DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bütün ukraynalı qaçqınların Almaniyadan dərhal qovulması təklif edilib

© AP Photo / Markus SchreiberUkraynalı qaçqınlar, arxiv
Ukraynalı qaçqınlar, arxiv - Sputnik Azərbaycan, 1920, 20.01.2025
Abunə olmaq
Almaniyada yaşayan ukraynalı qaçqınların yarıdan çoxu Ukraynaya qayıtmaq istəmir.
BAKI, 20 yanvar - Sputnik. Bütün ukraynalı qaçqınlar Almaniyadan dərhal qovulmalıdır.
“Süddeutsche Zeitung” yazıb ki, “Almaniya üçün Alternativ” fraksiyasının rəhbəri Katrin Ebner-Ştayner bu təkliflə Bavariya parlamentində çıxış edib.
Siyasətçinin fikrincə, belə tədbirlər görülməlidir ki, ölkə işləmək istəməyən müavinət alanlarla “aşıb-daşmasın”. Ebner-Ştayner əlavə edib ki, Ukrayna qaçqınların qayıda biləcəyi böyük ölkədir.
2024-cü ilin noyabrında “DPA” agentliyi Berlin qaçqınlar idarəsinin rəhbəri Mark Zaybertə istinadən yazıb ki, Almaniyada yaşayan ukraynalı qaçqınların yarıdan çoxu Ukraynaya qayıtmaq istəmir.
“Eurostat”ın məlumatına görə, 2024-cü ilin payızında Avropa ölkələrində Ukraynadan olan 4,2 milyon qaçqın yaşayıb, onlardan 1,3 milyonu Almaniyada olub.
Almaniya ukraynalılara sosial ödənişlər kimi hər ay, təxminən 540 milyon avro xərcləyir. Bununla belə, qaçqınlar iş tapmağa tələsmirlər. Qəzetin yazdığına görə, 2024-cü ildə ukraynalıların 40%-i məşğulluq mərkəzlərindən vakant iş yerləri alsa da, bir faizdən az hissəsi işə gedib.
Daha əvvəl məlum olmuşdu ki, Britaniyada 20 minə qədər ukraynalı qaçqın işlərini itirə bilər.
Xəbər lenti
0