https://sputnik.az/20250121/olkede-yumurta-qitligi-gozlenilir-assosiasiyadan-qeribe-izahat-470129141.html
Ölkədə yumurta qıtlığı gözlənilir? Assosiasiyadan qəribə izahat
Ölkədə yumurta qıtlığı gözlənilir? Assosiasiyadan qəribə izahat
Sputnik Azərbaycan
Son həftələrdə Azərbaycanda yumurtanın ciddi ucuzlaşması baş verib. Bir çox marketlər bol məhsulu satmaq üçün onu 6-7 qəpiyə təklif ediblər. Nəticədə... 21.01.2025, Sputnik Azərbaycan
2025-01-21T16:30+0400
2025-01-21T16:30+0400
2025-01-21T16:30+0400
yumurta
iqtisadiyyat
quş əti
market
satış
qıtlıq
https://cdnn1.img.sputnik.az/img/42245/12/422451298_0:0:3263:1836_1920x0_80_0_0_532fe824f9ad456a1b1b15ac47e83997.jpg
BAKI, 21 yanvar — Sputnik. "Son günlər Bakı şəhərində yumurta qıtlığının yaranmasına dair məlumatlar yayılır. Bir çox hallarda bu məlumatlar konkret bir vaxtda bir marketdə yumurtanın olmaması faktına əsaslanır. Hansısa bir marketdə müəyyən vaxtda yumurtanın olmaması qıtlıqdan xəbər vermir". Bu barədə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından Sputnik Azərbaycan-a məlumat verilib. Qurumdan bildiriblər ki, son həftələrdə Azərbaycanda yumurtanın ciddi ucuzlaşması baş verib: "Bir çox marketlər bol məhsulu satmaq üçün onu 6-7 qəpiyə təklif ediblər. Nəticədə, marketlərdəki yumurtalar sürətlə satılıb, yerinə təzə məhsul gətirilənə qədər olan qısa müddətdə satışda yumurta olmayıb". Qeyd edilib ki, hazırda Azərbaycanda süfrə yumurtasına olan gündəlik tələbat 4 milyona yaxındır: "Faktiki istehsal isə 6 milyon civarındadır. İstehsalın az bir qismi xaricə ixrac olunsa da, daxili tələbatı artıqlaması ilə ödəyəcək sayda ölkədə qalır. Hazırda anbarlarda 40-50 milyon ədədə qədər yumurta var. Bu bolluğun nəticəsidir ki, son həftələrdə qiymətlər 13-14 qəpikdən 8-9 qəpiyə qədər ucuzlaşıb. Halbuki ötən ilin bu vaxtında qiymətlər 15-16 qəpik idi. Məhz məhsul bolluğuna görə maya dəyəri 12-14 qəpik olan yumurtanın qiyməti 8-9 qəpiyə qədər ucuzlaşıb. İstehsal tələbatdan yüksək olduğu üçün reallaşdırılmasında çətinliklər var". "Bəyan edirik ki, heç bir kütləvi tələfat halı qeydə alınmazsa, mövcud istehsal gücləri ilə 2025-ci il ərzində hər hansı yumurta qıtlığı və ya bahalaşma gözlənilmir" - qurumdan diqqətə çatdırılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42245/12/422451298_224:0:2955:2048_1920x0_80_0_0_097d33a437c45228f69bb03635492b44.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
yumurta, quş əti, market, satış, qıtlıq
yumurta, quş əti, market, satış, qıtlıq
Ölkədə yumurta qıtlığı gözlənilir? Assosiasiyadan qəribə izahat
Son həftələrdə Azərbaycanda yumurtanın ciddi ucuzlaşması baş verib. Bir çox marketlər bol məhsulu satmaq üçün onu 6-7 qəpiyə təklif ediblər. Nəticədə, marketlərdəki yumurtalar sürətlə satılıb.
BAKI, 21 yanvar — Sputnik. "Son günlər Bakı şəhərində yumurta qıtlığının yaranmasına dair məlumatlar yayılır. Bir çox hallarda bu məlumatlar konkret bir vaxtda bir marketdə yumurtanın olmaması faktına əsaslanır. Hansısa bir marketdə müəyyən vaxtda yumurtanın olmaması qıtlıqdan xəbər vermir".
Bu barədə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından Sputnik Azərbaycan-a məlumat verilib.
Qurumdan bildiriblər ki, son həftələrdə Azərbaycanda yumurtanın ciddi ucuzlaşması baş verib: "Bir çox marketlər bol məhsulu satmaq üçün onu 6-7 qəpiyə təklif ediblər. Nəticədə, marketlərdəki yumurtalar sürətlə satılıb, yerinə təzə məhsul gətirilənə qədər olan qısa müddətdə satışda yumurta olmayıb".
Qeyd edilib ki, hazırda Azərbaycanda süfrə yumurtasına olan gündəlik tələbat 4 milyona yaxındır:
"Faktiki istehsal isə 6 milyon civarındadır. İstehsalın az bir qismi xaricə ixrac olunsa da, daxili tələbatı artıqlaması ilə ödəyəcək sayda ölkədə qalır. Hazırda anbarlarda 40-50 milyon ədədə qədər yumurta var. Bu bolluğun nəticəsidir ki, son həftələrdə qiymətlər 13-14 qəpikdən 8-9 qəpiyə qədər ucuzlaşıb. Halbuki ötən ilin bu vaxtında qiymətlər 15-16 qəpik idi. Məhz məhsul bolluğuna görə maya dəyəri 12-14 qəpik olan yumurtanın qiyməti 8-9 qəpiyə qədər ucuzlaşıb. İstehsal tələbatdan yüksək olduğu üçün reallaşdırılmasında çətinliklər var".
"Bəyan edirik ki, heç bir kütləvi tələfat halı qeydə alınmazsa, mövcud istehsal gücləri ilə 2025-ci il ərzində hər hansı yumurta qıtlığı və ya bahalaşma gözlənilmir" - qurumdan diqqətə çatdırılıb.