Embraer 190 - Sputnik Azərbaycan, 1920, 26.12.2024
Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması
Dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Təyyarə qəzası ilə bağlı Rusiya və Qazaxıstanda istintaq aparılır - Baş Prokuror

© Administration of the Mangystau Region via APAzərbaycan Hava Yolları aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən Embraer 190 təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğraması
Azərbaycan Hava Yolları aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən Embraer 190 təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğraması - Sputnik Azərbaycan, 1920, 20.01.2025
Abunə olmaq
Kamran Əliyev bildirib ki, təyyarə qəzası ilə bağlı araşdırmaların nəticələri müzakirə olunur.
BAKI, 20 yanvar - Sputnik. AZAL-ın təyyarəsinin Aktuada qəzaya düşməsi ilə bağlı üç ölkədə ayrı-ayrı cinayət işləri başlanılıb. Bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
© Sputnik / Murad OrujovKamran Əliyev
Генеральный прокурор Азербайджана Кямран Алиев - Sputnik Azərbaycan, 1920, 20.01.2025
Kamran Əliyev
Baş prokuror bildirib ki, Rusiya, Azərbaycan və Qazaxıstanda ayrı-ayrılıqda cinayət işi başlanılıb, istintaq aparılır:

“Hər üç dövlət özünə aid sübutları toplayır, sonradan bu sübutların birgə tədqiqi aparılacaq və təqsirkar şəxslərin müəyyənləşdirilməsi istiqamətində işlər görüləcək”.

Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0