https://sputnik.az/20250120/ukrayna-nizamlanmasinin-meqsedi--uzunmuddetli-sulh-olmalidir---putin-470110645.html
Ukrayna nizamlanmasının məqsədi uzunmüddətli sülh olmalıdır - Putin
Ukrayna nizamlanmasının məqsədi uzunmüddətli sülh olmalıdır - Putin
Sputnik Azərbaycan
Rusiya prezidenti Vladimir Putin Donald Trampın ABŞ prezident seçkilərində qələbəsini inandırıcı adlandırıb. 20.01.2025, Sputnik Azərbaycan
2025-01-20T18:25+0400
2025-01-20T18:25+0400
2025-01-20T18:27+0400
rusiya
rusiya
tramp
putin
ukrayna
sülh
nizamlanma
https://cdnn1.img.sputnik.az/img/41102/74/411027402_0:0:4784:2691_1920x0_80_0_0_aa4f68a57a92379ac85a529554f37d55.jpg
BAKI, 20 yanvar - Sputnik. Rusiya prezidenti Vladimir Putin Donald Trampın ABŞ prezident seçkilərində qələbəsini inandırıcı adlandırıb. Bu barədə RİA Novosti xəbər yayıb.Rusiya lideri Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı vəzifəyə başlaması münasibətilə təbrik edib.O, seçkiqabağı dövrün hər baxımdan Tramp üçün çətin olduğunu qeyd edib;Rusiya lideri bildirib ki, Moskva ABŞ-ın yeni prezidenti Donald Trampın münasibətini və üçüncü dünya müharibəsinin qarşısını almaq üçün hər şeyi etmək lazım olduğuna dair sözlərini alqışlayır.“Biz ABŞ-ın yeni seçilmiş prezidentinin və onun komandasının üzvlərinin Rusiya ilə birbaşa əlaqələri bərpa etmək istəyi ilə bağlı bəyanatlarını görürük ki, bu da bizim günahımız olmadan gedən administrasiya tərəfindən kəsilib. Üçüncü dünya müharibəsinin qarşısını almaq üçün hər şeyi etmək lazım olduğuna dair bəyanatlarını da eşidirik. Təbii ki, biz bu münasibəti alqışlayırıq”, - Putin deyib.Vladimir Putinin sözlərinə görə, Rusiya güman edir ki, ABŞ-la dialoq bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında qurulacaq.“Biz dialoqun bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında qurulacağından çıxış edərək, ölkələrimizin qlobal gündəliyin bir sıra əsas məsələləri, o cümlədən strateji sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə oynadığı mühüm rolu nəzərə alırıq”.Putin vurğulayıb ki, Rusiya Federasiyası heç vaxt dialoqdan imtina etməyib və istənilən ABŞ administrasiyası ilə bərabər, əməkdaşlıq münasibətlərini saxlamağa həmişə hazır olub.RF lideri qeyd edib ki, Ukrayna nizamlanmasının məqsədi qısamüddətli barışıq yox, uzunmüddətli sülh olmalıdır.Putin həmçinin qeyd edib ki, Rusiya öz xalqının maraqları üçün mübarizə aparacaq.“Əslində, xüsusi hərbi əməliyyatın keçirilməsinin məqsədi və mənası budur”, - deyə Rusiya prezident fikrini yekunlaşdırıb.Tramp yanvarın 20-də inauqurasiya mərasimi keçirəcək, ABŞ-ın 47-ci prezidenti olacaq və demokrat Co Baydenin 4 illik dövründən sonra Ağ Evə qayıdacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41102/74/411027402_266:0:4518:3189_1920x0_80_0_0_bba88f47ff27ea0c98d58790d3f09d78.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, tramp, putin, ukrayna, sülh, nizamlanma
rusiya, tramp, putin, ukrayna, sülh, nizamlanma
Ukrayna nizamlanmasının məqsədi uzunmüddətli sülh olmalıdır - Putin
18:25 20.01.2025 (Yenilənib: 18:27 20.01.2025) Rusiya prezidenti Vladimir Putin Donald Trampın ABŞ prezident seçkilərində qələbəsini inandırıcı adlandırıb.
BAKI, 20 yanvar - Sputnik. Rusiya prezidenti Vladimir Putin Donald Trampın ABŞ prezident seçkilərində qələbəsini inandırıcı adlandırıb. Bu barədə RİA Novosti xəbər yayıb.
Rusiya lideri Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı vəzifəyə başlaması münasibətilə təbrik edib.
O, seçkiqabağı dövrün hər baxımdan Tramp üçün çətin olduğunu qeyd edib;
“O, cəsarət göstərdi və seçkidə inamlı qələbə qazandı”, - Putin Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə görüşündə deyib.
Rusiya lideri bildirib ki, Moskva ABŞ-ın yeni prezidenti Donald Trampın münasibətini və üçüncü dünya müharibəsinin qarşısını almaq üçün hər şeyi etmək lazım olduğuna dair sözlərini alqışlayır.
“Biz ABŞ-ın yeni seçilmiş prezidentinin və onun komandasının üzvlərinin Rusiya ilə birbaşa əlaqələri bərpa etmək istəyi ilə bağlı bəyanatlarını görürük ki, bu da bizim günahımız olmadan gedən administrasiya tərəfindən kəsilib. Üçüncü dünya müharibəsinin qarşısını almaq üçün hər şeyi etmək lazım olduğuna dair bəyanatlarını da eşidirik. Təbii ki, biz bu münasibəti alqışlayırıq”, - Putin deyib.
Vladimir Putinin sözlərinə görə, Rusiya güman edir ki, ABŞ-la dialoq bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında qurulacaq.
“Biz dialoqun bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında qurulacağından çıxış edərək, ölkələrimizin qlobal gündəliyin bir sıra əsas məsələləri, o cümlədən strateji sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə oynadığı mühüm rolu nəzərə alırıq”.
Putin vurğulayıb ki, Rusiya Federasiyası heç vaxt dialoqdan imtina etməyib və istənilən ABŞ administrasiyası ilə bərabər, əməkdaşlıq münasibətlərini saxlamağa həmişə hazır olub.
RF lideri qeyd edib ki, Ukrayna nizamlanmasının məqsədi qısamüddətli barışıq yox, uzunmüddətli sülh olmalıdır.
“Vəziyyətin bilavasitə həllinə gəlincə, bir daha qeyd etmək istərdim ki, məqsəd qısamüddətli atəşkəs, sonradan münaqişəni davam etdirmək məqsədi ilə qüvvələrin yenidən qruplaşdırılması və yenidən silahlanması üçün bir növ möhlət yox, uzun müddət davam edən atəşkəs, bu bölgədə yaşayan bütün insanların, bütün millətlərin qanuni maraqlarına hörmətə əsaslanan sülh olmalıdır", - RF dövlət başçısı bildirib.
Putin həmçinin qeyd edib ki, Rusiya öz xalqının maraqları üçün mübarizə aparacaq.
“Əslində, xüsusi hərbi əməliyyatın keçirilməsinin məqsədi və mənası budur”, - deyə Rusiya prezident fikrini yekunlaşdırıb.
Tramp yanvarın 20-də inauqurasiya mərasimi keçirəcək, ABŞ-ın 47-ci prezidenti olacaq və demokrat Co Baydenin 4 illik dövründən sonra Ağ Evə qayıdacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.