https://sputnik.az/20250120/skuterler-ucun-yeni-parklanma-yerleri-foto-video-470048515.html
Skuterlər üçün yeni parklanma yerləri-Foto-Video
Skuterlər üçün yeni parklanma yerləri-Foto-Video
Sputnik Azərbaycan
Xeyli müddətdir ki, skuterlərin küçələrə atılması paytaxt sakinlərinin narazılığına səbəb olmuşdu. 20.01.2025, Sputnik Azərbaycan
2025-01-20T15:01+0400
2025-01-20T15:01+0400
2025-01-20T15:01+0400
azərbaycan
paytaxt xəbərləri
skuter
parklanma
yer
bakı
https://cdnn1.img.sputnik.az/img/07e9/01/11/470047552_0:120:1280:840_1920x0_80_0_0_cbb7bb627416aa298534568b7cbb9ea7.jpg
BAKI, 20 yanvar — Sputnik. Xeyli vaxtdır ki, küçələrə səpələnən skuterlərə yeni parklanma məntəqələri yaradılmasına başlanılıb. Bir müddətdir ki, küçələrə pərakəndə şəkildə atılmış skuterlər artıq səkilərdə yaradılmış yeni parklanma yerlərində saxlanılacaq. Sputnik Azərbaycan xəbər verir ki, vətəndaşların çoxsaylı şikayətləri nəzərə alınaraq skuterlərin istifadə edildikdən sonra küçələrə pərakəndə atılması, gediş-gəlişə mane olmasının qarşısını almaq üçün yeni parklanma yerlərinin yaradılmasına başlanılıb. Qeyd edək ki, xeyli müddətdir ki, skuterlərin küçələrə atılması paytaxt sakinlərinin narazılığına səbəb olmuşdu. Sosial şəbəkələrdə skuterlərin küçələrə atılmasının hərəkətə mane olduğu, xüsusuilə gecə saatlarında gediş-gəlişdə çətinliyə səbəb olduğu barədə şikayət dolu statuslar paylaşılırdı. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Sputnik Azərbaycan-a bildirilib ki, Ələsgər Ələkbərov küçəsində, Mikayıl Müşfiq küçəsində, İnşaatçılar prospektində, Bəsti Bağırova küçəsində, Mirzəağa Əliyev küçəsində, Mərkəzi Parkda yeni skuter parklanma məntəqələri təşkil edilib. Sputnik Azərbaycan yeni skuter parklanma yerlərinin görüntülərini oxuculara təqdim edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e9/01/11/470047552_0:0:1280:960_1920x0_80_0_0_dcb8dda716eec82536630ca7505c31e5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
azərbaycan, skuter, parklanma, yer, bakı
azərbaycan, skuter, parklanma, yer, bakı
Skuterlər üçün yeni parklanma yerləri-Foto-Video
Xeyli müddətdir ki, skuterlərin küçələrə atılması paytaxt sakinlərinin narazılığına səbəb olmuşdu.
BAKI, 20 yanvar — Sputnik. Xeyli vaxtdır ki, küçələrə səpələnən skuterlərə yeni parklanma məntəqələri yaradılmasına başlanılıb. Bir müddətdir ki, küçələrə pərakəndə şəkildə atılmış skuterlər artıq səkilərdə yaradılmış yeni parklanma yerlərində saxlanılacaq. Sputnik Azərbaycan xəbər verir ki, vətəndaşların çoxsaylı şikayətləri nəzərə alınaraq skuterlərin istifadə edildikdən sonra küçələrə pərakəndə atılması, gediş-gəlişə mane olmasının qarşısını almaq üçün yeni parklanma yerlərinin yaradılmasına başlanılıb.
Qeyd edək ki, xeyli müddətdir ki, skuterlərin küçələrə atılması paytaxt sakinlərinin narazılığına səbəb olmuşdu. Sosial şəbəkələrdə skuterlərin küçələrə atılmasının hərəkətə mane olduğu, xüsusuilə gecə saatlarında gediş-gəlişdə çətinliyə səbəb olduğu barədə şikayət dolu statuslar paylaşılırdı.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Sputnik Azərbaycan-a bildirilib ki, Ələsgər Ələkbərov küçəsində, Mikayıl Müşfiq küçəsində, İnşaatçılar prospektində, Bəsti Bağırova küçəsində, Mirzəağa Əliyev küçəsində, Mərkəzi Parkda yeni skuter parklanma məntəqələri təşkil edilib.
Sputnik Azərbaycan yeni skuter parklanma yerlərinin görüntülərini oxuculara təqdim edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.