https://sputnik.az/20250121/mudafie-naziri-xankendide-operativ-musavire-kecirdi-470138193.html
Müdafiə naziri Xankəndidə operativ müşavirə keçirdi
Müdafiə naziri Xankəndidə operativ müşavirə keçirdi
Sputnik Azərbaycan
Müşavirədə nazir müavinləri, qoşun (qüvvə) növü komandanları, baş idarə, idarə, xidmət rəisləri, Quru Qoşunlarının qərargahı və birlik komandirləri iştirak... 21.01.2025, Sputnik Azərbaycan
2025-01-21T18:05+0400
2025-01-21T18:05+0400
2025-01-21T18:05+0400
hərbi
zakir həsənov
general-polkovnik zakir həsənov
xankəndi
müşavirə
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e9/01/15/470134468_0:52:1001:615_1920x0_80_0_0_aeea622c97efeff51ca4fd842bbb2ec7.jpg
BAKI, 21 yanvar - Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə yanvarın 21-də Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib.Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.Bildirilib ki, Xankəndi şəhərində keçirilən müşavirədə nazir müavinləri, qoşun (qüvvə) növü komandanları, baş idarə, idarə, xidmət rəisləri, Quru Qoşunlarının qərargahı və birlik komandirləri iştirak ediblər.Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müdafiə naziri Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.Tədbirdə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, hərbi hissələrin döyüş hazırlığı üzrə tədbirlər və hərbi intizamın vəziyyəti təhlil edilib. General-polkovnik Z.Həsənov hərbi hissələrin xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi, ayıq-sayıqlığın artırılması, eləcə də qarşıda duran tapşırıqların dəqiq və vaxtında icra olunması barədə müvafiq göstərişlər verib.Müşavirədə çətin relyefli, yüksək dağlıq ərazilərdə döyüş növbətçiliyi aparan bölmələrin bütün növ təminatlarına və şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb. Sonda icra edilən tədbirlərin daha keyfiyyətli yerinə yetirilməsinin diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti qeyd olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e9/01/15/470134468_55:0:944:667_1920x0_80_0_0_8ab8dd4c516671611468d4980184b7eb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zakir həsənov, general-polkovnik zakir həsənov, xankəndi, müşavirə, prezident ilham əliyev
zakir həsənov, general-polkovnik zakir həsənov, xankəndi, müşavirə, prezident ilham əliyev
Müdafiə naziri Xankəndidə operativ müşavirə keçirdi
Müşavirədə nazir müavinləri, qoşun (qüvvə) növü komandanları, baş idarə, idarə, xidmət rəisləri, Quru Qoşunlarının qərargahı və birlik komandirləri iştirak ediblər.
BAKI, 21 yanvar - Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə yanvarın 21-də Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib.
Bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, Xankəndi şəhərində keçirilən müşavirədə nazir müavinləri, qoşun (qüvvə) növü komandanları, baş idarə, idarə, xidmət rəisləri, Quru Qoşunlarının qərargahı və birlik komandirləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müdafiə naziri Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.
Tədbirdə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, hərbi hissələrin döyüş hazırlığı üzrə tədbirlər və hərbi intizamın vəziyyəti təhlil edilib. General-polkovnik Z.Həsənov hərbi hissələrin xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi, ayıq-sayıqlığın artırılması, eləcə də qarşıda duran tapşırıqların dəqiq və vaxtında icra olunması barədə müvafiq göstərişlər verib.
Müşavirədə çətin relyefli, yüksək dağlıq ərazilərdə döyüş növbətçiliyi aparan bölmələrin bütün növ təminatlarına və şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb. Sonda icra edilən tədbirlərin daha keyfiyyətli yerinə yetirilməsinin diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti qeyd olunub.