https://sputnik.az/20250120/fitch-azerbaycanin-reytinqini-bbb--seviyyesinde-tesdiqleyib---proqnoz-sabitdir-470112362.html
Fitch Azərbaycanın reytinqini "BBB-" səviyyəsində təsdiqləyib - proqnoz "sabit"dir
Fitch Azərbaycanın reytinqini "BBB-" səviyyəsində təsdiqləyib - proqnoz "sabit"dir
Sputnik Azərbaycan
Hər iki valyutada ölkənin Qısamüddətli EDR-ləri “F3” səviyyəsində saxlanılıb. 20.01.2025, Sputnik Azərbaycan
2025-01-20T20:34+0400
2025-01-20T20:34+0400
2025-01-20T20:34+0400
iqtisadiyyat
"fitch" beynəlxalq reytinq agentliyi
azərbaycan
reytinq
faiz
neft
səviyyə
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426992886_0:0:1999:1125_1920x0_80_0_0_e31f06c2ee5d0e6e815fa3b21743995a.jpg
BAKI, 20 yanvar - Sputnik. “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın milli və xarici valyutada uzunmüddətli emitent defolt reytinqini (EDR) “BBB-” səviyyəsində təsdiqləyib. Bu barədə RİA Novosti xəbər yayıb.Agentliyin açıqlamasında bildirilir ki, ölkənin proqnozu "stabil" kimi qiymətləndirilir.Hər iki valyutada ölkənin Qısamüddətli EDR-ləri “F3” səviyyəsində saxlanılıb və Ölkə Tavanı “BBB-” səviyyəsində təsdiq edilib.Qeyd olunur ki, güclü tərəflər karbohidrogenlərdən yüksək asılılıq və geosiyasi risklər kimi mənfi amillərlə kompensasiya olunur.Fitch hesab edir ki, neft hasilatının daha yavaş azalması səbəbindən ölkənin iqtisadi artım tempi 2024-cü ildə 4,1%-ə yüksəlib.Eyni zamanda, 2025-ci ildə ÜDM-in artımının 3%-ə, 2026-cı ildə isə 2,4%-ə qədər azalacağı proqnozlaşdırılır.Analitiklər illik inflyasiyanın bu il orta hesabla sürətlənərək keçən ilki 2,1%-dən 5,3%-ə çatacağını gözləyirlər ki, bu da “BBB” reytinqinə malik ölkələr üçün 3%-lik medianı üstələyir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426992886_14:0:1791:1333_1920x0_80_0_0_885450f21ecc384c5220466d0ddfe2e3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"fitch" beynəlxalq reytinq agentliyi, azərbaycan, reytinq, faiz, neft, səviyyə
"fitch" beynəlxalq reytinq agentliyi, azərbaycan, reytinq, faiz, neft, səviyyə
Fitch Azərbaycanın reytinqini "BBB-" səviyyəsində təsdiqləyib - proqnoz "sabit"dir
Hər iki valyutada ölkənin Qısamüddətli EDR-ləri “F3” səviyyəsində saxlanılıb.
BAKI, 20 yanvar - Sputnik. “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın milli və xarici valyutada uzunmüddətli emitent defolt reytinqini (EDR) “BBB-” səviyyəsində təsdiqləyib. Bu barədə RİA Novosti xəbər yayıb.
Agentliyin açıqlamasında bildirilir ki, ölkənin proqnozu "stabil" kimi qiymətləndirilir.
Hər iki valyutada ölkənin Qısamüddətli EDR-ləri “F3” səviyyəsində saxlanılıb və Ölkə Tavanı “BBB-” səviyyəsində təsdiq edilib.
“Azərbaycanın reytinqləri onun çox güclü xarici balansını, həmyaşıdları qrupunda dövlət borcunun ən aşağı səviyyəsini və iri suveren fondun aktivləri vasitəsilə maliyyələşdirmə çevikliyini əks etdirir”, - agentlik öz qərarını şərh edir.
Qeyd olunur ki, güclü tərəflər karbohidrogenlərdən yüksək asılılıq və geosiyasi risklər kimi mənfi amillərlə kompensasiya olunur.
Fitch hesab edir ki, neft hasilatının daha yavaş azalması səbəbindən ölkənin iqtisadi artım tempi 2024-cü ildə 4,1%-ə yüksəlib.
Eyni zamanda, 2025-ci ildə ÜDM-in artımının 3%-ə, 2026-cı ildə isə 2,4%-ə qədər azalacağı proqnozlaşdırılır.
Analitiklər illik inflyasiyanın bu il orta hesabla sürətlənərək keçən ilki 2,1%-dən 5,3%-ə çatacağını gözləyirlər ki, bu da “BBB” reytinqinə malik ölkələr üçün 3%-lik medianı üstələyir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.