Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Keramik dam örtüyü plitələri yeni standarta uyğun olmalıdır-Yeni qərar

© Sputnik / Rahim MuradovMasallı sənaye məhəlləsi
Masallı sənaye məhəlləsi - Sputnik Azərbaycan, 1920, 20.01.2025
Abunə olmaq
Sözügedən dövlət standartları keramik dam örtüyü plitələrinin əyilməyə qarşı davamlılıq, sukeçirməzlik və həndəsi xüsusiyyətlərinin təyini üçün sınaq üsullarını müəyyən edir.
BAKI, 20 yanvar — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS EN 538:2024 "Kəsintili (hissə-hissə) döşənmə üsulu ilə vurulan keramik dam örtüyü plitələri – Əyilmədə möhkəmliyin təyini sınağı", AZS EN 539-1:2024 "Kəsintili (hissə-hissə) döşənmə üsulu ilə vurulan keramik dam örtüyü plitələri – Fiziki xüsusiyyətlərin təyini – Hissə 1: Sukeçirməzlik və hermetikliyin təyini üzrə sınaq", AZS EN 1024:2025 "Kəsintili (hissə-hissə) döşənmə üsulu ilə vurulan keramik dam örtüyü plitələri – Həndəsi xüsusiyyətlərin təyini" və AZS EN 1304:2025 "Keramik dam örtüyü plitələri və fitinqlər - Məhsula dair anlayışlar və xüsusiyyətlər" dövlət standartlarını qəbul edib.
Sputnik Azərbaycan bu barədə AZSTAND-a istinadən xəbər verir.
Məlumata görə, sözügedən dövlət standartları keramik dam örtüyü plitələrinin əyilməyə qarşı davamlılıq, sukeçirməzlik və həndəsi xüsusiyyətlərinin təyini üçün sınaq üsullarını müəyyən edir.
Yeni dövlət standartları Almaniya Fiziki-Texniki Federal İnstitutunun (Physikalisch-Technische Bundesanstalt - PTB) dəstəyi ilə həyata keçirilən "Şərq Tərəfdaşlığı Ölkələrində Artan Ticarət üçün Keyfiyyət Standartları" layihəsi (Calidena Prosesi - Dəyər zənciri: Keramik dam örtüyü və döşəmə plitələri) çərçivəsində hazırlanıb.
Dövlət standartlarının layihələri "Tikinti materialları, məmulatları və konstruksiyaları"nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 10) iclasında müzakirə edilib, İnstitut onları təsdiq edərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna və Reyestrinə daxil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0