SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Ərdoğana başsağlığı verdi: Xəbərdən olduqca sarsıqdıq

© Official website of President of Azerbaijan Republic Встреча Президента Азербайджана Ильхама Алиева и Президента Турции Реджепа Тайипа Эрдогана
 Встреча Президента Азербайджана Ильхама Алиева и Президента Турции Реджепа Тайипа Эрдогана - Sputnik Azərbaycan, 1920, 21.01.2025
Abunə olmaq
Azərbaycan prezidenti türk həmkarına Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin hotelində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması ilə bağlı başsağlığı ünvanlayıb.
BAKI, 21 yanvar - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Kartalkaya dağ-xizək mərkəzinin hotelində baş verən yanğında çoxsaylı insan ölümü ilə bağlı başsağlığı verib.
Başsağlığında deyilir:
"Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin hotelində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması xəbəri bizi olduqca sarsıtdı. Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!".
Qeyd edək ki, Türkiyənin Bolu bölgəsinin Kartalkaya Xizək Mərkəzində hoteldə baş verən yanğın nəticəsində 66 nəfər ölüb, 51 nəfər yaralanıb.
Türkiyədə yanğın baş verən hotel - Sputnik Azərbaycan, 1920, 27.01.2025
HADİSƏ
Türkiyənin qış kurortundakı hoteldə baş verən yanğının səbəbi məlum olub
Xəbər lenti
0