagiq---mirzoyan-470133484.html
Parlament səs versə, nə baş verəcəyini anlayacağıq - Mirzoyan
Parlament səs versə, nə baş verəcəyini anlayacağıq - Mirzoyan
Sputnik Azərbaycan
"Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında" qanun layihəsində heç bir müddət və ya konkret mexanizmlərdən bəhs edilmir. 21.01.2025, Sputnik Azərbaycan
2025-01-21T17:15+0400
2025-01-21T17:15+0400
2025-01-21T17:15+0400
ararat mirzoyan
dünya xəbərləri
sergey lavrov
ai
aii
aleksey overçuk
titanik
https://cdnn1.img.sputnik.az/img/07e9/01/15/470133151_0:0:3110:1750_1920x0_80_0_0_51614759701767c35b995d19922eea27.jpg
BAKI, 21 yanvar — Sputnik. Hökumət tərəfindən təsdiq edilmiş "Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında" qanun layihəsində heç bir müddət və ya konkret mexanizmlərdən bəhs edilmir. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib. O qeyd edib ki, qanun layihəsi ictimai sənəddir: "Parlamentdən kənar siyasi qüvvələr tələb olunan 60 min imzanı topladılar və bu təşəbbüs avtomatik olaraq qanun layihəsinə çevrildi və parlament buna səs verməlidir". "Hökumət qanun layihəsini təsdiqlədi, iqtidardakı çoxluğun lehinə səs verəcəyi güman edilir və bundan sonra nə baş verəcəyini anlayacağıq", - Mirzoyan bildirib. Xatırladaq ki, Ermənistan hökuməti yanvarın 9-da keçirilən iclasında "Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında" qanun layihəsini təsdiqləyərək parlamentə göndərib. Bundan əvvəl bir sıra qeyri-parlament partiyaları tərəfindən prosesin başlanmasının lehinə imza toplanması təşkil edilib. Təşəbbüskarlar 60 min imza toplaya biliblər. Kreml Ermənistan hökumətinin qərarını şərh edərkən bildirib ki, eyni vaxtda Avrasiya İqtisadi İttifaqı və Aİ-nin üzvü olmaq mümkün deyil. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun qeyd edib ki, indi Ermənistanın Aİ-yə üzvlük istəyinin nə demək olduğunu söyləmək çətindir, görmək lazımdır ki, erməni tərəfi nəyə vurğu edəcək. Daha sonra Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Rusiya qanun layihəsinin müzakirəsini İrəvanın "Titanik"ə bilet almaq qərarını müqayisə edərək, bunu ölkənin Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndirir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e9/01/15/470133151_0:0:2732:2048_1920x0_80_0_0_8d6ccfd1364184b2ff46f77164face0e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ararat mirzoyan, sergey lavrov, ai, aii, aleksey overçuk, titanik
ararat mirzoyan, sergey lavrov, ai, aii, aleksey overçuk, titanik
Parlament səs versə, nə baş verəcəyini anlayacağıq - Mirzoyan
"Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında" qanun layihəsində heç bir müddət və ya konkret mexanizmlərdən bəhs edilmir.
BAKI, 21 yanvar — Sputnik. Hökumət tərəfindən təsdiq edilmiş "Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında" qanun layihəsində heç bir müddət və ya konkret mexanizmlərdən bəhs edilmir. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, qanun layihəsi ictimai sənəddir: "Parlamentdən kənar siyasi qüvvələr tələb olunan 60 min imzanı topladılar və bu təşəbbüs avtomatik olaraq qanun layihəsinə çevrildi və parlament buna səs verməlidir".
"Hökumət qanun layihəsini təsdiqlədi, iqtidardakı çoxluğun lehinə səs verəcəyi güman edilir və bundan sonra nə baş verəcəyini anlayacağıq", - Mirzoyan bildirib.
Xatırladaq ki, Ermənistan hökuməti yanvarın 9-da keçirilən iclasında "Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında" qanun layihəsini təsdiqləyərək parlamentə göndərib. Bundan əvvəl bir sıra qeyri-parlament partiyaları tərəfindən prosesin başlanmasının lehinə imza toplanması təşkil edilib. Təşəbbüskarlar 60 min imza toplaya biliblər.
Kreml Ermənistan hökumətinin qərarını şərh edərkən bildirib ki, eyni vaxtda Avrasiya İqtisadi İttifaqı və Aİ-nin üzvü olmaq mümkün deyil. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun qeyd edib ki, indi Ermənistanın Aİ-yə üzvlük istəyinin nə demək olduğunu söyləmək çətindir, görmək lazımdır ki, erməni tərəfi nəyə vurğu edəcək. Daha sonra Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Rusiya qanun layihəsinin müzakirəsini İrəvanın "Titanik"ə bilet almaq qərarını müqayisə edərək, bunu ölkənin Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndirir.