DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"İnsanın cinsi dəyişməzdir" - Tramp gender ideologiyasından imtina haqda fərman imzaladı

© AP Photo / Evan VucciDonald Tramp, arxiv
Donald Tramp, arxiv - Sputnik Azərbaycan, 1920, 21.01.2025
Abunə olmaq
Donald Tramp ABŞ-da iki dəyişməz cinsin tanınmasına dair fərman imzalayıb.
BAKI, 21 yanvar — Sputnik. ABŞ Prezidenti Donald Tramp ABŞ-da iki dəyişməz cinsin – kişi və qadın cinslərinin tanınması, həmçinin, gender ideologiyasından imtina ilə bağlı sərəncam imzalayıb.
"İnsanın cinsi dəyişməzdir və bu, əsaslı və danılmaz bir reallığa əsaslanır", sənəddə deyilir.
Qeyd olunur ki, "qadın"və "qız" sözləri müvafiq olaraq azyaşlı və yetkinlik yaşına çatmış qadın cinsindən olan şəxslərə, "kişi" və "oğlan" isə kişi cinsindən olan şəxslərə aiddir.
Fərmanda, cinsiyyəti fərdin istəyi ilə dəyişdirilə bilən bir anlayış kimi təsnif edən gender ideologiyası tənqid olunur. Belə ideologiyanın tərəfdarlarının bəyanatları yalnış hesab olunmalıdır. Tramp həmçinin bioloji xüsusiyyətlərə əsaslanaraq yalnız müvafiq cinsdən olan insanların istifadə etdiyi şəxsi məkan şərtlərini də təyin edib.
İndi federal qurumlar gender ideologiyasını tətbiq edən bütün məlumatları silməlidirlər. Dövlət maliyyəsinin bu cür ideyalar üçün istifadəsi qadağan olunur.
Xatırladaq ki, Tramp, andiçmə mərasimində etdiyi təntənəli çıxışında ABŞ-ın həmin andan etibarən yalnız iki cinsiyyətin mövcudluğunu tanıyacağını bəyan edib.
"Fox News"televiziya kanalı qeyd edib ki, Tramp federal hökumətdəki fəaliyyət göstərən bütün inklüzivlik proqramlarını bağlamağı planlaşdırır. Burada müxtəliflik və bərabərlik proqramları da ixtisar ediləcək.
Xəbər lenti
0