https://sputnik.az/20250120/dogum-seviyyesi-azalarsa-beseriyyet-olumle-uzlesecek-470090008.html
Doğum səviyyəsi azalarsa, bəşəriyyət ölümlə üzləşəcək
Doğum səviyyəsi azalarsa, bəşəriyyət ölümlə üzləşəcək
Sputnik Azərbaycan
Bundan əvvəl Mask uşaq sahibi olan gənc əhalinin nisbətinin azalması səbəbindən ABŞ və Avropanın yox olmaq ərəfəsində olduğunu bildirmişdi. 20.01.2025, Sputnik Azərbaycan
2025-01-20T23:44+0400
2025-01-20T23:44+0400
2025-01-20T23:44+0400
dünya xəbərləri
doğum
ilon mask
abş
avropa
x sosial şəbəkəsi
https://cdnn1.img.sputnik.az/img/07e8/08/0e/466694830_0:160:3072:1888_1920x0_80_0_0_86eb2e7fa094e55b7ad22b4daee05c5f.jpg
BAKI, 20 yanvar - Sputnik. Amerikalı iş adamı İlon Mask doğum səviyyəsinin azalması davam edərsə, bütün bəşəriyyətin qaçılmaz ölümünü proqnozlaşdırıb.Milyarder bu barədə X* sosial şəbəkəsində yazıb."Əgər dünyaya uşaq gətirməyi, uşaq sahibi olmağı dayandırsaq, insanlıq məhv olacaq” - Mask bildirib.Beləliklə o, “Lancet” nəşrinin 21-ci əsrin sonuna qədər doğuş nisbətinin kəskin şəkildə azalacağını proqnozlaşdıran məqaləsinə fikrini bildirib.Xatırladaq ki, hələ 2024-cü ilin dekabrında Mask artıq uşaq sahibi olan gənc əhalinin nisbətinin azalması səbəbindən ABŞ və Avropanın yox olmaq ərəfəsində olduğunu bildirmişdi.“CNN” saytının verdiyi məlumata görə, Yaponiya da doğum nisbəti ilə bağlı problemlər yaşayır. Keçən il bu, kritik səviyyəyə düşüb - bir qadına 1,26 nəfər. Ekspertlərin fikrincə, əhali azalması eyni səviyyədə davam etsə, 2070-ci ilə qədər yaponların sayı 30 milyon nəfər azalacaq.Bundan əvvəl Azərbaycanda doğumun azaldığı barədə məlumat verilmişdi. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə bu göstərici azalaraq 11,2-dən 10,1-ə düşüb.* X sosial şəbəkəsi (keçmiş Twitter) Rusiyada Baş Prokurorluğun tələbi ilə bloklanıb.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2025
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/08/0e/466694830_171:0:2902:2048_1920x0_80_0_0_9055634d56d91a13045051c473cfdf13.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
doğum, ilon mask, abş, avropa, x sosial şəbəkəsi
doğum, ilon mask, abş, avropa, x sosial şəbəkəsi
Doğum səviyyəsi azalarsa, bəşəriyyət ölümlə üzləşəcək
Bundan əvvəl Mask uşaq sahibi olan gənc əhalinin nisbətinin azalması səbəbindən ABŞ və Avropanın yox olmaq ərəfəsində olduğunu bildirmişdi.
BAKI, 20 yanvar - Sputnik. Amerikalı iş adamı İlon Mask doğum səviyyəsinin azalması davam edərsə, bütün bəşəriyyətin qaçılmaz ölümünü proqnozlaşdırıb.
Milyarder bu barədə X* sosial şəbəkəsində yazıb.
"Əgər dünyaya uşaq gətirməyi, uşaq sahibi olmağı dayandırsaq, insanlıq məhv olacaq” - Mask bildirib.
Beləliklə o, “Lancet” nəşrinin 21-ci əsrin sonuna qədər doğuş nisbətinin kəskin şəkildə azalacağını proqnozlaşdıran məqaləsinə fikrini bildirib.
Xatırladaq ki, hələ 2024-cü ilin dekabrında Mask artıq uşaq sahibi olan gənc əhalinin nisbətinin azalması səbəbindən ABŞ və Avropanın yox olmaq ərəfəsində olduğunu bildirmişdi.
“CNN” saytının verdiyi məlumata görə, Yaponiya da doğum nisbəti ilə bağlı problemlər yaşayır. Keçən il bu, kritik səviyyəyə düşüb - bir qadına 1,26 nəfər. Ekspertlərin fikrincə, əhali azalması eyni səviyyədə davam etsə, 2070-ci ilə qədər yaponların sayı 30 milyon nəfər azalacaq.
Bundan əvvəl Azərbaycanda doğumun azaldığı barədə məlumat verilmişdi. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə bu göstərici azalaraq 11,2-dən 10,1-ə düşüb.
* X sosial şəbəkəsi (keçmiş Twitter) Rusiyada Baş Prokurorluğun tələbi ilə bloklanıb.