https://sputnik.az/20250120/olkede-bugdanin-sepin-sahesi-155-faiz-azalib-470059093.html
Ölkədə buğdanın səpin sahəsi 15,5 faiz azalıb
Ölkədə buğdanın səpin sahəsi 15,5 faiz azalıb
Sputnik Azərbaycan
2024-cü ilin dekabr ayında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 402,81 manat təşkil edib. 20.01.2025, Sputnik Azərbaycan
2025-01-20T19:48+0400
2025-01-20T19:48+0400
2025-01-20T19:48+0400
buğda
iqtisadiyyat
idxal
azərbaycan
kənd təsərrüfatı nazirliyi
qiymət
https://cdnn1.img.sputnik.az/img/07e9/01/11/470058908_0:0:509:287_1920x0_80_0_0_70b3b61992a7864896c08c81c94e23fa.jpg
BAKI, 20 yanvar — Sputnik. Ölkədə bu ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir və cari il yanvar ayının 1-i vəziyyətinə 941,7 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Statistika Komitəsindən bildirilib. Səpin aparılmış sahənin 99,0 faizini və yaxud 932,2 min hektarını dən üçün payızlıq bitkilər təşkil edib. Onun da 505,5 min hektarı buğda, 426,6 min hektarı arpa, 0,1 min hektarı isə çovdar əkinlərinin payına düşür. Ən çox buğda bitkisi Cəlilabad, Şamaxı, Füzuli, Hacıqabul, Şəki, Ağcabədi, İsmayıllı və Qobustan rayonlarında səpilib. Ən çox arpa bitkisi isə Şəki, Kürdəmir, Neftçala, Biləsuvar, Ağsu, Qobustan və Cəlilabad rayonlarında səpilib. Qeyd edək ki, Komitənin məlumatına görə, 2024-cü ildə istehsal olunmuş dənli və dənli paxlalı bitkilərin 1,6 milyon tonunu və yaxud 51,4 faizini buğda təşkil edib. Buğdanın məhsuldarlığı 30,9 sentner olub. 2024-cü ilin dekabr ayında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 402,81 manat təşkil edib. Ən çox Rusiyadan buğda alırıq Keçən ilin 10 ayında Azərbaycanın yumşaq buğda idxalının 99,9%-i Avrasiya İqtisadi Birliyi ölkələrinin payına düşüb. Azərbaycan Rusiyadan 942 min ton, Qazaxıstandan 3 min tondan çox buğda alıb. Yumşaq buğda növləri adətən un və çörək istehsalı üçün becərilir. Nazir: "Buğda ilə özünütəminetmə səviyyəsinin daha da artırılması üçün yeni imkanlar yaranıb" Qeyd edək ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov mediaya bildirib ki, Azərbaycan SSRİ dövründə buğda ilə özünü təqribən 30% səviyyəsində təmin edirdisə, hazırda bu göstərici təqribən 58%-ə yüksəlib:Nazir bildirib ki, ölkədə aqrar biznes sektorunu dəstəkləmək üçün aqrar bazarı ədalətli rəqabətə açmışıq:"Hazırda xarici və yerli şirkətlər sadələşdirilmiş prosedurlardan keçərək müstəqil olaraq öz məhsullarını fermerlərə təklif edə və dövlətin güzəştlərindən yararlana bilir. Aqrar sahəyə dövlət dəstəyi mexanizmləri daim təkmilləşdirilməklə bu mexanizmlər üzrə dəstək tədbirlərinin həcmi də mütəmadi olaraq artırılır. Azərbaycanda taxıl məhsulları, o cümlədən buğda istehsalının həcmi dövlət müstəqilliyinin əldə olunduğu dövrlə müqayisədə ciddi şəkildə yüksəlib". "Hazırda ölkədə yerli istehsal potensialının artırılması ilə bağlı Prezidentin təsdiq etdiyi proqram icra edilir. Sahibkarların buğda istehsalında yüksək məhsuldarlığı təmin edən pivot suvarma sistemlərinin tətbiqini genişləndirməsi üçün onlara subsidiya və güzəştli kreditlər formasında dəstək verilir. Həmçinin ilk dəfə olaraq un emalı müəssisələrinə və dövlət ehtiyatları üçün təhvil verilən ərzaqlıq buğdaya görə məhsul subsidiyası tətbiq olunur. Ötən il ərzaqlıq buğdanın dövlət tədarük qiymətinin azaldılması mövcud qaydalara əsaslanır. Bu qaydalara əsasən, hər il ərzaqlıq buğdanın maya dəyəri göstəriciləri hesablanaraq bəyan olunur. Ötən il tədarük qiymətinin azaldılması da buna görədir", - nazir bildirib. Nazir həmçinin əlavə edib ki, eyni zamanda, nazirlik yerli istehsalın həcmini mümkün qədər çox artırmağa, idxalı mümkün qədər azaltmağa çalışırıq. Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin təqribən 50-60%-ə çatdırılması çox məqbul olardı. "Ölkənin buğdaya olan tələbatı təxminən 2,8 milyon tondur" Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov da bildirib ki, Azərbaycanın buğda idxalının 80%-dən çoxu Rusiyanın payına düşür:Buğda istehsalına görə subsidiya verilir Qeyd edək ki, ölkədə ərzaqlıq buğda istehsalına görə məhsul subsidiyası verilir. Bu, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən, müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya şamil edilir. 2024-cü il üçün ərzaqlıq buğdanın dövlət tədarük qiyməti 400 manat/ton olaraq müəyyənləşib. Müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunan, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödənilir. Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında və ərzaqlıq buğdanın dünya bazarındakı (o cümlədən əsas idxal bazarlarındakı) qiymətlərinə uyğun formalaşır. Bu il ərzində xaricdən gətirilən buğda ununun idxal qiymətində ucuzlaşma qeydə alınıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20241114/azerbaycan-qazaxistana-taxil-ixracini-canlandirmaqda-nece-komek-edecek-468550205.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e9/01/11/470058908_22:0:474:339_1920x0_80_0_0_9ee507d70bc5393ba1579b40d840f80e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
buğda, idxal, azərbaycan, kənd təsərrüfatı nazirliyi, qiymət
buğda, idxal, azərbaycan, kənd təsərrüfatı nazirliyi, qiymət
Ölkədə buğdanın səpin sahəsi 15,5 faiz azalıb
2024-cü ilin dekabr ayında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 402,81 manat təşkil edib.
BAKI, 20 yanvar — Sputnik. Ölkədə bu ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir və cari il yanvar ayının 1-i vəziyyətinə 941,7 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Statistika Komitəsindən bildirilib.
Səpin aparılmış sahənin 99,0 faizini və yaxud 932,2 min hektarını dən üçün payızlıq bitkilər təşkil edib. Onun da 505,5 min hektarı buğda, 426,6 min hektarı arpa, 0,1 min hektarı isə çovdar əkinlərinin payına düşür.
Ən çox buğda bitkisi Cəlilabad, Şamaxı, Füzuli, Hacıqabul, Şəki, Ağcabədi, İsmayıllı və Qobustan rayonlarında səpilib.
Ən çox arpa bitkisi isə Şəki, Kürdəmir, Neftçala, Biləsuvar, Ağsu, Qobustan və Cəlilabad rayonlarında səpilib.
"Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 8,2 faiz, o cümlədən buğdanın səpin sahəsi 15,5 faiz azalıb, arpanın səpin sahəsi isə 2,3 faiz artıb", - məlumatda bildirilib.
Qeyd edək ki, Komitənin məlumatına görə, 2024-cü ildə istehsal olunmuş dənli və dənli paxlalı bitkilərin 1,6 milyon tonunu və yaxud 51,4 faizini buğda təşkil edib. Buğdanın məhsuldarlığı 30,9 sentner olub.
2024-cü ilin dekabr ayında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 402,81 manat təşkil edib.
Ən çox Rusiyadan buğda alırıq
Keçən ilin 10 ayında Azərbaycanın yumşaq buğda idxalının 99,9%-i Avrasiya İqtisadi Birliyi ölkələrinin payına düşüb. Azərbaycan Rusiyadan 942 min ton, Qazaxıstandan 3 min tondan çox buğda alıb. Yumşaq buğda növləri adətən un və çörək istehsalı üçün becərilir.
Nazir: "Buğda ilə özünütəminetmə səviyyəsinin daha da artırılması üçün yeni imkanlar yaranıb"
Qeyd edək ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov mediaya bildirib ki, Azərbaycan SSRİ dövründə buğda ilə özünü təqribən 30% səviyyəsində təmin edirdisə, hazırda bu göstərici təqribən 58%-ə yüksəlib:
"Son dövrlər ölkədə kənd təsərrüfatının inkişafı sahəsində formalaşmış potensial, xüsusilə dövlət-özəl tərəfdaşlığı hesabına və müasir texnologiyaların tətbiqinə əsaslanmaqla iri taxılçılıq təsərrüfatlarının yaranması, həmçinin uzun illər ərzində işğal altında qalan torpaqlarımızın azad olunması ölkənin buğda ilə özünütəminetmə səviyyəsinin daha da artırılması üçün yeni hədəflər və imkanlar yaradıb".
Nazir bildirib ki, ölkədə aqrar biznes sektorunu dəstəkləmək üçün aqrar bazarı ədalətli rəqabətə açmışıq:
"Hazırda xarici və yerli şirkətlər sadələşdirilmiş prosedurlardan keçərək müstəqil olaraq öz məhsullarını fermerlərə təklif edə və dövlətin güzəştlərindən yararlana bilir. Aqrar sahəyə dövlət dəstəyi mexanizmləri daim təkmilləşdirilməklə bu mexanizmlər üzrə dəstək tədbirlərinin həcmi də mütəmadi olaraq artırılır. Azərbaycanda taxıl məhsulları, o cümlədən buğda istehsalının həcmi dövlət müstəqilliyinin əldə olunduğu dövrlə müqayisədə ciddi şəkildə yüksəlib".
"Hazırda ölkədə yerli istehsal potensialının artırılması ilə bağlı Prezidentin təsdiq etdiyi proqram icra edilir. Sahibkarların buğda istehsalında yüksək məhsuldarlığı təmin edən pivot suvarma sistemlərinin tətbiqini genişləndirməsi üçün onlara subsidiya və güzəştli kreditlər formasında dəstək verilir. Həmçinin ilk dəfə olaraq un emalı müəssisələrinə və dövlət ehtiyatları üçün təhvil verilən ərzaqlıq buğdaya görə məhsul subsidiyası tətbiq olunur. Ötən il ərzaqlıq buğdanın dövlət tədarük qiymətinin azaldılması mövcud qaydalara əsaslanır. Bu qaydalara əsasən, hər il ərzaqlıq buğdanın maya dəyəri göstəriciləri hesablanaraq bəyan olunur. Ötən il tədarük qiymətinin azaldılması da buna görədir", - nazir bildirib.
Nazir həmçinin əlavə edib ki, eyni zamanda, nazirlik yerli istehsalın həcmini mümkün qədər çox artırmağa, idxalı mümkün qədər azaltmağa çalışırıq. Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin təqribən 50-60%-ə çatdırılması çox məqbul olardı.
"Ölkənin buğdaya olan tələbatı təxminən 2,8 milyon tondur"
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov da bildirib ki, Azərbaycanın buğda idxalının 80%-dən çoxu Rusiyanın payına düşür:
"Ölkənin buğdaya olan tələbatı təxminən 2,8 milyon tondur ki, bunun da 1,7 milyon tonu yerli istehsal, 1,1 milyon tonu isə idxal hesabına ödənilir. Azərbaycanda su ehtiyatları iqlim dəyişikliyindən təsirlənir. Buna baxmayaq ölkədə taxıl, o cümlədən buğda istehsalı artır".
Buğda istehsalına görə subsidiya verilir
Qeyd edək ki, ölkədə ərzaqlıq buğda istehsalına görə məhsul subsidiyası verilir. Bu, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən, müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya şamil edilir. 2024-cü il üçün ərzaqlıq buğdanın dövlət tədarük qiyməti 400 manat/ton olaraq müəyyənləşib. Müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunan, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödənilir.
Azərbaycanda ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti tənzimlənən tariflər əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında və ərzaqlıq buğdanın dünya bazarındakı (o cümlədən əsas idxal bazarlarındakı) qiymətlərinə uyğun formalaşır. Bu il ərzində xaricdən gətirilən buğda ununun idxal qiymətində ucuzlaşma qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.