https://sputnik.az/20250121/mirzoyan-lavrova-cenubi-qafqazda-butun-kommunikasiyalari-blokdan-cixarmaga-haziriq-470129883.html
Mirzoyan Lavrova: Cənubi Qafqazda bütün kommunikasiyaları blokdan çıxarmağa hazırıq
Mirzoyan Lavrova: Cənubi Qafqazda bütün kommunikasiyaları blokdan çıxarmağa hazırıq
Sputnik Azərbaycan
Mirzoyan deyib ki, İrəvan Rusiya Federasiyasının maraqlarına anlayışla yanaşmağa çalışır və Rusiya tərəfinin də beynəlxalq platformalarda Ermənistanın... 21.01.2025, Sputnik Azərbaycan
2025-01-21T14:43+0400
2025-01-21T14:43+0400
2025-01-21T14:43+0400
sergey lavrov
rusi̇ya
ararat mirzoyan
ai̇i̇
avrasiya
https://cdnn1.img.sputnik.az/img/07e9/01/15/470129498_0:0:3094:1740_1920x0_80_0_0_f9e8e11a66842ace8c46e195c5566dda.jpg
BAKI, 21 yanvar — Sputnik. Moskvada Rusiya XİN rəhbəri Sergey Lavrovla onun Ermənistandan olan həmkarı Ararat Mirzoyan arasında görüş keçirilib. Bu barədə RİA Novosti məlumat yayıb. Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan bildirib ki, ölkəsi beynəlxalq platformalarda Rusiya Federasiyasının maraqlarını nəzərə almağa çalışır. Onun sözlərinə görə, beynəlxalq platformalarda əməkdaşlıq ənənəvi xarakter daşıyır və erməni tərəfi bu ənənəni davam etdirmək niyyətindədir. "Sergey Viktoroviç, biz həm də qarşılıqlı faydalı və praktiki əməkdaşlığa, o cümlədən suverenliyə hörmətə əsaslanan münasibətləri inkişaf etdirmək istəyindəyik. Əminəm ki, bu, hər iki dövlətin maraqlarına uyğundur". Mirzoyan iqtisadiyyatı Rusiya Federasiyası ilə əməkdaşlığın mühüm komponenti adlandırıb. "Əməkdaşlığımızın və tərəfdaşlığımızın mühüm tərkib hissəsi, əlbəttə ki, iqtisadiyyatdır. Biz burada ticarət əlaqələrinin inkişafına müsbət təsir göstərən davamlı müsbət təsir görürük", - Mirzoyan bildirib. Onun sözlərinə görə, onun Rusiya paytaxtına səfəri iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya, parlamentlərarası komissiya və digər mühüm platformalarda əməkdaşlığın inkişafına yönəlmiş fəaliyyətin bir hissəsidir. Mirzoyan onu da qeyd edib ki, İrəvan Rusiya Federasiyasının maraqlarına anlayışla yanaşmağa çalışır: “Arzu və anlayış var ki, Rusiya tərəfi də beynəlxalq platformalarda Ermənistanın maraqlarını nəzərə alacaq”."Ermənistan regionun iqtisadi cəlbediciliyinin artırılmasında maraqlıdır və Cənubi Qafqazda bütün kommunikasiyaları blokdan çıxarmağa hazır olduğunu təsdiqləyir. Bu, həm də Aİİ çərçivəsində iqtisadi qarşılıqlı fəaliyyətə də aiddir" - Mirzoyan bildirib. Lavrov isə öz npvbəsində deyib ki, həm ikitərəfli, həm də Avrasiya İqtisadi İttifaqı çərçivəsində qarşılıqlı fəaliyyət təsirli nəticələr verir. Rusiya XİN rəhbəri bildirib ki, bu, sosial-iqtisadi inkişafa və Ermənistanın qarşısına qoyduğu vəzifələrin həllinə töhfə verəcək. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan həmçinin humanitar sahədə Ermənistan-Rusiya dialoqunun inkişafında müsbət dinamikanın olduğunu açıqlayıb. Onun sözlərinə görə, ikitərəfli münasibətlərin mövzuları geniş və çoxşaxəlidir. Moskvada Rusiya və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar gedir. Nazirlər ikitərəfli münasibətlərin bütün spektri, Aİİ və Avrasiya məkanında digər inteqrasiya birlikləri çərçivəsində əməkdaşlıq, qlobal gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparırlar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e9/01/15/470129498_126:0:2857:2048_1920x0_80_0_0_62524529a65eeec6f50e90a1247ddf0c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sergey lavrov, ararat mirzoyan, ai̇i̇, avrasiya
sergey lavrov, ararat mirzoyan, ai̇i̇, avrasiya
Mirzoyan Lavrova: Cənubi Qafqazda bütün kommunikasiyaları blokdan çıxarmağa hazırıq
Mirzoyan deyib ki, İrəvan Rusiya Federasiyasının maraqlarına anlayışla yanaşmağa çalışır və Rusiya tərəfinin də beynəlxalq platformalarda Ermənistanın maraqlarını nəzərə almasını arzulayır.
BAKI, 21 yanvar — Sputnik. Moskvada Rusiya XİN rəhbəri Sergey Lavrovla onun Ermənistandan olan həmkarı Ararat Mirzoyan arasında görüş keçirilib. Bu barədə RİA Novosti məlumat yayıb.
Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan bildirib ki, ölkəsi beynəlxalq platformalarda Rusiya Federasiyasının maraqlarını nəzərə almağa çalışır.
Onun sözlərinə görə, beynəlxalq platformalarda əməkdaşlıq ənənəvi xarakter daşıyır və erməni tərəfi bu ənənəni davam etdirmək niyyətindədir.
"Sergey Viktoroviç, biz həm də qarşılıqlı faydalı və praktiki əməkdaşlığa, o cümlədən suverenliyə hörmətə əsaslanan münasibətləri inkişaf etdirmək istəyindəyik. Əminəm ki, bu, hər iki dövlətin maraqlarına uyğundur".
Mirzoyan iqtisadiyyatı Rusiya Federasiyası ilə əməkdaşlığın mühüm komponenti adlandırıb.
"Əməkdaşlığımızın və tərəfdaşlığımızın mühüm tərkib hissəsi, əlbəttə ki, iqtisadiyyatdır. Biz burada ticarət əlaqələrinin inkişafına müsbət təsir göstərən davamlı müsbət təsir görürük", - Mirzoyan bildirib.
Onun sözlərinə görə, onun Rusiya paytaxtına səfəri iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya, parlamentlərarası komissiya və digər mühüm platformalarda əməkdaşlığın inkişafına yönəlmiş fəaliyyətin bir hissəsidir.
Mirzoyan onu da qeyd edib ki, İrəvan Rusiya Federasiyasının maraqlarına anlayışla yanaşmağa çalışır: “Arzu və anlayış var ki, Rusiya tərəfi də beynəlxalq platformalarda Ermənistanın maraqlarını nəzərə alacaq”.
"Ermənistan regionun iqtisadi cəlbediciliyinin artırılmasında maraqlıdır və Cənubi Qafqazda bütün kommunikasiyaları blokdan çıxarmağa hazır olduğunu təsdiqləyir. Bu, həm də Aİİ çərçivəsində iqtisadi qarşılıqlı fəaliyyətə də aiddir" - Mirzoyan bildirib.
Lavrov isə öz npvbəsində deyib ki, həm ikitərəfli, həm də Avrasiya İqtisadi İttifaqı çərçivəsində qarşılıqlı fəaliyyət təsirli nəticələr verir.
Rusiya XİN rəhbəri bildirib ki, bu, sosial-iqtisadi inkişafa və Ermənistanın qarşısına qoyduğu vəzifələrin həllinə töhfə verəcək.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan həmçinin humanitar sahədə Ermənistan-Rusiya dialoqunun inkişafında müsbət dinamikanın olduğunu açıqlayıb.
Onun sözlərinə görə, ikitərəfli münasibətlərin mövzuları geniş və çoxşaxəlidir.
Moskvada Rusiya və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar gedir. Nazirlər ikitərəfli münasibətlərin bütün spektri, Aİİ və Avrasiya məkanında digər inteqrasiya birlikləri çərçivəsində əməkdaşlıq, qlobal gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparırlar.