https://sputnik.az/20250121/ak-rehberi-davosda-dunyaya-sert-geostrateji-reqabet-dovru-ved-edib-470132560.html
AK rəhbəri Davosda dünyaya "sərt geostrateji rəqabət dövrü" vəd edib
AK rəhbəri Davosda dünyaya "sərt geostrateji rəqabət dövrü" vəd edib
Sputnik Azərbaycan
Ursula fon der Lyayen bildirib ki, dünyanın ən böyük iqtisadiyyatları xammala, yeni texnologiyalara və qlobal ticarət yollarına çıxış əldə etmək üçün... 21.01.2025, Sputnik Azərbaycan
2025-01-21T19:57+0400
2025-01-21T19:57+0400
2025-01-21T19:57+0400
ursula fon der lyayen
dünya xəbərləri
çin
arktika
https://cdnn1.img.sputnik.az/img/07e7/04/0b/453638365_0:172:3029:1876_1920x0_80_0_0_4ad6c5d012bd0e3115ce1d7e23960eab.jpg
BAKI, 21 yanvar — Sputnik. Dünya "şiddətli geostrateji rəqabət" dövrünə qədəm qoyub, lakin "qlobal iqtisadiyyatda əlaqələri kəsmək heç kimin marağında deyil". Bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Davosda keçirilən Dünya İqtisadi Forumunda deyib. "Biz gərgin geostrateji rəqabətin yeni dövrünə qədəm qoyduq. Dünyanın ən böyük iqtisadiyyatları xammala, yeni texnologiyalara və qlobal ticarət yollarına çıxış əldə etmək üçün yarışırlar. Yarış süni intellektdən təmiz texnologiyaya, kvant texnologiyalarından kosmosa, Arktikadan Cənubi Çin dənizinə qədər davam edir. Bu rəqabət gücləndikcə, ehtimal ki, iqtisadi və milli təhlükəsizliyi qorumaq üçün nəzərdə tutulmuş sanksiyalar, ixrac nəzarəti və tariflər kimi iqtisadi alətlərin tez-tez istifadəsini müşahidəyə davam edəcəyik. Ancaq təhlükəsizliyimizin qorunmasını yenilik və rifahımızı artırmaq imkanımızla balanslaşdırmaq vacibdir. Çünki dünya iqtisadiyyatında əlaqələri kəsmək heç kimin maraqlarına uyğun deyil. Bunun əvəzinə biz vətəndaşlarımız üçün qarşılıqlı fayda əldə etmək qabiliyyətimizi qorumaqdan ötrü qaydaları modernləşdirməliyik" - AK rəhbəri bildirib. Bundan əvvəl Lyej məhkəməsinin fon der Lyayenin ittihamlara qarşı toxunulmazlığını nəzərdən keçirəcəyi barədə məlumat verilmişdi.
arktika
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/0b/453638365_149:0:2880:2048_1920x0_80_0_0_5970fa80cad6c6e1a0fe1f0b70893dea.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
ursula fon der lyayen, çin, arktika
ursula fon der lyayen, çin, arktika
AK rəhbəri Davosda dünyaya "sərt geostrateji rəqabət dövrü" vəd edib
Ursula fon der Lyayen bildirib ki, dünyanın ən böyük iqtisadiyyatları xammala, yeni texnologiyalara və qlobal ticarət yollarına çıxış əldə etmək üçün yarışırlar.
BAKI, 21 yanvar — Sputnik. Dünya "şiddətli geostrateji rəqabət" dövrünə qədəm qoyub, lakin "qlobal iqtisadiyyatda əlaqələri kəsmək heç kimin marağında deyil".
Bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Davosda keçirilən Dünya İqtisadi Forumunda deyib.
"Biz gərgin geostrateji rəqabətin yeni dövrünə qədəm qoyduq. Dünyanın ən böyük iqtisadiyyatları xammala, yeni texnologiyalara və qlobal ticarət yollarına çıxış əldə etmək üçün yarışırlar. Yarış süni intellektdən təmiz texnologiyaya, kvant texnologiyalarından kosmosa, Arktikadan Cənubi Çin dənizinə qədər davam edir. Bu rəqabət gücləndikcə, ehtimal ki, iqtisadi və milli təhlükəsizliyi qorumaq üçün nəzərdə tutulmuş sanksiyalar, ixrac nəzarəti və tariflər kimi iqtisadi alətlərin tez-tez istifadəsini müşahidəyə davam edəcəyik. Ancaq təhlükəsizliyimizin qorunmasını yenilik və rifahımızı artırmaq imkanımızla balanslaşdırmaq vacibdir. Çünki dünya iqtisadiyyatında əlaqələri kəsmək heç kimin maraqlarına uyğun deyil. Bunun əvəzinə biz vətəndaşlarımız üçün qarşılıqlı fayda əldə etmək qabiliyyətimizi qorumaqdan ötrü qaydaları modernləşdirməliyik" - AK rəhbəri bildirib.
Bundan əvvəl Lyej məhkəməsinin fon der Lyayenin ittihamlara qarşı toxunulmazlığını nəzərdən keçirəcəyi barədə məlumat verilmişdi.