Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın ABŞ-dəki yeni səfiri bir neçə həftə ərzində təyin oluna bilər - Senator

© Sputnik / Алексей ДаничевRusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin
Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin  - Sputnik Azərbaycan, 1920, 20.01.2025
Abunə olmaq
Ötən ilin oktyabrında Anatoli Antonov Rusiyanın ABŞ-dakı səfiri və Rusiyanın Amerika Dövlətləri Təşkilatındakı daimi müşahidəçisi vəzifələrindən azad edilib.
BAKI, 20 yanvar - Sputnik. Rusiyanın ABŞ-dakı yeni səfiri yaxın bir neçə həftə ərzində təyin oluna bilər. RİA Novosti xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin rəhbəri Qriqori Karasin bildirib.
Onun sözlərinə görə, bununla bağlı razılıq alınıb, namizəd artıq məlumdur.

"Səfir bəllidir və aqreman qəbul edilib. Yeni səfirimiz səfirliyə rəhbərlik etmək üçün ABŞ-a getməyə hazırdır. Oona görə də düşünürəm ki, bu, yaxın həftələrdə baş verəcək”, - Karasin R-24-ün efirində bildirib.

Xatırladaq ki, 2024-cü ilin oktyabrında Rusiya prezidenti Vladimir Putin Anatoli Antonovun Rusiyanın ABŞ-dakı səfiri və Rusiyanın Amerika Dövlətləri Təşkilatındakı daimi müşahidəçisi vəzifələrindən azad edilməsi ilə bağlı fərman verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0