DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Merkel Avropanın Trampla necə ünsiyyət qurması lazım olduğunu izah edib

© AP Photo / Andrew HarnikDonald Tramp və Angela Merkel, arxiv
Donald Tramp və Angela Merkel, arxiv - Sputnik Azərbaycan, 1920, 21.01.2025
Abunə olmaq
Merkel Trampı dövlətin tipik olmayan lideri kimi xarakterizə edib və onun ABŞ-ın qanuni maraqlarını müdafiə etdiyini vurğulayıb.
BAKI, 21 yanvar — Sputnik. Almaniyanın keçmiş kansleri Angela Merkel Avropa liderlərinin ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla necə qarşılıqlı əlaqədə olması barədə fikirlərini bölüşüb.
Bu barədə "Frankfurter Allgemeine Zeitung" ("FAZ") məlumat yayıb.
Merkel vurğulayıb ki, avropalı siyasətçilər Trampı dəyişmək iqtidarında deyillər, lakin ona cavab verə bilərlər. O, Trampı dövlətin tipik olmayan lideri kimi xarakterizə edib və onun ABŞ-ın qanuni maraqlarını müdafiə etdiyini vurğulayıb. Merkelin sözlərinə görə, Tramp qarşılıqlı faydalı münasibətləri tanımır, ondan ötrü həmişə qalib və uduzan tərəf mövcuddur.
Daha əvvəl Merkelin Almaniyanı Rusiya qazından asılı vəziyyətə saldığı barədə məlumat verilmişdi.
Xəbər lenti
0