SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Mehriban Əliyeva qardaş ölkəyə başsağlığı verib

Mehriban Əliyeva - Sputnik Azərbaycan, 1920, 21.01.2025
Abunə olmaq
Türkiyədə birgünlük matəm elan edilib.
BAKI, 21 yanvar - Sputnik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyədə 66 nəfərin ölümü ilə nəticələnən yanğına görə qardaş ölkəyə başsağlığı verib.
Paylaşımda deyilir:
"Başın sağ olsun, Türkiyə! Yanğın nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!"
Qeyd edək ki hadisə ilə bağlı Türkiyədə birgünlük matəm elan edilib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.
O, Türkiyədə yanğın nəticəsində ölənlərin yaxınlarına başsağlığı verib.
Ərdoğan, həmçinin qeyd edib ki, hadisənin baş verməsinə səbəb olan şəxslər, o cümlədən işlərinə laqeyd yanaşanlar qanun qarşısında cavab verəcəklər.
Xatırladaq ki, Türkiyənin Bolu bölgəsinin Kartalkaya xizək mərkəzində hoteldə yanğın baş verib. Hadisə nəticəsində 66 nəfər ölüb, 51 nəfər yaralanıb.
Xəbər lenti
0