https://sputnik.az/20250120/rusiyanin-a-ye-qaz-satisindan-elde-etdiyi-gelirin-ne-qeder-azaldigi-aciqlanib-470058618.html
Rusiyanın Aİ-yə qaz satışından əldə etdiyi gəlirin nə qədər azaldığı açıqlanıb
Rusiyanın Aİ-yə qaz satışından əldə etdiyi gəlirin nə qədər azaldığı açıqlanıb
Sputnik Azərbaycan
RİA Novosti: Rusiyanın Aİ-yə qaz satışından əldə etdiyi gəlir yanvar-noyabr aylarında 7,9% azalıb. 20.01.2025, Sputnik Azərbaycan
2025-01-20T22:14+0400
2025-01-20T22:14+0400
2025-01-20T22:14+0400
rusiya
neft-qaz
qaz
avropa ittifaqı
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e7/07/11/456861635_0:256:2730:1792_1920x0_80_0_0_c337cb8ec1dfb22099036c5aa36058e3.jpg
BAKI, 20 yanvar — Sputnik. Rusiyanın yanvar-noyabr aylarında Avropa ölkələrinə qaz satışından əldə etdiyi gəlir 2023-cü ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 7,9% azalıb. Bu barədə "RİA Novosti" Avropa Statistika Xidmətinin (Eurostat) məlumatlarına istinadən xəbər verir. Hesabat dövründə Avropa ölkələri Rusiyadan ümumilikdə 6,7 milyard avro dəyərində boru kəməri ilə qaz alıblar. Məbləğin 20%-i Slovakiyanın payına düşür. Bu ölkə Rusiyadan 1,2 milyard avro dəyərində yanacaq alıb. Cümə günü məlum olub ki, Slovakiya ötən ilin noyabrında Rusiyadan ümumilikdə 151,2 milyon avro dəyərində təbii qaz alıb ki, bu da 2023-cü ilin fevralından bəri ən yüksək göstəricidir. "Kpler" şirkətinin topladığı statistik məlumatlara istinadən bəzi qəzetlər qeyd ediblər ki, Ukrayna ərazisindən tranziti dayandırıldıqdan sonra Avropa İttifaqı (Aİ) ölkələri Rusiya qazını rekord sürətlə satın alır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/11/456861635_0:0:2730:2048_1920x0_80_0_0_81a7ef5bc6501f13375e490d5ef4cb8a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, qaz, avropa ittifaqı, ukrayna
rusiya, qaz, avropa ittifaqı, ukrayna
Rusiyanın Aİ-yə qaz satışından əldə etdiyi gəlirin nə qədər azaldığı açıqlanıb
RİA Novosti: Rusiyanın Aİ-yə qaz satışından əldə etdiyi gəlir yanvar-noyabr aylarında 7,9% azalıb.
BAKI, 20 yanvar — Sputnik. Rusiyanın yanvar-noyabr aylarında Avropa ölkələrinə qaz satışından əldə etdiyi gəlir 2023-cü ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 7,9% azalıb.
Bu barədə "RİA Novosti" Avropa Statistika Xidmətinin (Eurostat) məlumatlarına istinadən xəbər verir.
Hesabat dövründə Avropa ölkələri Rusiyadan ümumilikdə 6,7 milyard avro dəyərində boru kəməri ilə qaz alıblar. Məbləğin 20%-i Slovakiyanın payına düşür. Bu ölkə Rusiyadan 1,2 milyard avro dəyərində yanacaq alıb.
Cümə günü məlum olub ki, Slovakiya ötən ilin noyabrında Rusiyadan ümumilikdə 151,2 milyon avro dəyərində təbii qaz alıb ki, bu da 2023-cü ilin fevralından bəri ən yüksək göstəricidir.
"Kpler" şirkətinin topladığı statistik məlumatlara istinadən bəzi qəzetlər qeyd ediblər ki, Ukrayna ərazisindən tranziti dayandırıldıqdan sonra Avropa İttifaqı (Aİ) ölkələri Rusiya qazını rekord sürətlə satın alır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.